• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Alzheimer ağızdan başlayır?
İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Üç ada kimindir? - İranın qonşularına qarşı təhlükəli oyunu öz başında çatlaya bilər

Xəbərlər

31-12-2023, 14:50

Üç ada kimindir? - İranın qonşularına qarşı təhlükəli oyunu öz başında çatlaya bilər


Rusiya və İran arasında növbəti ziddiyyət əksər beynəlxalq qurumların və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suverenliyi daxilində saydığı üç ada ilə bağlı verilən açıqlamalardan sonra yaranıb.13-cü hökumətin (İbrahim Rəisi hökumətinin) qonşularla problemləri həll etmək vədinə baxmayaraq məhz qonşularla münasibətlər İranı ənənəvi müttəfiqlərini də itirməyə doğru itələyir.

Bəsrə körfəzində yerləşən üç adanın taleyi (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) İran tərəfindən mübahisələndirilir.

20-ci əsrin ortalarında həmin adlarda Oman, Şarca və Rəs əl-Xeymədə ərəblər yaşayırdılar. 1971-ci il noyabrın 30-da İran adaları işğal etdi. Rəs əl-Xeymə polisi silahlı müqavimət göstərsə də, məğlub oldular. Bu hadisə əmirlik rəhbərlərini birləşmədən faydalanacağına inandırmaq üçün mühüm amil olur, 11 fevral 1972-ci ildə Rəs əl-Xəymə BƏƏ-yə qoşulur.

2000-ci ildə İran bu adaları “öz ərazisinin ayrılmaz hissəsi” elan edir. Ərəb Dövlətləri Liqasının və BMT Təhlükəsizlik Şurasının dəstəyinə arxalanan BƏƏ-nin bu adaların ilhaqına müqavimət göstərmək cəhdləri uğursuz oldu.

SEPAH komandiri Əli Rza Təngsiri ötən ilin aprelində ölkəsinin üç adada yaşayış binaları tikmək və orada iş yerləri yaratmaq niyyətində olduğunu bildirmişdi, bu, BƏƏ-ni də öz suveren hüquqlarını müdafiə etmək üçün güclü müttəfiqlərə üz tutmasına səbəb olmuşdu. Artıq Çin və Rusiya adalar üzərində BƏƏ-nin suvernliyini müdafiə edən bəyanatlar verib.

Dorra (Ərş) təbii qaz yatağı da İran və Küveyt arasında münasibətlərdə mübahisəli amil olub, xüsusən də keçən yay yataqları birgə istismar etmək haqda Küveyt-Səudiyyə sazişindən sonra.

Bu günlər Mərakeşdə keçirilmiş Rusiya- Ərəb sammitində BƏƏ-nin sözügedən adalar üzərində suverenliyini dəstəkləyən bəyanat qəbul edilməsi İranda anti-Rusiya isteriyasını yenidən qızışdırıb.

Xatırladaq ki, bu forumun ilk iclası 2009-cu ildə Moskvada çağırılıb. İkinci görüş 2014-cü ildə (5 il fərqlə) Sudanda, üçüncü görüş 2016-cı ildə (2 il fərqlə) Moskvada olub. 2017-ci ildə dördüncü görüş (bir il fərqlə) Əbu-Dabidə, V görüş 2019-cu ildə (2 illik fasilə ilə), sonuncu, altıncı isə 2023-cü ildə (4 illik fasilə ilə) Mərakeşdə keçirilib.

Jurnalist, siyasi analitik , islahat hərəkatının tanınmış simalarından ola Əhməd Zeydabadi hökuməti Rusiyaya yersiz güzəştli mövqe tutduğuna görə tənqid edir: “Ruslar daha hansı açıq işarə verməlidirlər ki, İran rəsmiləri Kremlin onların Yaxın Şərqdəki siyasəti ilə razılaşmadığına inansınlar?”

O xatırladıb ki, Səudiyyə Ərəbistanı və BƏƏ husiləri cilovlamaq üçün Rusiya prezidenti Vldamir Putinə Ərəbistan və Qırmızı dənizlərdə, habelə Bab əl-Məndəb boğazında yeni qeyri-sabitliyin qarşısını almaq üçün İrana təsir imkanlarından istifadə etmək üçün müraciət ediblər. İbrahim Rəsinin Moskvaya qısa səfəri zamanı Putin bu barədə ona eyham vursa da, görünür, lazımi nəticəni əldə etməyib. Ə.Zeydabadiyə görə, Rusiya və ərəb ölkələrinin birgə bəyanatı, Bəsrə körfəzindəki “üç İran adası” haqda fikirlər, Putinin İran qarşısında husilərə nəzarət tələbi qoyması bununla bağlı ola bilər.

Mövzu ilə bağlı yalnız İran müxalifəti deyil, hökumətə yaxın şəxslər də tənqidi fikirlər səsləndirirlər. Nizamın Məsləhət Şurasının üzvü Məhəmməd Sədr hesab edir ki, hökumət Moskva ilə daha ciddi məşğul olmalı, Rusiya hökuməti də son mövqeyinə görə üzr istəməli və Moskvaya xəbərdarlıq edilməlidir ki, belə davranış davam edərsə, mütləq ciddi cavab veriləcək. Bu davranış davam edəcəyi təqdirdə isə Rusiya səfiri İrandan qovulmalıdır.

Mühafizəkar qanada yaxın "Keyhan"ın baş redaktoru Hüseyn Şəriətmədari isə yazır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov təcrübəli siyasətçidir və İranın sözügedən adalara sahibliyini sübut edən onlarla təkzibedilməz sənədləri yaxşı bilir: “Sual olunur ki, belə bir vəziyyətdə Ərəb-Rusiya Əməkdaşlıq Forumunun xarici işlər nazirlərinin toplantısı harada və hansı zərurətlə keçirilir?!”

Şəriətmədari forumun yekun sənədində yer alan müddəalara diqqət çəkir: “1967-ci ildə İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinin, o cümlədən Şərqi Qüds, Suriyanın Colan və Livanın işğal olunmuş qalan ərazilərinin işğalına son qoyulmalıdır”.

Şəriətmədarinin fikrincə, yekun bəyanatda bu məqam “sionist rejimin” varlığının tanınması deməkdir, yalnız “altı günlük müharibə”də işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb edirlər. Bəyanatın başqa bir hissəsində “paytaxtı Şərqi Qüds olan Müstəqil Fələstin Dövlətinin 4 iyun 1967-ci il tarixindən etibarən müstəqilliyindən” bəhs edilir. Şəritəmədarinin fikrincə, forumda Rusiyanın məqsədi İranın qəbul etmədiyi iki dövlət planına dəstək verməkdir: “Cənab Lavrov, sizin səhvinizdən xəyanət iyi gəlir”.

İranın sabiq xarici işlər naziri Cavad Zərif belə ifrat yanaşmanı qəbul etmir: “Rusiya bizim üçün özünü və maraqlarını təhlükəyə atmayacaq, bugünkü dünya kişilik və cəngavərlik dünyası deyil. Əgər yanlış perspektivlə Rusiyaya həddindən artıq güzəştlər və qurbanlar vermişiksə, eyni davranışı Moskvadan gözləməməliyik” . Yada salaq ki, bir müddət əvvəl C. Zərif özü də İranın Rusiya siyasətini tənqid edən açıqlamalarla çıxış etmişdi.

Görünür, söhbət yalnız üç ada ilə bağlı mövqe fərqlərindən getmir. Qəzza savaşından sonra Rusiyanın ərəb ölkələrində artan nüfuzu İranı qayğılandırır, o, ərəb ictimai rəyində Fələstinin yeganə hamisi rolunu oynamaqda davam etməkdə, bu zaman meydana çıxan rəqibləri ləkələməkdə israrlıdır. Və ya cari maraqlarını (indiki halda BƏƏ ərazilərinə iddialarını) qorumaq üçün Azərbaycana və Türkiyəyə qarşı olduğu kimi, Rusiyaya qarşı da Fələstin kartından istifadə edə biləcəyinin işarəsini verir.

Əvvəlki yazılarda Rusiya-İran ziddiyyətlərində digər mühüm məqamın da Moskvanın Bakı və Ankara ilə münasibətlərinin yaxşılaşması olduğunu qeyd etmişdik. Həmid Xosrovşahi adlı ekspert Rusiyadan gizli narazılığını belə dilə gətirirdi: “İranın ictimai rəyində və ölkəmizin mətbuatında Qafqaz məsələlərinə dair yanlış hesablama var ki, bu da bəzi ölkələrin rolunu həddindən artıq vurğulamaqdan, Rusiya kimi ölkələrin ictimai rəy qarşısında rolunu azaltmaqdan ibarətdir. Qafqazdakı müharibədə ən böyük rol İsrail və ya Türkiyənin deyil, Rusiyanındır”.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 345
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-12-2023, 13:16

Rusiya-Ərəb əməkdaşlığı İranı qəzəbləndirdi: Vəkili nazirliyə çağırdılar

Xəbərlər

19-07-2023, 19:43

İrandan Kremlə “sürpriz”: Rusiyadan qisas aldı

Xəbərlər

5-03-2023, 12:34

İran yenidən çalxalanır - Rəisidən ŞOK AÇIQLAMA

Xəbərlər

12-12-2022, 18:19

Fars körfəzində "üç ada" QALMAQALI: Çinin bu addımı İranı özündən çıxardı

Xəbərlər

25-09-2022, 11:19

Rəisi SÖZ VERDİ: "İran onlara sərt cavab verəcək"

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Son xəbərlər
  • Bu gün, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Bu gün, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Bu gün, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Bu gün, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Bu gün, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • Dünən, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • Dünən, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • Dünən, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • Dünən, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • Dünən, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • Dünən, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • Dünən, 15:47
    Alzheimer ağızdan başlayır?
  • Dünən, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • Dünən, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • Dünən, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • Dünən, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • Dünən, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • Dünən, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • 18-08-2026, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • 18-08-2026, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • 18-08-2026, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • 18-08-2026, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • 18-08-2026, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • 18-08-2026, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • 18-08-2026, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • 18-08-2026, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • 18-08-2026, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • 18-08-2026, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə