Rusiya Ukraynaya qarşı yeni hücumlara hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.
"Cənub-şərq istiqamətində düşmən aviasiyasının fəaliyyəti güclüdür. Bu, düşmənin kəşfiyyat məlumatları topladığını və gələcək üçün güclü hücumlara hazırlaşa biləcəyini göstərir”, - Qumenyuk bildirib.