• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İsrail bu şəhərdə əməliyyatları genişləndirir
Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
İranın yeni planı: Bu boğazı da bağlayacaq
Xərcsiz müalicələr. Siz də faydalanın!
Tramp əmr verdi: İrana hücumlar dayandırılır
Makron və Paşinyan sülh prosesindən danışdı
İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan strateji HƏDƏFLƏRİNƏ YAXINLAŞIR - Bakı qlobal İCRAÇIYA ÇEVRİLİR

Xəbərlər

2-03-2023, 16:29

Azərbaycan strateji HƏDƏFLƏRİNƏ YAXINLAŞIR - Bakı qlobal İCRAÇIYA ÇEVRİLİR


Qoşulmama Hərəkatının 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir.

Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

Təşkilatın daimi orqanı və mənzil qərargahı olmasa da Azərbaycanın qurumun inkişafı, proseslərə təsir imkanlarının artırılması, qlobal problemlərin aradan qaldırılması istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı addımlara əsasən deyə bilərik ki, Bakı bu təşkilatın son illər əsas mərkəzlərindən biri funksiyasını yerini yetirməkdədir. Lakin eyni zamanda Qoşulmama Hərəkatı BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur ki, bu da aparıcı beynəlxalq təşkilatların qərarları icra olunmadığı, ya da ikili standartlar tətbiq edildiyi hallarda təşkilat üzvü olan dövlətlərin təsir və təzyiq imkanlarını artırır, QH üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsində müstəsna rol oynayır.

Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan "münaqişəsini" məhz həmin prinsiplər əsasında nizamlamasının tərəfdarı olduğunu nümayiş etdirib.

Necə ki, biz bunu 44 günlük Vətən müharibəsi zamanı çox aydın şəkildə gördük. İkinci Qarabağ müharibəsi zamanı Qərbin ermənipərəst dairələrinin Azərbaycanın haqlı savaşını ləkələmək istəkləri, Bakıya qarşı sanksiyalar, hərbi müdaxilə istəklərini bloklayan əsas qüvvələrdən biri rolunu oynayan Qoşulmama Hərəkatı bir daha təsdiq etmiş oldu ki, Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir.

Hərəkat dövlətlərinin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirərək, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edib, haqq savaşında Azərbaycanın yanında olduqlarını göstərməsi, rəsmi Bakı üçün haqqın, ədalətin bərqərar olması istiqamətində bu təşkilatın fəaliyyətinin genişləndirilməsi məsələsini prioritetə çevirdi.

Hər kəsə məlumdur ki, QH Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Bu gün - martın 2-də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışı zamanı bu məsələyə yenidən toxunması, təşkilatın missiyasının xüsusilə son illər qlobal miqyasda olduqca önəmli bir məsələ çevrildiyini və qurumun iş prinsipinin beynəlxalq hüquqla tənzimləndiyini diqqətə çatdırıb: "Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir".

Dövlətimizin başçısı onu da əlavə edib ki, bu qarşıdurmanın fəsadları dünyanın qalan hissəsində də hiss olunur.

İlham Əliyevin Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı ən diqqət çəkən məqamlardan biri isə BMT ilə bağlı bəyanatları oldu. Prezident "BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil" bildirməklə açıq şəkildə bəyan etmiş oldu ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir.

Belə bir önəmli görüş zamanı dövlət başçısının QH üzvlərini çox narahat edən, artıq qlobal miqyasda olduqca narahatlıq və narazılığa səbəb olan BMT Təhlükəsizlik Şurasının qərəzli fəaliyyətini pisləyən fikirlərə yer ayırması olduqca önəmli məsələ kimi sabah beynəlxalq aləmdə baş verə biləcək növbəti ədalətsizlikləri, haqsız münasibətləri, qərarları önləmək məqsədi ilə düşünülmüş çıxışdır.

BMT TŞ-nın ən böyük haqsız qərarları ilə üzləşən dövlət kimi Azərbaycan çox yaxşı bilir ki, təşkilatın aparıcı üzvləri istənilən məsələyə öz mənafesindən yanaşaraq TŞ-nın fəaliyyətinə kölgə salır. Halbuki Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan qurumdur. Lakin təəssüf ki, Azərbaycan bu Təşkilatın 30 ilə yaxın fəaliyyətsizliyinin cəzasını çəkdi.

BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsas olaraq insan hüquq və azadlıqlarına hörmət etmək, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə sayqı, sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək kimi önəmli bəndlər yer alsa belə, elə ən böyük haqsızlıqların, heç bir əsası olmayan qərarların qəbul edilməsi təşəbbüslərinin məhz zaman-zaman BMT-nin (5) daimi üzvlərindən bəziləri tərəfindən ortaya atıldığının, səsə qoyulduğunun (Fransanın Azərbaycana qarşı sanskiyalar tələbi, Azərbaycan neftinin və qaznın Avropada alışının dayandırılması ilə bağlı mövqeyi) şahidi oluruq. Bu nöqteyi nəzərdən məsələyə yanaşdıqda şübhəsiz ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi BMT Təhlükəsizlik Şurasının tərkibi, dəyişdirilməlidir, genişləndirilməlidir. Çünki bu gün BMT TŞ daimi üzvlərindən başqa heç kim üçün səmərəli deyil.

İlham Əliyevin bu bəyanatlarından bir daha belə nəticəyə gəlmək olur ki, regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə hər ötən gün daha çox nail olur. Daha da konkretləşdirsək, Azərbaycan bu gün addım-adım strateji hədəflərinə yaxınlaşır.

Oxunub: 556
Paylaş:
Digər xəbərlər

Manşet / Xəbərlər

13-01-2023, 10:13

Azərbaycan BMT TŞ-də daimi üzv ola bilərmi? – Yeni DÜNYA NİZAMI

Səhiyyə

23-03-2021, 22:56

Azərbaycanın təşəbbüsü ilə BMT-də COVID-19-la bağlı qətnamə qəbul edilib

Xəbərlər

27-10-2019, 15:12

120 dövlətdən Ermənistana AĞIR ZƏRBƏ

Manşet / Gündəm / Xəbərlər

5-04-2018, 10:33

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir

Manşet / Gündəm / Xəbərlər

3-04-2018, 16:52

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İsrail bu şəhərdə əməliyyatları genişləndirir
Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Son xəbərlər
  • Bu gün, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • Bu gün, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • Dünən, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • Dünən, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
  • Dünən, 20:16
    Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
  • Dünən, 19:47
    Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
  • Dünən, 18:21
    Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
  • Dünən, 17:24
    İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
  • Dünən, 16:10
    Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
  • Dünən, 15:31
    Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
  • Dünən, 14:03
    İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
  • Dünən, 13:41
    İranın yeni planı: Bu boğazı da bağlayacaq
  • Dünən, 12:13
    Xərcsiz müalicələr. Siz də faydalanın!
  • Dünən, 11:50
    Tramp əmr verdi: İrana hücumlar dayandırılır
  • Dünən, 10:31
    Makron və Paşinyan sülh prosesindən danışdı
  • Dünən, 09:06
    İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
  • 25-07-2026, 22:07
    Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
  • 25-07-2026, 21:30
    Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
  • 25-07-2026, 20:46
    Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
  • 25-07-2026, 19:19
    Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
  • 25-07-2026, 18:17
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • 25-07-2026, 15:23
    Xəstə bağırsaqların 6 əlaməti
  • 25-07-2026, 14:45
    Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
  • 25-07-2026, 13:13
    İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
  • 25-07-2026, 12:44
    Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
  • 25-07-2026, 11:23
    7 ölkə İranla savaşa girir? - Ekspert
  • 25-07-2026, 11:21
    Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
  • 25-07-2026, 09:02
    Yaddaşı gücləndirən meyvələr
  • 24-07-2026, 22:27
    İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
  • 24-07-2026, 21:49
    Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə