• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıdan Türk Dünyasına Zəngəzur MESAJI

Xəbərlər

18-03-2023, 21:25

Bakıdan Türk Dünyasına Zəngəzur MESAJI


Bu aralar Azərbaycan və region üçün xüssusilə əlamətdar proseslərlə yadda qalmaqdadır.

13 mart tarixində dövlət başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfəri və orada Prezident Frank-Valter Ştaynmayerlə, eləcə də Kansler Olaf Şoltsla görüşü, verilən bəyanatlar müzakirələrin leytmotivinin strateji dialoq xarakteri daşıdığını göstərdi.

İndiki qarışıq mənzərədə Azərbaycanla Almaniyanın tərəfdaşlığı qarşılıqlı ehtiyacların nəzərə alınması ilə daha da yüksəyə qalxa bilər ki, bunun da Azərbaycan Prezidenti mümkünlüyünü Kanslerlə fikir mübadiləsi zamanı inandırdığını deyə bilərik. Bu səfərin ən əhəmiyyətli və rəsmi Bakı üçün əlamətdar hissəsi isə Ermənistanın dezinformasiya siyasətinin Almaniya hökumətinin, ictimiayyətinin gözü qarşısında ifşası oldu.

İlham Əliyev etdiyi çıxışlarla isbatladı ki, Ermənistanın bölgədəki proseslərlə bağlı dedikləri başdan-ayağa cəfəngiyat, heç bir əsası olmayan saxta məlumat toplusudur. Demək olar ki, bununla da Azərbaycan tərəfi Almaniyanın Bakı-İrəvan münasibətlərinə baxış bucağında xeyli dəyişikliyə nail olmağı bacardı. Dövlət başçısının Nikol Paşinyan rejiminin Azərbaycan əleyhinə dediklərini ağyalan olduğunu açıq şəkildə qətiyyətlə Şoltsun diqqətinə çatdırması Almaniyanın böyük mənada Cənubi Qafqazdakı kodlarının dəyişilməsinə səbəb olacaq.

Bakının Berlindən istəyi və gözləntisi böyükdür. Ən əsası, Almaniya Avropa İttifaqının aparıcı üzvü kimi Azərbaycanla Ermənistan liderlərinin Brüssel formatındakı görüşünün nəticələrinə diqqət etməli və onu İrəvanın balansına yönəltməməlidir. Çox güman ki, Azərbaycan bunun müqabilində Almaniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iştirakı üçün lazım olan mexanizmləri gücləndirmək barədə düşünür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçiriməsi də geridə qalan həftənin əsas siyasi hadisələrindən biri kimi yadda qaldı.

Prezident çıxışı zamanı Türkiyə ilə imzalanan Şuşa Bəyannaəməsini xatərladaraq bildirib ki, "2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır".

İlham Əliyev çıxışı zamanı eyni zamanda onu da qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər hələ də qalmaqdadır.

Dövlət başçısı bu fikirləri qeyd etməklə TDT-nin və dünyanın diqqətinə çatdırıb ki, Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalması faktiki olaraq rəsmi İrəvanın Praqa və Soçi görüşlərində üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi və 10 noyabr üçtərəfli bəyanatının pozulması deməkdir. Nisbətən konkretləşdirsək, İlham Əliyev bu və bu kimi digər məsələləri diqqətə çatdırmaqla faktiki olaraq rəsmi Bakının separatçılara qarşı antiterror, Ermənistana qarşı isə sülhəməcburetmə əməliyyatına başlaması üçün artıq zəmin yarandığı mesajını verib.

Qərbi Zəngəzura QAYIDIŞ...

Prezident çıxışı zamanı onu da qeyd edib ki, "Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur".

Düşünürəm ki, məhz öz təşəbbüsü ilə Ankarada təşkil edilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə ölkə başçısının bu məsələni bir daha qabartması təsadüfi deyil.

Dövlət başçısının "Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur", - çıxışı Azərbaycan xalqının iradəsi xaricində qanunsuz şəkildə törədilən bir işğalın xatırladılması adına olduqca önəmli idi.

İlham Əliyev bu fikirlərlə əslində növbəti dəfə dünya türklərinə, Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinə Türk Dünyasının parçalanmasının məhz Zəngəzurun ermənilərə verilməsi ilə baş verdiyini diqqətə çatdırmaqla, bu millətin yenidən birləşməsi, bütövlüyü üçün məhz Zəngəzurun əhəmiyyətinə diqqəti yönəltmiş olub.

Yəni İlham Əliyev Zəngəzur dəhlizini qabartmaqla dünya türklərinə növbəti mesajı verərək bu ayrılığın yalnız Zəngəzur dəhlizi açılacağı təqdirdə tam olaraq sonlanacağına diqqəti yönəltmiş olub. Dövlət başçımızın bu sözlərindən çıxan nəticə isə belədir ki, Zəngəzur dəhlizi Azərbaycanın təklifi olsa da, türk dünyasının ortaq marağı olmalı və bu istiqamətdə Ermənistana TDT səviyyəsində təzyiqlər artırılmalıdır.

Azərbaycan liderinin çıxışından aydın sezildi ki, hazırda tək Azərbaycan üçün yox, bütün türk dünyası üçün çox önəmli proseslərin astanasındayıq. Həmin proseslərin Türk Dünyasınınü zünü güldürüb-güldürməyəcəyi isə Azərbaycanın göstərdiyi istiqamət üzrə birgə fəaliyyətin effektivliyinin yüksəldilməsinə bağlıdır.

TDT liderlərinin Fövqəladə Zirvə görüşündən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevə zəng etməsi qlobal miqyasda bu Zirvə görüşünün çox diqqətlə izlənildiyindən xəbər verməklə yanaşı, toqquşan maraqların da az olmadığını növbəti dəfə göstərmiş olur.

1 ildən çoxdur Ukraynada apardığı işğalçı müharibəsi ilə bütün siyasi, iqtisadi və hərbi imkanlarını tükətməyə doğru gedən Rusiyanın TDT kimi bir təşkilatda müşahidəçi qismində təmsilçiliyi məsələsi çox güman ki, Moskva üçün indiki situasiyada hava-su kimi önəmlidir.

Rusiya başda olmaqla Qərbi də ən çox narahat edən məsələlərdən biri Azərbaycanla Türkiyənin birgə alternativ hərbi blok yaradılmasına can atması prosesidir ki, Moskva bu prosesdən kənarda qalmaqdan narahatdır, Qərb isə özünə yeni bir hərbi blok olaraq rəqibin meydana atılmasından narahatlıq duya bilər. Bu da Şərq-Qərb qarşıdurmasını daha da artması ilə nəticələnə bilər.

Amma Prezident İlham Əliyevin təklif etdiyi yeni düzən Azərbaycanı hədəflərinə daha da sürətli şəkildə çatdırmağa hesablanmaqla paralel, Türk Dövlətlərinin də müxtəlif küncdə-bucaqda sıxışdırılıb, müstəqilliklərinə, suverenliklərinə zərbə vurulmasının qarşısını almaq üçün nərəzdə tutulan ən effektiv seçimdir.

Oxunub: 598
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-12-2021, 19:13

Azərbaycan və Avropa İttifaqı Şurasının liderləri üçtərəfli görüş barədə fikir mübadiləsi aparıblar

Xəbərlər

14-12-2021, 15:31

İlham Əliyevin Brüssel səfəri: Paşinyanla iki görüş, Aİ və NATO ilə mühüm təmaslar

Xəbərlər

20-07-2021, 18:18

İlham Əliyevin Rusiyaya səfəri: Yekun sülh müqaviləsinə hazırlıq BAŞLAYIR

Xəbərlər

24-12-2018, 22:24

Prezident İlham Əliyev Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası “İlin dövlət başçısı” ünvanına layiq görülüb.

Manşet / Gündəm / Xəbərlər

25-04-2018, 08:55

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Son xəbərlər
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə