• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bütün ailəsi o xəstəlikdən vəfat etdi, özü sağ qaldı - Alimlər onu araşdırır
Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
Rza Pəhləvi TƏKLİFLƏR ALDI - “İrana qayıtmağa hazıram”
Maduro həbsxanadan mesaj verdi: Biz döyüşçüyük...
Ayağa turş maya sürtməyin FAYDALARI
ABŞ hücum etsə, İsraili vuracağıq - Qalibaf
ABŞ-ın 20-dən çox qırıcısı Suriyada 35 hədəfi vurdu
Ayaqda yaranan qəfil ağrı ciddi xəstəliyin xəbərçisi ola bilər
İranlılar dəyişiklik tələb edir – ABŞ
Buzlaqlar uğrunda savaş: Məqsəd nədir?
Daim öskürürsünüz? - Professor altda yatan səbəbi açıqladı
Yəmənin Cənubi Keçid Şurası özünü buraxıb?
Vinnikovdan ilginc Bakı açıqlaması: NATO Cənubi Qafqazdan bu xəbəri gözləyir
Sarıköklü südün möcüzəvi faydaları
Xərçəngi 2 dəqiqəyə müəyyənləşdirən test hazırlanır
Axşam tez yatmağın beyin üçün 4 mühüm faydası
212 il sonra dünyanı heyrətə gətirən elan – İki ölkə Trampa görə birləşir
Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər
Bağırsaq xərçəngi özünü necə göstərir — Onkoloq XƏBƏRDARLIQ EDİR
Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İlham Əliyevin Brüssel səfəri: Paşinyanla iki görüş, Aİ və NATO ilə mühüm təmaslar

Xəbərlər

14-12-2021, 15:31

İlham Əliyevin Brüssel səfəri: Paşinyanla iki görüş, Aİ və NATO ilə mühüm təmaslar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də səfər etdiyi Belçika Krallığının paytaxtı Brüsseldə bu gün bir sıra vacib görüşlər keçirəcək.

Brüsseldə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparacaq. İkitərəfli görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər gündəmə gətiriləcək.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Bakı arasında olduqca müsbət münasibətlər formalaşıb. Üstəlik dövlət başçısı İlham Əliyevlə avropalı diplomat arasında da dialoq və qarşılıqlı anlaşma yüksək səviyyədədir.

Təbii ki, bu cür qarşılıqlı etimad və müsbət məcrada inkişaf edən münasibətlərdə Azərbaycan Prezidentinin siyasi arenada sahib olduğu böyük nüfuz və Şarl Mişelin bu ilin 17 iyulunda ölkəmizə səfəri mühüm rol oynayıb.

Səfər çərçivəsində iyulun 18-də birgə mətbuat konfransında çıxışı zamanı Azərbaycan lideri Bakının Avropa İttifaqı ilə münasibətlərinin önəmini xüsusi vurğulayaraq Aİ-ni ölkəmizin əsas ticarət tərəfdaşı adlandırıb:

“Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır”.

Ölkə başçısı Eyni zamanda qeyd edib ki, Azərbaycan dövləti Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallıq nümayiş etdirir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.

“Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Şarl Mişelin bu ilin iyul ayında ölkəmizə səfəri zamanı səsləndirdiyi həmin fikirlər Avropa ilə münasibətlərin Bakı üçün xüsusi əhəmiyyət daşıdığını növbəti dəfə ortaya qoyub. Eyni zamanda İlham Əliyevin rəhbərliyində Avropa-Azərbaycan münasibətlərində böyük məsafənin qət olunduğunu sübut edib.

Bütün bu amillər Azərbaycan Prezidentinin dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə əsas gündəmin mövcud münasibətlərin formalaşmış sağlam zəmin əsasında daha da inkişafına yönələcəyinə şübhə yeri qoymur.

Dövlət başçısının Brüssel səfəri çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcəyi artıq bir müddət əvvəl elan olunub. Dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri növbəti dəfə müzakirə aparacaqlar.

Azərbaycanla Avropa arasındakı münasibətlərin səviyyəsi, əlaqələrin yüksələn xətlə inkişafı və bugünkü görüşdə Şarl Mişelin vasitəçiliyi onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövlətinin uzun illərdir həyata keçirdiyi balanslı siyasət və yaradılmış etibarlı tərəfdaş imici Avropa tərəfindən də rəğbətlə qarşılanır. Brüsseldə keçiriləcək görüş eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazdakı problemlərin həllinə daha çox diqqət ayırmağa başladığını ortaya qoyur.

Azərbaycanın Brüsseldə Qərb tərəfdaşları ilə iki mərkəzi dialoq xətti var. Bunlardan biri Avropa İttifaqı, digəri isə NATO ilə dialoqdur.

Birinci xətt üzrə danışıqlardan artıq bəhs etdik. İlham Əliyev Brüsseldə eyni zamanda NATO ilə dialoq baxımından mühüm önəmə sahib bir sıra addımlar atacaq.

Azərbaycanla alyans arasında “NATO+Azərbaycan” formatında effektiv dialoq mexanizmi mövcuddur. Sözügedən mexanizm ölkəmizlə NATO arasındakı münasibətlərin tənzimlənməsində vacib rol oynayır. Bu dialoqların davamı kimi dövlət başçısı dekabrın 14-də NATO-nun Baş katibi Yens Stoltenberqlə görüş keçirəcək. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin “North Atlantic Council”də - NATO-nun siyasi qərarların qəbulu üzrə əsas orqanında çıxış edəcək.

Bütün bunlar göstərir ki, rəsmi Bakı öz milli maraqlarını təmin etmək üçün dünyadakı bütün güc mərkəzləri ilə əlaqələri uğurla davam etdirir. Azərbaycan dövləti tərəfindən yürüdülən balanslı siyasət, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu bu əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran məqamlarda ortaq məxrəcə gəlməyi mümkün edir.

İlham Əliyevin Brüssel səfəri təkcə dekabrın 14-də keçirilən görüşlərlə yekunlaşmır. Dövlət başçısı sabah növbəti dəfə Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək. Azərbaycan və Ermənistan liderləri vasitəçilər olmadan, birbaşa danışıqlar aparacaqlar.

Göründüyü kimi Azərbaycan Prezidentinin Brüssel səfəri bir çox aspektdən böyük önəm daşıyır. İlham Əliyevin siyasi arenadakı nüfuzu növbəti dəfə ön plana çıxır. Heç şübhəsiz, dövlət başçısının siyasi iradəsi və sahib olduğu bu nüfuz həm Ermənistana qarşı Azərbaycanın haqlı mövqeyini müdafiə və diktə etməyə, həm də Aİ və NATO ilə ortaq maraqlar çərçivəsində münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirməyə imkan verir.

Oxunub: 753
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-11-2021, 15:47

XİN İlham Əliyev-Paşinyan görüşü ilə bağlı MƏLUMAT YAYDI

Xəbərlər

20-07-2021, 18:18

İlham Əliyevin Rusiyaya səfəri: Yekun sülh müqaviləsinə hazırlıq BAŞLAYIR

Xəbərlər

9-07-2019, 21:18

İlham Əliyev: Donald Tuskla gələcək əməkdaşlığı planlaşdıracağıq

Manşet / Xəbərlər

23-06-2018, 11:40

İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul edib

Manşet / Gündəm / Xəbərlər

25-04-2018, 08:55

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bütün ailəsi o xəstəlikdən vəfat etdi, özü sağ qaldı - Alimlər onu araşdırır
Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
Rza Pəhləvi TƏKLİFLƏR ALDI - “İrana qayıtmağa hazıram”
Maduro həbsxanadan mesaj verdi: Biz döyüşçüyük...
Ayağa turş maya sürtməyin FAYDALARI
ABŞ hücum etsə, İsraili vuracağıq - Qalibaf
Son xəbərlər
  • Dünən, 22:20
    Bütün ailəsi o xəstəlikdən vəfat etdi, özü sağ qaldı - Alimlər onu araşdırır
  • Dünən, 21:29
    Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
  • Dünən, 20:30
    Rza Pəhləvi TƏKLİFLƏR ALDI - “İrana qayıtmağa hazıram”
  • Dünən, 19:06
    Maduro həbsxanadan mesaj verdi: Biz döyüşçüyük...
  • Dünən, 18:34
    Ayağa turş maya sürtməyin FAYDALARI
  • Dünən, 17:25
    ABŞ hücum etsə, İsraili vuracağıq - Qalibaf
  • Dünən, 16:53
    ABŞ-ın 20-dən çox qırıcısı Suriyada 35 hədəfi vurdu
  • Dünən, 15:40
    Ayaqda yaranan qəfil ağrı ciddi xəstəliyin xəbərçisi ola bilər
  • Dünən, 14:20
    İranlılar dəyişiklik tələb edir – ABŞ
  • Dünən, 13:38
    Buzlaqlar uğrunda savaş: Məqsəd nədir?
  • Dünən, 12:16
    Daim öskürürsünüz? - Professor altda yatan səbəbi açıqladı
  • Dünən, 11:50
    Yəmənin Cənubi Keçid Şurası özünü buraxıb?
  • Dünən, 10:24
    Vinnikovdan ilginc Bakı açıqlaması: NATO Cənubi Qafqazdan bu xəbəri gözləyir
  • Dünən, 09:11
    Sarıköklü südün möcüzəvi faydaları
  • 10-01-2026, 22:24
    Xərçəngi 2 dəqiqəyə müəyyənləşdirən test hazırlanır
  • 10-01-2026, 21:55
    Axşam tez yatmağın beyin üçün 4 mühüm faydası
  • 10-01-2026, 20:48
    212 il sonra dünyanı heyrətə gətirən elan – İki ölkə Trampa görə birləşir
  • 10-01-2026, 19:22
    Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər
  • 10-01-2026, 18:21
    Bağırsaq xərçəngi özünü necə göstərir — Onkoloq XƏBƏRDARLIQ EDİR
  • 10-01-2026, 17:05
    Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
  • 10-01-2026, 16:42
    Rza Pəhləvi inqilaba çağırdı, “qayıdıram” dedi...
  • 10-01-2026, 15:37
    Dilin Topuq Vurmasının Səbəbləri və Müalicə Yolları
  • 10-01-2026, 14:00
    Pəhləvidən Trampa GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ: İrana müdaxiləyə hazır ol!
  • 10-01-2026, 13:08
    Şiddətli döyüşlər gedir: Rus ordusu daha bir ərazini ələ keçirdi
  • 10-01-2026, 12:28
    Saç uzadan qidalar hansılardır?
  • 10-01-2026, 11:37
    Müharibə əlilləri və şəhid ailələri ilə bağlı vacib sərəncam - Bu rüsumdan azad edildilər
  • 10-01-2026, 10:15
    Fransa ABŞ-a görə NATO-nu tərk edir? - Vitse-spiker
  • 10-01-2026, 09:07
    Qan qrupu pəhrizlərinin elmi əsası varmı? - Həkim açıqladı
  • 9-01-2026, 22:47
    Oğlan uşağı böyüdən valideynlər daha tez qocalır
  • 9-01-2026, 21:15
    İnfarktın ciddi siqnalıdır - Görməzdən gəlmək olmaz
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə