• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kremlin Xankəndiyə göndərdiyi adam Laçın yolunda "AŞKARLANDI" - Bakıdan KRİTİK HƏMLƏ

Xəbərlər

20-12-2022, 22:51

Kremlin Xankəndiyə göndərdiyi adam Laçın yolunda "AŞKARLANDI" - Bakıdan KRİTİK HƏMLƏ


Cənubi Qafqazın təbii sərvətlərlə zəngin ən böyük ərazilərindən birinin Qarabağ və Şərqi Zəngəzurda yerləşdiyi kimsəyə sirr deyil. Azərbaycan 30 illik işğala son qoymaqla eyni zamanda uzun illərdir həmin ərazilərdəki böyük talanın da qarşısını almaq baxımından olduqca önəmli addım atmış oldu.

Amma belə görünür ki, Azərbaycanın işi tək bununla yekunlaşmayacaq. Nə vaxta kimi ki, Qarabağdakı son erməni separatçısı bölgəni tərk etməyəcək, Bakıya rahatlıq yoxdur. Çünki sülhməramlıların müvəqqəti nəzarətindəki Azərbaycana məxsus "Dəmirli" və "Qızılbulaq" yataqları, eləcə də digər qızıl və filiz yataqlarının istismarı indi də davam edir və bu proses artıq əndazəni aşıb.

Elə buna görə Azərbaycan öz ekoloqlarını bölgəyə göndərməklə Rusiyaya və onun müvəqqəti nəzarət etdiyi bölgədəki separatçı dəstələrə qanunsuz əməllərini dayandırmaq, onlara daha çox bu vandallığı davam etdirməyə icazə verməmək qərarına gəldi.

Nə fayda...

Rusiya sülhməramlıları dərhal Laçın yolunda aksiyaya başlayan Azərbaycanlı QHT nümayəndələri və digər sivil insanların qarşısına sədd çəkərək, gediş gəlişi əngəllədirlər. Ortaya belə bir mənzərə çıxdı ki, sanki Rusiya çoxdandır etmək istədiyini reallaşdırddı. Bunu onların Şuşa-Xankəndi yoluna modul yataqxanalar düzməsi, şəxsi heyətin sayını bir xeyli artırması faktı da deməyə əsas verir.

Amma Bakı bu neçə illik vandal istismarı maştablarını öyrənib, cavabdehləri məsuliyyətə cəlb etmək üçün hazırlıqlarını daha da gücləndirir. Bunu hər gün aksiyaya qatılanların sayının dayanmadan artması, deməyə əsas verir. Xankəndi yolundakı bu aksiyanı azərbaycanlıların Qarabağ məsələsinə, ümumilikdə regional siyasətin bundan sonrakı mənzərəsinə təsir edə biləcək aksiya da adlandıra bilərik.

Xüsusilə Laçın yolunda baş verənləri həm də Bakının "Zəngəzur və Laçın dəhlizi eyni rejimdə işləyəcək" hədəfində praktiki olaraq atılan ilk addımkimi də qiymətləndirmək olar. Rəsmi Bakı bu addımla faktiki olaraq həm irəvana, həm də Moskvaya (sülhməramlı kontingent) bəyan etmiş olur ki, 10 noyabr üştərəfli bəyanatı icra edilməyəcəyi müddətcə bu cür həmlələrlə sizin bölgədəki vəziyyətinizi daha da çətin duruma salacağıq.

Onu da nəzərə alsaq ki, Laçın yolunda baş verən bu aksiya postmünaqişə dövründə bir ilkdir, indiyə kimi belə olmamışdı. Azərbaycan elə bir gediş etdi ki, sülhməramlılar özləri elə Laçın "dəhlizini" bağlamağa məcbur qaldı. Bu da deməyə əsas verir ki, rəsmi Moskva ən pis variantların içindən ən yaxşı variantı seçmək məcburiyyətində qaldı. Onu bu cür məcburiyyətə vadar edən Bakının vəziyyəti düzgün təhlil edib, ona uyğun addım atması ilə əlaqədardır.

Rusiya və Ermənistan 2 il əvvəl 10 noyabr üçtərəfli bəyanatı zamanı da, ondan sonra Soçi görüşlərində də üzərinə müəyyən öhdəliklər götürüb ki, bu öhdəliklər indiyənə kimi elə kağız üzərində qalmaqdadır. Bakının qarşı tərəfin bu cür destruktivliyini gözləmək üçün isə nə səbri qalıb, nə də zamanı. İrəvan hər dəfəsində artıq fiaskoya uğradığını rahatlıqla deyə biləcəyimiz Brüssel formatında Bakının sülh paketini qəbul etdiyini bəh-bəhlə qeyd etsə, bu məsələnin də dondurulması üçün Nikol Paşinyan əlindən gəlməyəni də etməyə çalışdı ki, sülhə əngəl olsun.

Amma İrəvan bilmirdi ki, başından böyük işlərə baş qoşmaq bir gün o başın bədənindən ayrılması ilə nəticələnə bilər. Hazırda Azərbaycan bu missyanı diplomatik manevrlərlə çox məharətlə icra etməkdədir. Daha doğrusu, rəsmi Bakı pambıqla Bbaş kəsməyə başlayıb. Çünki rəsmi irəvan özü Bakını buna məcbur qoydu, başqa variant buraxmadı.

Biz görürük ki, Rusiyanın göndərdiyi "dövlət naziri" Ruben Vardanyanın bütün cəhdləri də artıq öz effektini itirib. Erməni milyarderin sehrinin müddəti sona çatıb kimi görünür. Onun hoqqabaz əməllərini məramını erməni əhaliyə açmaq baxımından ancaq "özünü yandırmaq" effektindən başqa bir şey olmadı. Qarabağ ermənilərində separatçı rejimə qarşı bir antipatiya formalaşdığı diqqətdən yayına bilməz. Bunu istər mitinqə çıxmaq təklifini rədd etmələrindən, istərsə də Xocavənddə görüş zamanı əhalinin gözlərindən, baxışlarından anlamaq oldu.

Bu həm separatçılara, həm onların mühafizəsini təşkil edən sülhməramlılara, həm də Ermənistana havadarlıq edən digər qüvvələrə bir siqnal olmalıdır. Ermənistan tərəfi Praqa görüşündən sonra ilin sonuna doğru sülh sazişinin imzalanacağına ümid verən bəyanatlar səsləndirsə də, sonradan yenə vasitəçi dəyişdi və "bacısı" Makronla, "adaxlısı" Kreml arasında var-gəl etməyə başladı ki, onun da məntiqi sonu Azərbaycana qarşı təxribatlar bir-birini yenidən əvəz etməyə başladı.

Belə olan halda rəsmi Bakı Azərbaycan cəmiyyətinə tələblərini irəli sürmək üçün meydan açaraq onun olan Laçın yolunda belə bir aksiya düzənlədi. Aksiyanın doğurduğu əks-səda, Azərbaycanı humanitar blokada şəraiti yaratmaqda ittiham etməklər isə artıq Bakı üçün boş və mənasız çağırışdan başqa bir şey deyil. Bəs istər Naxçıvan 24 il blokadada qalanda həmin dairələr niyə haq səslərini çıxartmırdılar. Digər tərəfdən, Azərbaycanın təbii yeraltı və yerüstü sərvəti talanır, rəsmi Bakı bununla bağlı müxtəlif platformalarda məsələ qaldırır, prosesə əngəl olmaq naminə beynəlxalq güclərdən səsinə səs vermələrini istəməsinə baxmayaraq, onda kar olanların sayı indi erməni separatçısının Xankəndidən yayılan mələltisini duyanlardan qat-qat az oldu.

Bakı işini hüquqi müstəvidə görür. Azərbaycan artıq tələblərini hüquqi çərçivədə icra etməklə daha güclü şəkildə tələblərini hər ötən gün artırmaq imkanı əldə edəcək ki, bu da sülhməramlıların müvəqqəti nəzarət zonasından gələn mələlti səslərinin sürətli artmasına səbəb ola bilər. Unutmayaq ki, aksiyanın keçirildiyi ərazi Azərbaycan ərazisidir və sülhməramlı kontingent bu mənada onlara heçnə edə bilməz. Azərbaycanlılara qarşı istənilən güc tətbiqi təxribat hesab ediləcək ki, Bakı da ağına-bozuna baxmadan lazımi tədbirini görəcək.

Azərbaycan eskalasiya riskinin artmasında maraqlı tərəf deyil. Lakin bu o demək deyil ki, onun ərazisində onun vətəndaşına qarşı təxribatlar cavabsız qalacaq. Layiqli qarşılıq vermək üçün Azərbaycan hazırda bütün hərbi imkanlara malikdir.

Oxunub: 525
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-12-2022, 13:10

Paşinyan Qarabağla bağlı 2 ildir uydurduğu YALANINI ÖZÜ İFŞA ETDİ - Xankəndində və Xocalıdakı ...

Xəbərlər

12-03-2022, 11:29

Bakıdan KRİTİK QƏRAR - Ermənistan öz silahı ilə vuruldu

Xəbərlər

19-12-2021, 17:59

Azərbaycandan Laçın dəhlizində SƏRT ADDIM – Rusiya müdaxilə ETMƏYƏCƏK

Xəbərlər

1-10-2021, 06:14

Azərbaycan Qarabağdakı bu 3 ərazini Türkiyə şirkətlərinə verdi - BÖYÜK ANLAŞMA

Xəbərlər

28-11-2020, 19:41

Ordumuzun girdiyi Söyüdlü qızıl yatağının 74 faizi kimə qalacaq? - İlk rəsmi AÇIQLAMA GƏLDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
Son xəbərlər
  • Bu gün, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • Bu gün, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • Bu gün, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • Bu gün, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • Bu gün, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Bu gün, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Bu gün, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Bu gün, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə