• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
Xameneinin müşaviri Azərbaycanı hədələdi
ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
"COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji mərkəzdən XƏBƏRDARLIQ

Xəbərlər

3-08-2023, 12:56

Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji mərkəzdən XƏBƏRDARLIQ



Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində ard-arda zəlzələlər baş verir. Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər – plitələr mövcuddur. Məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri üçün qırılmalar baş verir və bu da zəlzələ yaradır. Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir. Əslində hər gün zəlzələ baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir. Bu ilin fevral ayında Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələlər ölkəmizdə ciddi qorxu və narahatlığa səbəb oldu. Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində ard-arda zəlzələlərin olması bu narahatlığı daha da artırıb. Ardıcıl zəlzələlərin səbəbi nə ola bilər? Bu təkanlar daha güclü zəlzələnin xəbərçisidirmi?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Publika.az-a açıqlamasında bildirib ki, respublikamızda seysmik baxımdan həm quruda, həm də Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ ocaqları var.
“Ölkəmiz aktiv bölgədə yerləşir. Ümumiyyətlə, Xəzər dənizi də aktiv zonadır. Orada vaxtaşırı maqnitudalı 3 və 3-dən yuxarı olan zəlzələlər baş verir. Bundan başqa Şamaxı-İsmayıllı bölgəsi, cənubda Talış dağlıq sistemi, Gəncə-Daşkəsən, Şəki-Zaqatala bölgəsi də seysmik bölgələrdir. Seysmik zonalar üçün isə vaxtaşırı hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi xarakterik haldır.

Mərkəzimizin zəlzələlərin tədqiqatı bürosu 7/24 iş rejimində işləyir. Demək olar ki, hər gün azı 15-20, bəzən də ondan da bir az çox zəif zəlzələlər qeydə alınır. Bu zəlzələlərin maqnitudası çox zəif olur, ocaq yerin dərin qatlarında olur və onlar Yer səthinə belə gəlib çatmırlar. Yəni insanlar bu zəlzələləri heç vaxt hiss etmirlər. Amma seysmik bölgədə zəif hiss oluna bilən zəlzələlər də olur”.

Seysmoloq qeyd edib ki, nəinki Azərbaycan, dünyanın heç bir yerində zəlzələnin dəqiq proqnozu yoxdur və bununla bağlı heç bir seysmoloq dəqiq idda irəli sürə bilməz:
“Sadəcə bölgə aktivdirsə, orada nə zamansa zəlzələ baş verə bilər. Çünki əvvəldə də qeyd etdiyim kimi bu, seysmogen bölgələr üçün xarakterik hal deyil. Tarixən Azərbaycan ərazisində də güclü zəlzələlər olub. Sonuncu dəfə dağıdıcı zəlzələ 1902-ci ildə Şamaxıda olub. Orada həm şəhər tamamilə dağılmışdı, həm de insan itkisi çox olmuşdu. Doğrudur, bizdə bir neçə il əvvəl maqnitudası 5-dən çox olan zəlzələlər oldu. Amma bu zəlzələlər güclü, dağıdıcı zəlzələlər deyildi. Yalnız lokal dağıntılar olmuşdu”.

V.Rafiqqızının sözlərinə görə, əgər saytda illər üzrə zəlzələ məlumatlarına diqqət yetirilsə, hər il Azərbaycanda ml3 və ondan böyük zəlzələlər olduğunu görə bilərik:
“Hətta bəzən il ərzində onlardan bir neçəsi hiss olunur. Yəni burada söhbət aktivləşmədən getmir. Dediyim kimi, aktiv bölgə üçün hiss oluna bilən zəlzələlərin olması mümkündür. Xırda zəlzələlərin olması o baxımdan yaxşıdır ki, bu kiçik zəlzələlər böyük, dağıdıcı zəlzələnin baş verməsi ehtimalını azaldır. Nə qədər kiçik zəlzələlər çox olsa, bir o qədər də dağıdıcı zəlzələlərin qarşısını alınacaq. Çünki zəlzələ ocaqlarında enerji toplanması gedir. Burada məsələnin başqa bir tərəfi var. Vətəndaşlarımızda qardaş Türkiyədə baş verən zəlzələnin yaratdığı psixoloji qorxu var. Yəni Türkiyədəki zəlzələyə qədər də biz ərazimizdə hiss olunmayan (ml 3 və ondan yuxarı), bəzən də hiss olunan zəlzələlər haqqında mütəmadi məlumat yayırdıq. Sadəcə o zaman həm insanlarımız, həm də jurnalistlər buna adi məlumat kimi yanaşırdılar. Baş verən zəlzələlərlə bağlı məlumatları yaymağımız sistemli şəkildə davam edir. Saytımızla paralel sosial şəbəkə hesablarımız da operativ işləyir”.

Şöbə müdiri əlavə edib ki, hazırda vətəndaşlarımız hiss olunmayan bir zəlzələ olanda belə buna çox həssas yanaşırlar:
“İyulun 4-də Xəzər dənizində baş verən zəlzələ əslində Bakının bir çox yerlərində hiss olunmamışdı. Hətta mən özüm belə hiss etməmişdim. Amma dediyim kimi Türkiyədə baş verən zəlzələdən insanlarımızın aldığı travmalar və "Google" tərəfindən göndərilən məlumat insanlarda həyəcan yaratdı. Əslində məlumat, zəlzələ hiss olunandan sonra göndərilmişdi. Amma insanlarda təşviş yaranmışdı. Deyim ki, "Google"nin həmin proqramla verilən afterşoklar barədə məlumatlar da doğru deyildi. Biz həmin zəlzələdən sonra gecə 3, səhərə yaxın isə 2 təkan qeydə almışdıq. Nə vaxt, nə də maqnituda baxımdan uyğunluq yox idi. Ümumiyyətlə, zəlzələlərin baş verməsində hansısa vaxt amili yoxdur. Zəlzələ 24 saatın hər hansı dəqiqəsində bir neçə saniyə müddətində baş verən təbii fəlakətdir. Yəni burda nə vaxt, nə yer, nə də məkanla bağlı birmənalı fikir söyləmək mümkün deyil”.

Seysmoloq tək Azərbaycanın deyil, bölgənin aktiv olduğunu diqqətə çatdırıb:
“Sadəcə bir məsələ var ki, hansısa ərazidə güclü zəlzələ baş verirsə, orada ocağın sönməsi üçün müəyyən zaman kəsiyində - bunu da demək olmaz bir ay, beş ay yoxsa bir il, təkanlar gedir. O təkanların arasında hiss oluna bilənlər də olur ki, bu da mümkün haldır. Bu təcrübəni Türkiyədə də müşahidə etdik. Kahramanmaraşda baş verən zəlzələdən sonra orda minlərlə təkan qeydə alındı və haradasa elə 1000-ə yaxını müxtəlif maqnitudalı zəlzələ hiss olunan oldu. Odur ki, insanlarımız xırda zəlzələlər olanda, qorxmasınlar. Rəsmi məlumatlara baxsınlar”.

Aysel Şahmar

Oxunub: 554
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-03-2023, 15:07

SON DƏQİQƏ: Azərbaycanda ard-arda İKİ ZƏLZƏLƏ BAŞ VERDİ

Xəbərlər

2-07-2021, 15:48

Bir neçə günə Azərbaycanda dağıdıcı zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

Xəbərlər

18-04-2021, 19:16

SON DƏQİQƏ: İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU - Bölgədə HƏYAT DURDU

Xəbərlər

20-04-2019, 12:28

Türkiyədə ard-arda zəlzələ: sakinlər QORXU İÇİNDƏ

Xəbərlər

20-02-2019, 15:46

Sabah 8 ballıq ZƏLZƏLƏ OLACAQ? - Qurban Yetirmişli açıqladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 12:34
    Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
  • Bu gün, 11:45
    Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
  • Bu gün, 10:25
    Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
  • Bu gün, 09:05
    15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
  • Dünən, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • Dünən, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
  • Dünən, 20:16
    ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
  • Dünən, 19:41
    Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
  • Dünən, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • Dünən, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • Dünən, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • Dünən, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • Dünən, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • Dünən, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • Dünən, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • Dünən, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • Dünən, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • Dünən, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • 3-02-2026, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • 3-02-2026, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • 3-02-2026, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • 3-02-2026, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
  • 3-02-2026, 18:25
    Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
  • 3-02-2026, 17:35
    Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
  • 3-02-2026, 16:04
    Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
  • 3-02-2026, 15:08
    Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
  • 3-02-2026, 14:48
    ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
  • 3-02-2026, 13:14
    Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
  • 3-02-2026, 12:37
    Bu içkilər yaddaşı möhkəmləndirir
  • 3-02-2026, 11:52
    Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə