• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
İnsult riskini artıran axşam vərdişləri
İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Yulaf əzməsi həqiqətən faydalıdırmı?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Makronun qanunsuz sövdələşmələri deputatları HİDDƏTLƏNDİRDİ

Xəbərlər

18-07-2023, 22:07

Makronun qanunsuz sövdələşmələri deputatları HİDDƏTLƏNDİRDİ


Fransa mətbuatının “Uber” şirkətinin lobbiçiliyi ilə bağlı açıqlamalarından bir il sonra ölkənin qanunvericiləri bu gün dərc olunan hesabatda hakimiyyətin zəif mövqeyini və Emmanuel Makronun heç bir addım atmamasını tənqid ediblər.

Qanuna bu qədər hörmətsizlik edən bir şirkət bu qədər üzüxoşluqdan necə faydalandı? Milli Assambleyanın “Uber” faylları” ilə bağlı araşdırma komissiyası tərəfindən 500 səhifəlik hesabatda bu sual dəfələrlə ön plana çıxır. Çərşənbə axşamı, iyulun 18-də dərc edilən sənəd parlament üzvlərinin 120-yə qədər şəxslə müsahibə apardığı altı aylıq işin nəticəsidir. Sənəd dövlət qurumlarının Fransada “Uber” və digər oxşar şirkətlərin inkişafına necə reaksiya verdiyinə dair çoxsaylı çatışmazlıqlara diqqət çəkir.

Bu araşdırma ötən ilin iyul ayında “Le Monde” və Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) tərəfdaşlarının nəşr etdikləri, nəqliyyat şirkətinin Fransa və onun hüdudlarından kənarda fəaliyyətinə yönəlmiş bir sıra məqalələrlə başlayıb. Eyni zamanda, araşdırma 2014-16-cı illərdə “Uber” şirkətinin Avropa üzrə baş lobbiçisi Mark Makgen (Mark MacGann) tərəfindən Birləşmiş Krallığın “The Guardian” qəzetinə göndərilən çoxsaylı daxili sənədlərə əsaslanırdı. Araşdırmadakı məlumatlar şirkətin, xüsusən də, iqtisadiyyat naziri olduğu vaxtda Prezident Emmanuel Makronla yaxın münasibət qurduğu Fransada taksilərə və onların nüfuz strategiyasına qarşı özünə yer hazırlamaqla bağlı qaydalardan qəsdən necə yayındığını üzə çıxarır.

Radikal solçu “La France Insoumise” (LFI) partiyasının deputatı və komissiyanın əsas təsisçisi Daniel Simonnet öz hesabatında bu məlumatlara daha geniş yer verib. O, eyni sənədlərdən istifadə edib, lakin həmçinin Makronun kabinetinin keçmiş üzvləri istisna olmaqla, işin bəzi əsas aktorlarının dinləmələrinə və daha yeni sübutlara əsaslanıb.

Qeyri-mütəşəkkil nəzarət mexanizmləri

“Uber” faylları” məsələsi zamanı vəzifədə olan keçmiş sosialist baş nazir Manuel Valls və daxili işlər naziri Bernard Kazenev (Bernard Cazeneuve) komissiyaya demişdilər ki, hökumət şirkətin “şübhəli hərəkətləri” ilə qarşılaşdıqda qətiyyətli mövqe göstərib. Lakin onlar deputatları inandıra bilmədilər və deputatlar hökumətin “qanunları yerinə yetirməkdə uğursuz olduğu” qənaətinə gəldilər. Onlar qeyd edirlər ki, “Uber” şirkəti 2014-cü ilin əvvəlindən 2015-ci ilin iyul ayına qədər Fransada “UberPop” özəl sürücü xidmətini açıq şəkildə qanunsuz olduğu bir vaxtda istifadəyə verib. Onlar, həmçinin, Fransanın keçmiş prezidenti Fransua Ollandın mandatı dövründə şirkətin qayda pozuntularına cavab olaraq qəbul edilmiş iki – “Thevenoud” (2014) və “Grandguillaume” qanunlarında (2016) hələ də qismən yayınma olduğunu aşkar ediblər.

Hesabata görə, bu səhv gözardı edilən və çox vaxt nəticəsiz olan prosedurlardadır. Maliyyə Nazirliyinin yüksəksəviyyəli rəsmisi Jerom Furnel (Jérôme Fournel) Niderland vergi orqanları ilə əməkdaşlığın aparılmadığını və bürokratik prosedurların yavaş getməsinin onun hərəkətə keçməsini məhdudlaşdırdığını bildirib. Hesabatda URSSAF (sosial sığorta haqlarının toplanmasına cavabdeh olan özəl təşkilatlar şəbəkəsi) tərəfindən formal çatışmazlıq səbəbilə məhkəmədə ləğv edilən və təşkilatın məhkəmə prosesini yenidən başlatmağı məqsədəuyğun hesab etmədiyi bir araşdırmadan da bəhs olunub.

Hesabatda, həmçinin, qeyd olunub ki, 2009-18-ci illərdə Maliyyə Nazirliyinin rəqabət məsələləri üzrə qurumunun rəhbəri Natali Homobono (Nathalie Homobono) “Uber” faylları” məsələsinin üzə çıxmasından sonra şirkətin nəzarət mexanizmlərini və ədliyyə sisteminin fəaliyyətini kölgələmə taktikasını öyrəndiyini etiraf edib.

Komissiya uzun və mürəkkəb prosedurlardan keçmək üçün “açıq-aşkar resurs çatışmazlığı” və “siyasi iradənin olmadığı” qənaətinə gəlir. Simonnet “Le Monde” qəzetinə bildirib ki, qazancla müqayisədə cəzalar əhəmiyyətsiz olduğuna görə hesablama bu şirkətlər üçün sürətlidir: “Qurumlarımız və siyasi hakimiyyət qanunun aliliyini təmin etmək üçün vasitələri təmin etmirlər”.

Simonnet Makronun “Uber” şirkətinə qarşı heç bir addım atmamasını tənqid edib. O, iqtisadiyyat naziri kimi kirayəlik avtomobilləri idarə etmək üçün tələb olunan təlim saatlarının azaldılmasına görə şirkətlə müqavilə bağlayıb. Bu da hesabatda “böyük manipulyasiya əməliyyatı” kimi qiymətləndirilib. Digər tərəfdən, təhqiqat komissiyasının sədri və Makronun İntibah Partiyasının üzvü olan deputat Benjamin Haddad prezidentin qərarlarını müdafiə edib.
“Uber” şirkətinin ritorikası

Simonnet bildirib ki, hökumət 2017-ci ildə Makronun prezident seçilməsindən sonra “Uber” şirkətinin fikirlərini daha geniş şəkildə qəbul edib:

“Hökumətin narahat olduğu məqam Fransa qanunlarının qaydalarını şirkətin tətbiq etdiyi vəziyyətə uyğunlaşdırmaq idi”.

Şirkətin qurucusu Travis Kalanikin xaos strategiyasını həyata keçirdikdən sonra onun davamçısı Dara Xosrovşahi Fransa hakimiyyətinə “qarşılıqlı qazanc” razılaşmasını təklif etdi. Şirkət indi sürücülərin iş şəraitini yaxşılaşdırmaq üzrə tədbirlər gördüyünü iddia edir və bunun müqabilində hökumətlərin yeni məhdudlaşdırıcı qaydalar tətbiq etməyəcəyini gözləyir. Xosrovşahinin 2021-ci ildə dediyi kimi, bu “daha yaxşı razılaşma”dır.

“Uber” şirkəti və Fransa hökuməti arasında razılaşmanın sübutu kimi solçu “La France Insoumise” partiyasının deputatı Fransanın Brüsseldə sürücülərin statusu ilə bağlı hələ də davam edən danışıqlarda tutduğu mövqeni göstərib. Rəsmi Paris “Uber” sürücüləri və digərləri üçün “müstəqillik prezumpsiyası”nı irəli sürüb. Eyni zamanda, Avropa Parlamenti “məşğulluq prezumpsiyası”nı müdafiə edir ki, bu da şirkətləri məhkəmə çəkişmələri halında sürücülərinin həqiqətən müstəqil olduğunu sübut etməyə məcbur edəcək. Keçmiş nəqliyyat naziri kimi dinləmələrdə iştirak edən Fransanın baş naziri Elizabet Born şirkətin ritorikasını təkrarlayaraq söyləyib ki, sürücülər işə götürülməkdənsə, müstəqil olmaq istədiklərini deyiblər.

Təəccüblü deyil ki, Simonnet öz hesabatında tövsiyələrinin əvvəlində məşğulluq prezumpsiyasının tətbiqinə yer verib. O, həmçinin müstəqil orqan tərəfindən verilən və şirkətin bütün müvafiq qaydalara uyğun olması şərti ilə verilən akkreditasiya sisteminin yaradılması üçün çağırış edir.

O, həmçinin, lobbiçiliyə daha yaxşı nəzarət etməyin çoxsaylı yollarını təklif edir. Simonnet “Uber” faylları” açıqlanana qədər gizli qalan Makron və “Uber” şirkətinin vəzifəliləri arasında baş tutan görüşlər kimi lobbiçilər, deputatlar və ya nazirlər arasındakı görüşlərin də ictimaiyyətə açıqlanmalı olduğunu əlavə edib.

Mənbə: “Le Monde” qəzeti

Oxunub: 274
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-07-2023, 21:54

Makronun Qarabağla bağlı dediklərinə Moskvadan reaksiya

Xəbərlər

1-07-2023, 16:44

Fransada yeniyetmənin öldürülməsi Makron hökuməti ilə bağlı yenidən narazılıq yaradıb

Xəbərlər

8-06-2023, 01:02

Azərbaycanda bu xidmət bahalaşacaq

Xəbərlər

12-03-2023, 19:06

Fransa Senatı qalmaqallı qanun layihəsini QƏBUL ETDİ

Xəbərlər

14-10-2022, 18:17

ŞOK GƏLİŞMƏ! İlham Əliyevdən Makronun bu bəyanatına sərt REAKSİYA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
Son xəbərlər
  • Bu gün, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • Bu gün, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • Bu gün, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • Bu gün, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Bu gün, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Bu gün, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • Dünən, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • Dünən, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • Dünən, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • Dünən, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • Dünən, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • Dünən, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • Dünən, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • Dünən, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Dünən, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Dünən, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Dünən, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Dünən, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Dünən, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Dünən, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • 22-08-2026, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • 22-08-2026, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • 22-08-2026, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • 22-08-2026, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • 22-08-2026, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • 22-08-2026, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • 22-08-2026, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • 22-08-2026, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • 22-08-2026, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • 22-08-2026, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə