İranın xarici işlər naziri Abbas Arakçı italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Arakçının Teleqram kanalında paylaşım edilib.
Məlumatda bildirilib ki, nazirlər regionda baş verən prosesləri, Yaxın Şərqdəki müharibənin nəticələrini müzakirə ediblər.
Bundan əlavə, iranlı nazir həmkarını atəşkəslə və müharibənin dayandırılması üçün aparılan diplomatik səylər barədə məlumatlandırıb, həmçinin bu, prosesdə Avropa ölkələrinin məsuliyyətli rol oynamasının vacibliyini vurğulayıb.