• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Moskva ermənilərə təzyiqləri ARTIRACAQ: Kremlin SƏBRİ TÜKƏNİR

Xəbərlər

20-05-2023, 14:33

Moskva ermənilərə təzyiqləri ARTIRACAQ: Kremlin SƏBRİ TÜKƏNİR


Rusiya bölgədə təşəbbüsün Qərbin əlinə keçməsinə imkan verməmək üçün bütün vasitələri işə salıb. Moskva planlarına Paşinyanın mane olmasına imkan verən deyil.

Mayın 24-25-də Moskvada Avrasiya İqtisadi Birliyinin (AİB) toplantıları keçiriləcək. Tədbirlər arasında AİB ölkələrinin dövlət başçılarının daxil olduqları Ali iqtisadi Şuranın iclası da var.

Ermənistanın baş naziri Nikol Paşinyan AİB üzvü olan ölkənin hökumət rəhbəri qismində toplantılara qatılacaq.

Azərbaycan AİB üzvü olmasa da, Prezident İlham Əliyev Moskvadakı toplantılara dəvət alıb. Ermənistan bir qədər əvvələdək bu dəvətə kəskin etiraz etsə də, indi Moskvanın təkliflərinə etiraz etmir.

"Moskva mayın 25-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşünü keçirməyi təklif etdi, biz də bu təklifi qəbul etdik", - N.Paşinyan bəyan edib.

O, Moskvada keçiriləcək görüşdə "real irəliləyişlərin olacağına ümid etdiyini" vurğulayıb.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını hədəfləyən prosesdə əsas vasitəçi rolunu və moderator mövqeyini əldən vermək niyyətində olmayan Rusiya son aylarda Qərbin, daha dəqiq olsaq, ABŞ və Avropa İttifaqının təşəbbüslərinin intensivləşdiyini görərək adekvat, ən mühümü isə hadisələrə təsirli addımlar atmağa çalışır.

Dünən Moskvada Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşlə danışıqlar oldu.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Moskvada apardığı danışıqlarda verdiyi vədlərin Qərbi artıq qıcıqlandırdığını bildiyindən indi yeni manipulysiyalara başlayıb.

"Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub", - bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.

O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.

Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. toplantı Brüssel görüşünün nəticələrini qiymətləndirmək məqsədi ilə keçirilib.

Xatırladaq ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu.

Rəsmi bəyanatlara görə, danışıqlarda tərəflər 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinin reallaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər.

Eyni zamanda, Azərbaycanla Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi də müzakirə olunub.

"Sülh sazişinin bir sıra maddələri ilə bağlı anlaşmanın əldə olunmasına əhəmiyyətli dərəcədə yaxnlaşdıq. Ümid edirik ki, keçirilən görüş və aparılan müzakirələr praktiki nəticələr əldə etməyə imkan verəcək", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya bundan sonra da Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına çalışacaq.

Bakının mövqelərinə gəldikdə isə, heç nə dəyişməyib və dəyişən də deyil. Postmünaqişə nizamlanması müxtəlif, ciddi mərhələlərdən ibarət prosesdir və nəzərə alsaq ki, ötən ilin sonlarından bəri müzakirələrdə aşkar ətalətlə süstlük var, Qərblə Rusiyanın aktivlik cəhdləri anlaşılandır.

Bakı da prosesin süni inikas müstəvilərinin sayının artdığının fərqində olduğundan məqsədə doğru kiçik addımlarla olsa da, kurs dəyişmədən irəliləyir.

Yekun sülh sazişinin imzalanması üçün təkanların veriləcəyi platforma, razılaşmanın əldə ediləcəyi məkanın coğrafi koordinatları və ən nəhayət, vasitəçinin kimliyi Bakı üçün əlahiddə önəm daşımır.

Bakı məqsədə doğru irəliləyir və bu prosesdə kimlərin hansı formada iştirak etmələri, hadisələrdə fəallığının dərəcəsi, yaxud səviyyəsi əsas yox, törəmə funksiyalardır.

Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olması, regional kommunikasiyaların açılması, yekun sülh sazişinin imzalanması Azərbaycandan daha çox, Rusiya Federasiyası ilə Qərbə gərəkdir.

Azərbaycanla Ermənistan arasında sülhz sazişi olmasa, Rusiyanın bölgədəki təsir rıçaqlarının və geosiyasi fəallıq imkanlarının azalması uzaq perspektivə təxminələnən ehtimal olaraq qalacaq. Qərb bu prosesi maksimum sürətləndirmək, Ermənistanı Rusiyanın təsir orbitində çıxararaq Moskvanın daimi farvaterindəki ölkə statusu ilə vidalaşmasını məqsəd elan edib. Ermənistan rəhbərliyinin son iki ildəki laübəli davranışı, baş nazir Nikol Paşinyanın sürəkli olaraq yön və kurs dəyişdirməsi də İrəvanın ciddi seçim qarşısında qalması ilə bağlıdır.

Rusiyanın asılılığından qurtulmaqsa Ermənistan üçün ağrılı, əzablı hekayədir - İrəvan potensial itkilərlə zərərləri azaltmağın yolunu arayır.

Moskva baş verənləri diqqətlə izləyir və Ermənistan üzərində geosiyasi nəzarəti əldən verməmək üçün hesablanmış ssenarilərin istisnasız olaraq hamısında yekun sülh sazişinin əlahiddə yer tutduğunun fərqindədir.

Kreml bilir ki, sazişin imzalanmasına, Azərbaycanla Ermənistan arasında dövlətlərarası əlaqələrin qurulmasına yönəlmiş prosedurlar toplusunda təşəbbüsü əldən verərsə, Cənubi Qafqazdakı geosiysi mövcudluğunu ümumiyyətlə, itirə bilər.

Bundan başqa, Ukraynadkı hərbi əməliyyatlara görə Qərbin tətbiq etdiyi sərt, genişmiqyaslı və çoxsaylı sanksiyalar nəticəsində iqtisadiyyatı ağır problemlərlə üzləşən, enerji daşıyıcılarının ənənəvi ixrac marşrutlarının əksəriyyətini itirən Rusiya üçün Azərbaycanla əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Ən azı ona görə ki, Moskva üçün Bakı Türkiyəyə çıxış imkanıdır.

Türkiyənin təbii qaz marşrutları üçün qovşaq rolunu oynamağa hazır olpmasını bəyan etməsindən sonra isə Moskvanın Ankara ilə bağlı geoiqtisadi planları daha da ciddiləşib.

Belə situasiyada Kreml bütün imkanlarını reallaşdıraraq Ermənistana təzyiqləri artırmağa, Nikol Paşinyanıi yekun sülh sazişini imzalamağa mövq etməyə çalışır.

Situasiya sürətlə inkişaf edir və dəyişir.

Azərbaycan isə bölgədə sülhə doğru qətiyyətlə irəliləyir.

Elçin Alıoğlu
Trend

Oxunub: 493
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-05-2023, 14:58

Paşinyan açıqladı: Əliyevlə bu tarixdə Moskvada görüşəcəm

Xəbərlər

13-04-2023, 16:25

“Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır” - Nikol Paşinyan

Xəbərlər

28-04-2022, 21:09

Rusiya XİN AÇIQLADI – Yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya…

Xəbərlər

6-04-2022, 10:27

Bu gün İlham Əliyevlə Nikol Paşinyan görüşəcəklər

Xəbərlər

22-01-2022, 19:42

Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini MÜZAKİRƏ EDİB

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Son xəbərlər
  • Dünən, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • Dünən, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • Dünən, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • Dünən, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • Dünən, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • Dünən, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • Dünən, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • Dünən, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • Dünən, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • Dünən, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • Dünən, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • Dünən, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • Dünən, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
  • 16-06-2026, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • 16-06-2026, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
  • 16-06-2026, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
  • 16-06-2026, 19:45
    Tramp, Vens və Qalibaf sazişi imzaladılar
  • 16-06-2026, 18:12
    Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
  • 16-06-2026, 17:00
    İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
  • 16-06-2026, 16:48
    Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
  • 16-06-2026, 15:08
    Hansı ət bədəndə ağrını artırır?
  • 16-06-2026, 14:43
    Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
  • 16-06-2026, 13:25
    İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • 16-06-2026, 12:22
    Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
  • 16-06-2026, 11:19
    Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
  • 16-06-2026, 10:20
    17 ölkə İranla bağlı razılığa gəldi
  • 16-06-2026, 09:06
    Gicitkən çayı - kimlər içməlidir?
  • 15-06-2026, 22:51
    Xoruldayan kişilərin beyni təhlükədədir
  • 15-06-2026, 21:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • 15-06-2026, 20:39
    Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə