• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qandakı yağları əridən bitkilər - Siyahı
Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Ürəyə zərər verən sağlam qidalar
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
Prostat vəzinin adenoması - xoşxassəli şişdir
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
“Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Xruşşovka"lar niyə bahalaşır?

Xəbərlər

2-05-2026, 10:23

"Xruşşovka"lar niyə bahalaşır?


Bakının siması yeniləndikcə, sovet dövründən miras qalan və istismar müddətini başa vurmuş "xruşşovka"ların taleyi daşınmaz əmlak bazarının ən çox müzakirə olunan mövzusuna çevrilir. Şəhərin yeni Baş Planına əsasən, qarşıdakı illərdə bu qəzalı binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Lakin bəzi işbazlar və investorlar gələcək söküntü zamanı tikinti şirkətlərindən daha böyük kompensasiya, əlavə yaşayış sahəsi, təmir və kirayə pulu qoparmaq ümidi ilə kütləvi şəkildə bu cür köhnə mənzilləri almağa başlayıblar. Nəticədə, "xruşşovka"ların qiymətində kəskin artım müşahidə edildiyi bildirilir.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əmlak bazarı üzrə ekspert Anar Nəsirov Bakı şəhərinin Baş Planına əsasən, bəzi ərazilərdə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların, eləcə də kvartalların söküntüsü həyata keçirildiyini bildirib.

Söküntü zamanı sakinlər kirayə pulu ilə təmin edilir və onların yaşadıqları evlər tikinti şirkəti ilə qarşılıqlı razılaşma əsasında sökülür:

"Evləri söküntüyə düşən vətəndaşlar bu prosesdən xeyli əlavə qazanc əldə edirlər. Birincisi, köhnə binanın əvəzinə onlara 24 saat daimi suyu, qazı, işığı və müasir liftləri olan, yeni standartlara cavab verən binalarda mənzil verilir. İkincisi, məsələn, 50 kvadratmetr sahə sökülürsə, şirkətlə razılaşma əsasında mülkiyyətçiyə əlavə kvadratmetrlər təklif olunur. Üçüncüsü, vətəndaş ya təmir pulunu alıb mənzili özü təmir edir, ya da şirkətdən tam təmirli ev alır”.

A.Nəsirovun fikrincə, buna görə alıcıların "xruşşovka”lara marağı artıb. Hazırda söküntüyə gedən əksər binaların sakinləri tikinti şirkətlərindən əlavə kvadratmetr əldə etməyə çalışırlar:

"Mərkəzə nisbətən yaxın ərazidə yerləşən 3 otaqlı "Xruşşovka" layihəli ev bu gün 190-200 min manata satılırsa, bina söküntüyə düşdüyü halda əvəzində verilən yeni mənzilin dəyəri təqribən 300 min manata yaxın olur. Bu gün 1-3 mərtəbəli həyət evləri azaldığından, tikinti şirkətləri yeni bina inşa etmək üçün artıq 4-5 mərtəbəli binaları da sökürlər. Bunu bilən bəziləri həmin binalardan mənzil alaraq qazanc əldə etməyə çalışırlar. Onlar bu proseslərdə təcrübəli olduqları üçün tikinti şirkətləri ilə əlaqəyə çıxır, bina təhvil verilənədək həm yüksək kirayə haqqı, həm də əlavə kvadratlar almağı bacarırlar. Beləliklə, qazanclarını daha da artırırlar. Ümumilikdə, əlavə kirayə pulu, təmir xərcləri və əlavə kvadratmetrlər hesablandıqda, söküntüdən əldə edilən xalis qazanc mənzilin ilkin dəyərinin 35-60%-ni təşkil edə bilir. Bütün bunlara görə də vətəndaşların "xruşşovka”lara marağı kəskin artıb”.

Ekspert bildirdi ki, evi bir dəfə söküntüyə düşüb bunun bəhrəsini görənlər gələcəkdə plana düşə biləcək mənzilləri hədəf seçirlər. Həmin evləri alıb sökülənə qədər kirayəyə verirlər, söküntü başladıqda isə əlavə imtiyazlar alaraq prosesdən qazanclı çıxırlar:

"Belələrinin çox olması avtomatik olaraq 1-5 mərtəbəli köhnə evlərin qiymətlərində bahalaşma yaradıb. Hazırda bu investisiyanın heç bir riski yoxdur. Azərbaycanda hər il əmlak bazarında müvafiq faiz dərəcəsində qiymət artımı müşahidə olunur, alınan əmlak riskli hesab edilmir. Söküntüyə gedən evləri alanlar da bunu yaxşı bilirlər. Çünki bina bu il sökülməsə belə, gələn ilə qaldıqda əmlakın dəyəri müəyyən qədər artacaq. Söküntü reallaşdıqda isə qazanc qat-qat çox olacaq”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə düşünür ki, "xruşşovka"ların qiymətindəki artım realdır, lakin bu tendensiya heç də təqdim olunan qədər şişirdilmiş səviyyədə deyil:

"Qiymət artımı daha mərkəzdə və mərkəzə yaxın ərazilərdə yerləşən binalardadır. "Xruşşovka"ların qiymətlərindəki artım ümumi bazar tendensiyasından irəli gəlir. Lakin bir çox hallarda gəzən şayiələrə aldanıb kompensasiya əldə etmək məqsədilə investorların bu istiqamətdə axını da süni qiymət artımına səbəb olur. Söküntü zamanı verilən kompensasiya məbləğləri çox vaxt investorun gözləntilərini doğrultmur. Gözlənilən məbləği ala bilməyən və mənzilini sata bilməyən investor iflasa uğraya, evi dəyər-dəyməzinə satıla bilər. Əslində, satışında və ipoteka predmeti kimi çıxış etməsində məhdudiyyətlər olduğuna görə "xruşşovka"ların qiyməti digər layihələrdən daha ucuz olmalıdır”.

V.Orucun fikrincə, bütün "xruşşovka"ların qiymətinin artacağını düşünərək spekulyasiyaya uymaq və söküntü zamanı yüksək kompensasiya əldə etmək məqsədilə əvvəlcədən bu binalardan mənzil almaq kifayət qədər risklidir:

"Çünki istismar müddəti bitməsinə baxmayaraq, texniki vəziyyəti hələ də normal olan binaların sökülməyəcəyini də ehtimal etmək lazımdır. İnvestor müəyyən bir binadan mənzil alıb onun sökülməsini illərlə gözləyə bilər. Bu, yüz faizlik zəmanətli investisiya deyil. Söküntü olmazsa, həmin tikililərin satışı heç də asan deyil”.

Sədrin sözlərinə görə, əmlakın qiymətini bazar müəyyən edir. Bəzən mənzil qiymətlərinin orta aylıq əməkhaqqı göstəriciləri ilə uzlaşmaması əsas gətirilərək qiymətlərin şişirdildiyi və ya bazarda "sabun köpüyü" yarandığı iddia edilir. Amma bütün tendensiyalar onu deməyə əsas verir ki, qiymət artımı bazar prinsiplərinə tam uyğundur:

"Qiymətlərin bilərəkdən artırılmasına gəldikdə isə, təbii ki, hər bir mülkiyyətçi öz mənzilini daha baha satmaq istəyir. Rieltorlar da yüksək qiymətə satış reallaşdırmaqda maraqlıdırlar. Bəzi hallarda yaranan spekulyasiyalar da məhz daha çox qazanc əldə etmək istəyindən irəli gəlir”.

Oxunub: 84
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-12-2025, 16:09

Bakıda qəzalı və plana düşən köhnə tikililərin TALEYİ: Söküntü nə vaxt başa çatacaq?

Xəbərlər

25-10-2025, 10:16

Bakının mərkəzində bu binalar plana düşdü: söküntüsünə başlanılır

Xəbərlər

21-03-2025, 13:17

Bakının bu ərazilərində evlər tamamilə sökülməlidir – Nə baş verir?

Xəbərlər

14-10-2023, 23:56

Bakıda böyük söküntü olacaq rayonların adları AÇIQLANDI

Xəbərlər

14-05-2022, 20:18

Paytaxtda gözlənilən BÖYÜK SÖKÜNTÜ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qandakı yağları əridən bitkilər - Siyahı
Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
Son xəbərlər
  • Bu gün, 18:48
    Qandakı yağları əridən bitkilər - Siyahı
  • Bu gün, 17:46
    Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
  • Bu gün, 16:15
    Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
  • Bu gün, 15:51
    Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
  • Bu gün, 14:47
    İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
  • Bu gün, 13:57
    Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
  • Bu gün, 12:40
    Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
  • Bu gün, 11:46
    Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
  • Bu gün, 10:23
    Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
  • Bu gün, 09:04
    Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
  • Dünən, 22:09
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
  • Dünən, 21:34
    Ürəyə zərər verən sağlam qidalar
  • Dünən, 20:04
    Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
  • Dünən, 19:21
    İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
  • Dünən, 18:23
    Prostat vəzinin adenoması - xoşxassəli şişdir
  • Dünən, 17:37
    Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
  • Dünən, 16:51
    Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
  • Dünən, 15:19
    Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
  • Dünən, 14:06
    “Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
  • Dünən, 13:43
    Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
  • Dünən, 12:12
    Panik atakdan ölmək mümkündürmü?
  • Dünən, 11:41
    Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
  • Dünən, 10:27
    Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
  • Dünən, 09:00
    Razyananın hansı faydaları var?
  • 7-07-2026, 22:00
    Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
  • 7-07-2026, 21:07
    Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
  • 7-07-2026, 20:27
    Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
  • 7-07-2026, 19:13
    Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
  • 7-07-2026, 18:32
    Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
  • 7-07-2026, 17:10
    Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə