• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Sarımsaqdan öskürək siropunu belə hazırlayın
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şərqi Azərbaycanda yerləşən SEPAH qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi

Xəbərlər

20-09-2023, 19:23

Şərqi Azərbaycanda yerləşən SEPAH qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi


Sabiq diplomatlar İranı yersiz addımlardan çəkinməyə çağırır

Antiterror əməliyyatları ərəfəsi İranla iqtisadi əməkdaşlığın genişləndirlməsi, mövcud anlaşılmazlıqların aradan qaldırılması istiqamətində müəyyən addımlar atıldı. Hərçənd bu, İran KİV-lərinin total anti-Azərbaycan ciddi fəaliyyətinə təsir etməsə də, rəsmi qurumların(XİN, Silahlı Qüvvələrin Baş Qərargahı, Kəşfiyyat Nazirliyi, Ərdəbil və Təbriz imamcümələri, İRNA Agentliyi və s.) pozitiv açıqlamalar verildi, ərazi bütövlyümüzə hörmət ifadə olundu, yaşanan psixoloji müharibə müəyyən qədər səngidi.

Əməliyyatların başlanma ərəfəsində Ermənistan baş naziri Nikol Paşinyanın telefon diplomatiyası üzrə əlaqə saxladığı xarici dövlət başlçıları sırasında İran Prezidenti İbrahim Rəisi də var idi. İ.Rəisi danışıq zamanı Ermənistanın ölkəyə xarici hərbi qüvvələr cəlb etməsinə (Avropa İttifaqı sərhəd patrul xidməti, ABŞ-la birgə hərbi təlim keçirilməsi) dolayısı ilə etiraz etsə də, İran mediası, o cümlədən rəsmi KİV-lər xəbəri servis edəndə Bakıya(İlham Əliyevə) sərt xəbərdarlıq başlığı və ya alt başlığı ilə paylaşmışdılar.

Təxminən bir aya yaxındır ki, İran KİV-ləri və xaricdəki proksi media(Fələstin və Livandakı radikal şiə qruplarına və ya İranın dəstəklədiyi siyasi qüvvələrə yaxın KİV-lər) guya İsraildən Bakıya gizli silah daşınmaları haqda dezinformasiyalar yayırdılar. Belə informasiya kampaniyasını həm 2020-c il Tovuz hadisələri, həm II Qarabağ savaşı ərəfəsi və gedişi, sonrakı gərginliklər, o cümlədən ötən il sentyabrında yaşanmış gərginlik ərəfəsi də müşahidə etmişdik. Bəzi İran KİV-ləri daha da irəli gedərək “təkfirçilər”in azad olunmuş ərazilərdə yerləşdirildiyini iddia edirdi. Belə çirkili informasion fon İran KİV-lərində antiterror əməliyyatları başlayandan sonra daha da şiddətlənib. Çoxsaylı İran KİV-ləri İsrail və Türkiyənin guya Azərbaycanın hərbi əməliyyatlarında iştirakı və ya dəstəyi ilə bağlı məlumatlar yaymağa başlayıb və vurğulayırlar ki, Azərbaycan hərbi əməliyyatları öz əraziləri ilə məhdudlaşsa da, İran heç bir “regionda sərhədlərin dəyişdirilməsi ilə bağlı sionist təşəbbüsə” dözməyəcək.

Yalnız bir neçə KİV-in başlıqlarını sadalamaq yetər ki, Tehran rəsmi təblığatının bizim haqq işimizə münasibətini anlamış olaq.

Dana.ir saytı - “Bakı İsrailin İranı sabotaj etmək üçün platformasıdır. İlhamı Zelenskinin taleyi gözləyir!”. Nəşr iddia edir ki, İsrail Məhsa Əmininin ölümünü bəhanə edərək “Qadın, həyat, azadlıq” şüarı ilə ölkədə xaos yaratmağa çalışırdı, bu gün parlament seçkiləri ərəfəsində ölkədə yeni xaos yaratmağa çalışır: “Görünür, Bakı İranı qarışdırmaq istəyən İsrailin oyun meydançasıdır, lakin bu günlərdə sionist hakimiyyətə qulaq asan İlham Əliyevi də Zelenski ilə eyni aqibət gözləyir”.

Jahannews – “Cənubi Qafqazda təhlükəsizlik böhranının pik nöqtəsində İranın fəaliyyətinin üç ssenarisi”. Yazıda İranın ata biləcəyi addımlardan bəhs olunur.

Jamejamonline – “Qafqazın çağrılmamış qonaqları”. Gərginliyin arxasında İsrail və ABŞ-ın durduğu iddia olunur, İranın region ölkələrini 3+3 formatında əməkdaşlığa məcbur etməsi tövsiyə edilir.

Didar(You Tube kanalı) - “Həsən Beheştipur: İran Bakı hökumətinin Sünik vilayətini işğal etməsinə icazə vermir”. Nisbətən obyektiv baxış sərgiləməyə çalışan ekspert Behiştipur bu kanala açıqlmasında ən radikal türkofob kimi danışıb. O iddia edir ki, Türkiyə Naxçıvanın Qarasu boğazı üzərindən qonşusudur və əslində bu ölkənin Azərbaycanın əsas ərazisi ilə heç bir əlaqəsi yoxdur. Qarasu zolağı (“Atatürk barmağı”) Rza şahın dövründə Atatürkə hədiyyə edilib: “Bu zolaq olmasaydı, Türkiyənin Azərbaycana çıxışı olmazdı. Amma görünür, Osmanlı türkləri və bakılılar(yəni şimali azərbaycanlılar - C.Q) bununla kifayətlənmir və Ermənistanın ən zəif olduğu bir vaxtda bu ölkənin cənub vilayətinə hərisliklərini artırıblar”.

Ettelaat.com - “Bu iki qonşunun İrana qarşı dəhşətli planı”(Azərbaycanın Zəngəzur dəhlizi çəkmək, İranın qırmızı cizgilərini pozmaq planından bəhs olunur).

Farazdaily –“Üçüncü Qarabağ müharibəsinin başlaması və İran sülhməramlı qüvvələrinin Sünikdə olması zərurəti”. İddia edilir ki, Bakı İranın müdaxiləsinin ehtimalını azaltmaq və nəticələrindən qaçmaq üçün şimalda Dağlıq Qarabağ/Artsaxı döyüş meydanı kimi seçib. Bununla belə, strateji məqsəd Sünikin işğalı və cənub-qərbdən Naxçıvana, oradan isə Türkiyəyə çıxışdır. Çünki Qarabağda məğlubiyyətdən sonra İrəvan danışıqlar masasında güzəştə getməyə məcbur olacaq, odur ki, bəri başdan Sünikə İran qoşunları yerləşdirilməlidir. “Bu seçim ilk baxışda iddialı və hətta avatürist görünə bilər, lakin əslində ən praktik və ən az riskli variantdır. Unutmayaq ki, Ermənistan sərhədinin bağlanması İranın geosiyasi blokadasının son halqasının başa çatmasıdır”.

Javanonline(SEPAH) - “Bakının Qarabağda ermənilərin etnik təmizlənməsi üzrə əməliyyatı”

Hammihan - “Qarabağın köhnə yarasına açlan atəş”. İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri Mənsur Həqiqətpur deyib ki, Azərbaycan Qüdsün işğalçı rejiminin və Osmanlı İmperiyasının(?-red.) təhrikilə davranır və əmindir ki, bu hərəkətlər bizim milli maraqlarımızı təhlükə altına atacaq. “Ali Rəhbərin təhdidi olmasaydı, Zəngəzur dəhlizinə hücum edər və bu dəhlizi açardılar... Biz xarici siyasətimizdə də siyasi sadəlikdən əziyyət çəkmişik: ötən həftə silahlı qüvvələr Azərbaycanın müdafiə naziri ilə danışıqlara başlayıb, sonra bu hadisələrin baş verməyəcəyini bəyan ediblər. Bu prosesin davam etməsi İran üçün dözülməz olacaq və İran çox qəti şəkildə güc tətbiqinə keçməlidir. Ümid edirəm ki, hakimiyyət orqanlarımız müdrik və düzgün qərar qəbul edib bölgədəki bu iğtişaşlara birdəfəlik son qoyacaq və bu iğtişaşın şimal sərhədlərimizin digər ərazilərinə də yayılmasına imkan verməyəcək. Bu gün açıq güc nümayişi lazımdır. ...Badkobəni idarə edən insanların davranışı kişilərin davranışı deyil”.

“Mashregh” - Bakı Artsaxa niyə hücum etdi?”

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin müsahibəsini bu iddalara cavab qəbul etmək olar. O bildirib ki, Bakı ilə İrəvan arasında problemlər dialoq və bir-birinin ərazi bütövlüyünün tanınması yolu ilə həll edilə bilər. Pakayin xatırladır ki, Azərbaycan uzun müddətdir “Sünik bölgəsi” məsələsini qaldırmır, lakin görünür, Ermənistan bu məsələni gündəmdə saxlamağa çalışır. “Təəssüf ki, bölgəni tanımayan bəzi insanlar bu bölgədə baş verən hər hərbi insident və artan gərginlik zamanı İranı təhrik edirlər ki, Ermənistanın xeyrinə Azərbaycana qarşı müharibə başlamalıdır, lakin bu, yanlışdır. Təbii ki, İran səlahiyyətliləri vəziyyətə nəzarət edir”.

İsrailin i24NEWS saytı isə xəbər verirdi ki, Xocavənd rayonunda altı azərbaycanlının həlak olmasından sonra Şərqi Azərbaycanda yerləşən SEPAH qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda, SEPAH-ın idarə etdiyi kəşfiyyat pilotsuz təyyarələri Qarabağda baş verən hadisələrlə bağlı mühüm məlumatların toplanmasına başlayıb. Az sonra xəbər yayıldı ki, İranın Azərbaycanla sərhəddə yerləşən bütün quru qoşunları döyüş əməliyyatlarına hazır vəziyyətdədir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 313
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-04-2023, 00:17

SON DƏQİQƏ: Azərbaycanla İran arasında RAZILIQ ƏLDƏ OLUNDU

Xəbərlər

22-03-2023, 15:32

SON DƏQİQƏ: İran Azərbaycan sərhədində HƏRƏKƏTƏ KEÇDİ, AVİABAZA DÖYÜŞ HAZIRLIĞI VƏZİYYƏTİNƏ GƏTİRİLDİ

Xəbərlər

1-11-2022, 16:46

Paşinyan və Rəisi memorandum imzalayacaq

Xəbərlər

5-10-2022, 00:19

Azərbaycan İranla birgə hərbi təlimlər keçirəcək - GÜNÜN SENSASİYASI

Xəbərlər

25-02-2021, 16:57

SON DƏQİQƏ: Ermənistanda bütün ordu HƏRƏKƏTƏ KEÇDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Sarımsaqdan öskürək siropunu belə hazırlayın
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
Son xəbərlər
  • Dünən, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • Dünən, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • Dünən, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • Dünən, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • Dünən, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • Dünən, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • Dünən, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • Dünən, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • Dünən, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • Dünən, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
  • Dünən, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • Dünən, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • 21-08-2026, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • 21-08-2026, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • 21-08-2026, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • 21-08-2026, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • 21-08-2026, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • 21-08-2026, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • 21-08-2026, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • 21-08-2026, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • 21-08-2026, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • 21-08-2026, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • 21-08-2026, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • 21-08-2026, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • 21-08-2026, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • 21-08-2026, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 20-08-2026, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • 20-08-2026, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • 20-08-2026, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • 20-08-2026, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə