• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əliyev Paşinyanı QABAQLAYIR, Bakı Qərblə YAXINLAŞIR: Rusiya qəzəblidir, yenə HƏDƏLƏYİR

Xəbərlər

17-12-2022, 22:40

Əliyev Paşinyanı QABAQLAYIR, Bakı Qərblə YAXINLAŞIR: Rusiya qəzəblidir, yenə HƏDƏLƏYİR


Prezident İlham Əliyevin Azərbaycanı Avropa Birliyinin etibarlı enerji təhlükəsizliyi tərəfdaşını çevirməsi, Ukraynaya göstərilən humanitar yardımlar ölkənin siyasi-iqtisadi gələcəyi üçün strateji kapital xarakteri daşıyır... Rəsmi Bakı müstəqil və ardıcıl manevrlərlə, Rusiya və İrandan daha çox asılı vəziyyətə düşən Ermənistanı yalnız Cənubi Qafqazda deyil, bütün dünyada küncə sıxışdırmaqda davam edir...

Milli.Az musavat.com-a istinadən bildirir ki, Cənubi Qafqaz regionunda həlledici mərhələ artıq başlayıb. Regional savaşın əsas iştirakçıları, xüsusilə də, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konkret və prinsipial addımlar atmaqla, diqqəti çəkir. Rəsmi Bakı öz siyasi iradəsini hələlik "yumşaq güc" tətbiqi ilə diqtə edir.

Bunun qarşılığında Ermənistanın cavab reaksiyası yalnız beynəlxalq qurumlara və Qərb dövlətlərinə şikayət etməklə məhdudlaşır. Çünki rəsmi İrəvanın bundan artığına imkanı və potensialı yoxdur. Və yəqin ki, yaxın gələcəkdə də Ermənistan belə imkanlara sahib olmayacaq.

Məsələ ondadır ki, beynəlxalq siyasi məkanda hədəfə çatmaq üçün yalnız şikayət edib, "timsah gözyaşları" tökmək yetərli deyil. Bəzi beynəlxalq qurumların və dövlətlərin rəsmilərini rüşvətlə ələ alınması Ermənistana fundamental üstünlük qazandıra bilməz. Və bu taktikanın daha çox keçərli olduğu tarixi dövr isə artıq çoxdan arxada qalıb.

İndi əməkdaşlıq hədəflərinin reallaşması üçün potensial tərəfdaşa onu maraqlandıra biləcək siyasi-iqtisadi mənfəət də təklif etmək olduqca vacibdir. Rəsmi İrəvan isə nəinki faydalı təkliflər edə bilmir, əksinə özü Ermənistan üçün davamlı olaraq, mənfəət umur. Halbuki, hər şey qarşılıqlı olmalıdır və əvəzi ödəməyən təktərəfli mənfəət örnəyi müasir dünya şərtləri üçün xarakterik deyil.

Azərbaycanın durumu isə Ermənistan ilə müqayisədə kəskin fərqlərlə yüklənib. Rəsmi Bakı Avropa Birliyinə enerji resursları təklif edir. Üstəlik, bu təklif Avropa Birliyinin Rusiya enerji resurslarından məhrum qalaraq, dərin böhran yaşadığı taleyüklü dövrə təsadüf edir. Və bu, rəsmi Bakının beynəlxalq məkanda siyasi manevr imkanlarını maksimum həddə qədər genişdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya son səfəri və Buxarestdə yeni enerji sazişləri imzalaması yaxın gələcəkdə yalnız önəmli maliyyə gəlirləri deyil, həm də Ermənistan ətrafında çənbərin daha da daraldılmasına əlavə mexanizmlər vəd edir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji" üzrə Sazişin imzalanması ilə bağlı mərasimdə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin açıqlaması da mövcud situasiyanı daha dəqiq anlamağa imkan verir: "Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır".

Avropa Komissiyası prezidentinin bu açıqlaması da göstərir ki, Azərbaycanın Avropa Birliyi üçün əhəmiyyəti durmadan artır. Çünki rəsmi Bakı bundan sonra Avropa Birliyi ölkələrinə yalnız təbii qaz deyil, həm də elektrik enerjisi ixrac edəcək. Azərbaycan tədricən Avropa məkanının enerji təhlükəsizliyi strategiyasında əsas tərəfdaşlardan birinə çevrilmiş olacaq. Azərbaycanın Avropa Birliyinə vəd etdiyi belə nəhəng enerji qaynağını isə Qərb üçün sözün əsl mənasında, əməlli-başlı baş ağrısına çevrilmiş faydasız, yalançı "erməni gözyaşları" ilə müqayisə etmək sadəlövhlük olardı.

Ona görə də, hazırda Avropa Birliyi strateqlərini əsassız "erməni gözyaşları"ndan daha çox Ukrayna savaşı ucbatından yaranmış enerji böhranından xilas yolları düşündürür. Üstəlik, bu böhrandan yayınmaq üçün yalnız bu ilin şaxtalı qışında deyil, həm də gələcək illərdə də təhlükəsiz enerji təminatı qaynaqlarına ehtiyac var. Belə bir etibarlı enerji resursları qaynağı rolunu isə məhz Azərbaycan öz üzərinə götürüb.
Ətraflı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birlikdə enerji resursları ilə zəngin Türkmənistanı da bu prosesə cəlb etməsi Avropa Birliyi üçün strateji əhəmiyyət daşıyır. Qazaxıstanın da Rusiyadan uzaqlaşıb, bu geoiqtisadi prosesdə iştiraka can atdığını nəzərə aldıqda, yaxın gələcəkdə Avropa Birliyi Azərbaycan və Türkiyənin ortaq strateji fəaliyyəti sayəsində Orta Asiya enerji resurslarına çıxış əldə edə bilər. Yəni, Azərbaycan Avropa Birliyinin maraqları baxımından, sadəcə, enerji deyil, həm də geopolitik və geostrateji tərəfdaşlıq potensialına malikdir.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlarını anlamaq çətin deyil. Hər halda, yalnız sülh şəraitində Avropa Birliyinin Azərbaycan, o cümlədən, Cənubi Qafqaz üzərindən enerji resurslarını təhlükəsiz nəql etmək mümkündür. Və Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyasının müddətini uzatmamasının daha real səbəbni də məhz bu məqamda axtarmaq doğru olardı.

Avropa Birliyi strateqləri Ermənistanın sülh sazişindən niyə israrla yayındığını anlayırlar. Rəsmi İrəvanın regional gərginliyin saxlanılmasına yönəlik cəhdlərinin Rusiya və İrana sərf etdiyini də bilməmiş deyillər. Avropa Birliyinin mülki müşahidə missiyası isə Ermənistanın hərbi təxribatları üçün müəyyən mənada, "müdafiə çətiri" rolunu oynayır. Yəni, rəsmi İrəvan sülh sazişindən yayınaraq, hərbi təxribatları davam etdirəcəkdi və Avropa Birliyinin "müdafiə çətiri" arxasında gizlənməyə çalışacaqdı. Və Brüssel son qərarı ilə əslində, Ermənistanı Rusiya-İran tandeminə daha çox sərf edən belə avantürist oyun imkanından da məhrum etmiş oldu.

İndi Avropa Birliyindən tamamilə əli üzülən rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədlərinə müşahidə missiyası göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir. Ancaq bu niyyətin real nəticələr verə biləcəyi də hazırda müəyyən mənada, şübhələr doğurur. Çünki rəsmi İrəvan Rusiya və İranla ifrat şəkildə yaxınlaşmaqla, Ermənistanın beynəlxalq məkanda manevr imkanlarını da məhdudlaşdırıb. Və rəsmi Bakı Ermənistanın bütün geopolitik səhvlərindən effektiv şəkildə faydalanmağı bacarır.

Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın strateji müttəfiqi Rusiya ilə müharibə şəraitində olan Ukraynaya humanitar yardımları artırmaqla, Azərbaycanın beynəlxalq mövqelərini daha da inkişaf etdirməyə nail olub. Azərbaycanın Ukraynaya 1.5 milyon dollar dəyərində elektrik enerjisi avadanlıqları göndərməsi Qərb hərbi-siyasi dairələrində məmnunluqla qarşılanıb. Üstəlik, rəsmi yaxın günlərdə Ukraynaya enerji sistemi avadanlıqlarının növbəti partiyasını göndərəcəyini də qətiyyən gizlətmir. Və son məlumatlara görə, ABŞ-ın Dövlət Departamentinin açıqlamasında Azərbaycanın Ukraynaya dəstəyinin təqdir olunduğu vurğulanıb.

Rusiya isə təbii ki, rəsmi Bakının son addımlarından həm narahatdır, həm də qəzəblidir. Bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycanın Ukraynaya elektrik sistemləri avadanlıqları verməsindən çaşqınlıq keçirdiyini vurğulayıb. Eyni zamanda, Kremlə yaxın dairələr Türkmənistan enerji resurslarının nəqli üçün Xəzər dənizinin dibindən boru kəmərinin çəkilməsinə imkan verilməyəcəyini də vurğulayıblar. Hələ bu, azmış kimi, üstəlik, rəsmi Bakını Azərbaycanın enerji sektoruna raket zərbələri endirməklə də hədələyirlər.

Göründüyü kimi, rəsmi Bakının müstəqil siyasi-iqtisadi addımları Rusiyanı narazı salmağa başlayıb. Ancaq bütün bunların Azərbaycana hər hansı real təsirlər göstərə biləcəyi isə hazırda o qədər də inandırıcı görünmür. Çünki, rəsmi Bakı atdığı bütün addımların əks təsirlərini elə əvvəlcədən tam dəqiqliyi ilə hesablamamış deyil. Rəsmi Bakı "xaotik və sürüşkən xarici siyasət" yürüdən Ermənistandan fərqli olaraq, nəticələrinə tam əmin olduğu ardıcıl addımlara üstünlük verir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün addımları ölkənin siyasi-iqtisadi gələcəyi üçün strateji kapital xarakteri daşıyır. Azərbaycan lideri öz manevrləri ilə Ermənistanı bir xeyli qabaqlayır. Belə ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan qoparıb, Qərbə yaxınlaşdırmağa cəhd göstərirdi. Ancaq rəsmi İrəvan bunu nəinki bacarmadı, əksinə, Ermənistanı Rusiya ilə yanaşı, hətta İrandan da asılı vəziyyətə saldı.

Rəsmi Bakı isə Azərbaycanı çox ehtiyatla tədricən Qərbə yaxınlaşdırır. Hələ üstəlik, yaxın vaxtlarda Azərbaycan və Avropa Birliyi arasında yeni strateji sazişin imzalanması planlaşdırılır. Yəni, Prezident İlham Əliyev Ermənistanı yalnız Cənubi Qafqazda deyil, bütün dünyada küncə sıxışdırmaqda davam edir.

Oxunub: 559
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-12-2022, 13:34

Ağ Ev Paşinyana daha güvənmir: ABŞ Azərbaycanla strateji tərəfdaşlığa can atır

Maraqlı

10-07-2022, 18:32

Bakı Cənubi Qafqazda yaşayış üçün ən ucuz paytaxt seçilib

Xəbərlər

23-01-2022, 02:24

Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanı XƏBƏRDAR EDİR

Xəbərlər

18-12-2021, 01:16

Rəsmi Bakıdan Minsk Qrupuna AĞIR ŞƏRTLƏR: ABŞ və Fransaya “Rusiya səddi”

Xəbərlər

30-09-2021, 11:49

Türkiyə ABŞ-ın üstündən belə “XƏTT ÇƏKDİ”: Rusiyanın İNTİQAMI SOÇİ GÖRÜŞÜNDƏ REALLAŞDI – DETALLAR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Son xəbərlər
  • Bu gün, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Bu gün, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Bu gün, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Bu gün, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Bu gün, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Bu gün, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Bu gün, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Bu gün, 09:00
    Qaragilənin az bilinən faydaları
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • 5-08-2026, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • 5-08-2026, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • 5-08-2026, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə