• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycana dağıdıcı zəlzələ gəlir? - SEYSMOLOQ XƏBƏRDARLIQ ETDİ!

Xəbərlər

26-10-2023, 12:02

Azərbaycana dağıdıcı zəlzələ gəlir? - SEYSMOLOQ XƏBƏRDARLIQ ETDİ!


Azərbaycanda tez-tez yeraltı təkanlar baş verir.

Bu ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra mövzu aktuallığını qorumaqdadır. Zəlzələnin gücü, hansı dərinlikdə baş verməsi, yeraltı təkanları yaradan səbəblər ən çox müzakirə olunan mövzuya çevrilib.

Maraqlıdır, zəlzələnin eyni ərazidə fərqli dərinliklərdə, yaxud dalbadal eyni dərinlikdə baş verməsinə səbəb nədir?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan seysmoloq Ənvər Əliyev zəlzələlərin baş vermə səbəbinin yerin daxili qatlardakı gedən mürəkkəb proseslərlə əlaqəli olduğunu deyib:

"Zəlzələlər planetin ən böyük qüvvəsinə malik, son dərəcə dağıdıcı prosesdir. Bu prosesin əmələ gəlməsinin əsas səbəblərindən biri yerin daxili qatlarında gedən proseslərin məcmusudur. Yer kürəsinin qabığı 55-60 kilometr dərinliyə qədər yer qabığı adlanan bir təbəqədir. Bundan sonra mantiya adlanan bərk təbəqə gəlir. Növbəti hissə yüksək təzyiq və temperatura malik olan və yerin daxili nüvə hissəsini əhatə eləyən növbəti təbəqədir ki, orada bütün maddələr maye şəklindədir.

Bu, 6371 kilometrlik yer qabığının radius üzrə qatlarıdır. Yəni bu qədər kilometr yeri qazsaq bu qatları görə biləcəyik. Yer kürəsi təkcə bu qatlardan ibarət deyil. Burada litosfer təbəqəsi var ki, daim hərəkətli olmağa məhkumdur, buna litosfer tavaları deyirlər. Bunlar sərbəst olaraq yerin daxilində yüksək təzyiqə və temperatura malik olan mayenin üzərində hərəkət edirlər. Bu, alman alimlərinin fikridir, sonuncu nəzəriyyədir. Digər seysmik hadisələr mövcud olan nəzəriyyənin dəqiqliyindən xəbər verir".

Onun sözlərinə görə, yerin daxili təbəqəsində hərəkətdə olan litosfer tavaları yerin müxtəlif dərinliklərində hərəkət edirlər:

"Sakit okenanın şərqində, yəni Şimali və Cənubi Amerikanın qərbində olan böyük litosfer tavası eyni böyüklükdə meredian istiqamətində uzanmış və Cənubi Amerika tavasının altına girir. Bu tavalar bəzən sürüşərək alta keçirlər. Sakit okean tavası Amerika materikinin altına girirsə, materik də onun üzərinə çıxır. Digər tərəfdən, onlar toqquşur və bir-birinə güc gəlirlər. Sakit okean tavası şimaldan cənuba doğru Yaponiya, Rusiya və İndonaziyaya qədər olan ərazilərdə də digər tava ilə alt-alta düşür.

Nəticədə hər iki tərəf zəlzələrlə zənginləşir. Çünki nəhəng qüvvələr seysmoloji proseslərin əmələ gəlməsinə səbəb olur. Üçüncü sahə var ki, biz də ora aidik. Bu, Qərbdən cənub-şərq istiqamətində gedən Alp dağlarından başlayaraq İndonaziyaya qədər olan sahəni əhatə edir. Nəticədə 100 milyondan artıq əhalisi olan İndonaziya iki zəlzələ zonasının üstündə yer alır və bu dağ sistemi formalaşmağa başlayır. Alp dağları Avropanın ən nəhəng dağlarıdır, 8 ölkəni əhatə eləyir. Təxminən, 1000 kilometr uzanaraq gəlib birim ərazini Qafqaz dağlarını tutur. Qafqaz dağları da 2000 kilometrdən artıq ərazini əhatə edir.

O, Xəzər dənizinin altı ilə Əfqanıstan, Pakistan, Hindistan , Orta Asiya daxil olmaqla İndonaziyaya qədər gedir. Bu ölkələrin çoxu müsəlman və türk ölkələridir. Zəlzələdən də ən çox əziyyət çəkən bu zonada məskunlaşanlardır. Bizdə tarixdə baş vermiş ən nəhəng, yüz minlərlə insanı məhv edən Şamaxı, Gəncə zəlzələsi bu prosesin nəticəsidir. Nə baş verir? Burada Ərəbistan və Afrika litosfer tavaları Avrasiya litosfer tavasının qərb qurtaracağını sıxır. Bunlar hansısa nəhəng bir fantastik qüvvə ilə bir-birinə təzyiqdədirlər. Orada artıq litosfer tavaları üz-üzə toqquşurlar. Həmçinin, sürüşmələr də olur.

Türkiyədə baş verən zəlzələdə sürüşmə oldu. Bəzən bu sürüşmələrdə çox böyük dağıntılar olur. Türkiyənin bu il zəlzələ baş verən ərazisini biz Yaponiya ilə müqayisə edirdik ki, burada güclü zəlzələlər ola bilər. Çünki Ərəbistan yarımadası oranı sıxmaqdadır. Bəzən xırda zəlzələlər olur, alimlərin fikrincə, xırda zəlzələlərin olmasının bir "üstünlüyü" ondadır ki, yerin içərisində olan yüksək təzyiqi götürür və güclü zəlzələlərə imkan vermir. Yerin altında boşluqlar, mağaralar var".

Seysmoloq Azərbaycanda gündə minlərlə yeraltı təkanların qeydə alındığını deyib:

"4 baldan aşağı olan zəlzələlər zəlzələ sayılmır. Azərbaycan ərazisində gündə onlardan minlərlə olur. Bu boşluq müxtəlif dərinlikdə ola bilər, ola bilər boşluq yerin üst qatındadır. Bəzən də litosfer tavaları minlərlə kilometr dərinliyə gedir, dərinə düşəndə tavalar üz-üzə gəlirlər. Zəlzələnin bir var hiposentri, bir də var episentri. Zəlzələnin episentri üzə çıxan nöqtəsidir.

Zəlzələlər, əslində dağı, dərəni dağıdıb töksə də insan qırğınına səbəb ola bilmir. Onun insan qırğınına səbəb olması məsuliyyətsiz salınan şəhərlərdir. 30 kilometr dərinlikdə 6 bal gücündə olan zəlzələ eyni gücdə lakin 7 kilometr dərinlikdə olandan qat-qat zəifdir. Yeraltı təkanlar yerə nə qədər yaxın olsa, gücü daha çox hiss olunacaq".

Oxunub: 353
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-09-2023, 00:17

SON DƏQİQƏ: Azərbaycanda dağıdıcı zəlzələ OLACAQ?

Xəbərlər

3-08-2023, 12:56

Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji mərkəzdən XƏBƏRDARLIQ

Xəbərlər

13-02-2023, 13:40

Kanadalı seysmoloq: “Türkiyədəki zəlzələ ən güclülərin ilk onluğundadır”

Xəbərlər

22-04-2022, 11:14

Azərbaycanda güclü, dağıdıcı zəlzələ GÖZLƏNİLİR? - AÇIQLAMA

Xəbərlər

2-07-2021, 15:48

Bir neçə günə Azərbaycanda dağıdıcı zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Son xəbərlər
  • Dünən, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • Dünən, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • Dünən, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • Dünən, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • Dünən, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • Dünən, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • Dünən, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • Dünən, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Dünən, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Dünən, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Dünən, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Dünən, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Dünən, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Dünən, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 20-08-2026, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • 20-08-2026, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • 20-08-2026, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • 20-08-2026, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • 20-08-2026, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • 20-08-2026, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • 20-08-2026, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • 20-08-2026, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • 20-08-2026, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • 20-08-2026, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • 20-08-2026, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • 20-08-2026, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • 20-08-2026, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • 20-08-2026, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə