• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan beyninin tutumu neçə giqabaytdır?
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər

Xəbərlər

5-05-2026, 17:38

Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər


Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak etmək üçün Azərbaycana gəlmək istədiyini açıqlayıb.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün İrəvanda baş tutan sammitə videobağlantı vasitəsilə qoşulmasına diqqət çəkib. O, Bakıda keçiriləcək toplantıda iştirak etməyə ümid bəslədiyini söyləyib.

Paşinyanın Azərbaycana səfəri mümkündürmü? COP29-da iştirak üçün Bakıya səfər etməyən Ermənistan lideri Avropa Siyasi Birliyinin sammitinə qatılacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Nikol Paşinyanın Azərbaycana səfəri ehtimalını son illərdə regional dəyişikliklər, o cümlədən Ankara və Bakı ilə münasibətləri yumşaltmaq istəyən bir ölkə rəhbərinin real, səmimi istəyi kimi dəyərləndirmək o qədər də çətin deyil.

“Öncəliklə qeyd edim ki, Paşinyanın COP29 kimi yüksək səviyyəli beynəlxalq tədbirə qatılmaması onun Bakıya səfər imkanlarını tamamilə istisna etmir. Əksinə, bu qərar daha çox həmin dövrdə mövcud olan təhlükəsizlik, daxili siyasi təzyiqlər və danışıqlar prosesinin həssaslığı ilə bağlı idi. Baxmayaraq ki, Paşinyan üçün ən təhlükəsiz yer bəlkə də həmin zaman məhz Azərbaycan idi. Çünki o dövrlərdə İrəvan hökuməti ciddi müxalif təzyiqlərlə üzləşir, Azərbaycanla münasibətlərdə atılan hər addım daxili auditoriya tərəfindən diqqətlə izlənilir və çox vaxt tənqid olunurdu.

Hazırda Nikol Paşinyanın seçki öncəsi xalqla ünsiyyəti, əlaqəsi demək olar ki, rəqiblərindən ciddi şəkildə üstündür.

Bununla yanaşı, ötən ilin avqustun 8-də Vaşinqtonda baş tutan görüşdən sonra Azərbaycan-Ermənistan münasibətlərində nisbi normallaşma da müşahidə olunur. Sərhədin delimitasiyası istiqamətində aparılan danışıqlar, kommunikasiyaların açılması perspektivləri və beynəlxalq vasitəçilərin rolunun tədricən azalaraq, birbaşa dialoqa keçidi liderlər arasında daha çevik, operativ təmas imkanları yaradıb. Prinsip etibarilə də bu kontekstdə Paşinyanın gələcəkdə Bakıya səfəri istər rəsmi dövlət, istərsə də beynəlxalq tədbir səfəri çərçivəsində mümkün görünür”.

Siyasi şərhçi bildirib ki, Paşinyanın təkrar baş nazir seçiləcəyi təqdirdə Azərbaycana tezliklə gəlməsi ehtimalı yüksəkdir:

“Zənnimcə, bu səfərin alınması üçün diqqət edilməli olan bir sıra məsələlər var. Bunlardan biri də sülh müqaviləsinin imzalanıb-imzalanmayacağıdır. Azərbaycan haqlı olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir.

Əgər iki ölkə arasında fundamental razılaşma əldə olunarsa, liderlərin qarşılıqlı səfərləri diplomatik normaya çevrilə bilər. Beləliklə Paşinyanın da Azərbaycana daha tez gəlməsi mümkündür.

Bundan əlavə, səfərin baş tutması Ermənistanın daxili siyasi sabitliyindən də asılıdır. Paşinyan hakimiyyətdəki mövqeyini nə qədər möhkəm saxlayacaqsa, o qədər riskli və simvolik addımlar atmaq imkanına sahib olacaq. Çünki əks təqdirdə, bu cür səfərlər daxili siyasi böhran yarada bilər.

Üstəlik, unutmayaq ki, Cənubi Qafqazda Rusiya, Avropa İttifaqı və ABŞ kimi güclərin təsir balansı tərəflərin davranışına da birbaşa və ya dolayı təsir edir. Əgər bu güclər sülh prosesini təşviq edən vahid xətt üzrə hərəkət edər və sabotajdan uzaq olarlarsa, yüksək səviyyəli qarşılıqlı səfərlərin də ehtimalı artar.

Bütün bunları nəzərə alaraq Paşinyanın Azərbaycana səfərinin mümkün real ssenariyə əsaslandığını demək mümkündür. Sadəcə bu addım mərhələli diplomatik prosesin nəticəsi kimi axarına düşəcək olan addımdır”.

Oxunub: 79
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-05-2025, 17:50

Paşinyan alqışladı, gözlər Əliyevə çevrildi – Hansı qərar veriləcək?

Xəbərlər

29-04-2025, 13:02

Paşinyanın Estoniya səfərinin sirri - İrəvan nəyə hazırlaşır?

Xəbərlər

8-11-2024, 20:31

Paşinyanın Bakıya gələcəyi haqda vacib açıqlama: COP29-da iştirak üçün…

Xəbərlər

27-07-2024, 16:34

Paşinyanın Bakı ilə bağlı planı: Nəzərdə tutduğu adam noyabrda…

Xəbərlər

15-07-2024, 10:12

Paşinyan Bakıya gəlməyə hazırlaşır - Sensasion iddia

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan beyninin tutumu neçə giqabaytdır?
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Son xəbərlər
  • Bu gün, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Bu gün, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Bu gün, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Bu gün, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə