• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ağ Ev Paşinyana daha güvənmir: ABŞ Azərbaycanla strateji tərəfdaşlığa can atır

Xəbərlər

3-12-2022, 13:34

Ağ Ev Paşinyana daha güvənmir: ABŞ Azərbaycanla strateji tərəfdaşlığa can atır



Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətini gah Rusiya, gah ABŞ, gah da Fransa və İran üzərindən Ermənistanın avantürist iddialarını təmin etmək cəhd edən rəsmi İrəvanın "kaprizlər"inin girovuna çevirmək niyyətində deyil... ABŞ-ın geostrateji hədəfləri üçün regionun yeganə müstəqil siyasət yürüdən lider dövləti olan Azərbaycan daha etibarlı alternativ tərəfdaş kimi ön plana çıxmağa başlayıb...

ABŞ-ın Cənubi Qafqazda fəallaşmağa cəhd göstərdiyi müşahidə olunur. Ağ Ev rəsmiləri son vaxtlar bu regionda cərəyan edən proseslərə münasibətdə daha intensiv və konkret məzmunlu açıqlamalarla diqqəti çəkirlər. Və bu, o deməkdir ki, Cənubi Qafqazın ABŞ üçün əhəmiyyəti artıq artmağa başlayıb.

Təbii ki, ABŞ-ın Cənubi Qafqazda ciddi geostrateji maraqlarının olduğunu heç Ağ Ev rəsmiləri də inkar etmirlər. Ona görə də, hazırda Ağ Ev region dövlətləri ilə yaxınlaşma siyasəti yürütməyə üstünlük verir. Ümumiyyətlə, Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətinə son vaxtlar tədricən müəyyən düzəlişlər etməyə çalışması ilə də diqqəti çəkir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, halbuki, son vaxtlara qədər Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətini daha çox Ermənistan üzərindən qurmağa üstünlük verirdi. Ancaq hazırda iki önəmli faktor ABŞ-ı bu mövqeyinə dəyişiklik etmək məcburiyyətində buraxıb. Çünki Cənubi Qafqaza münasibətdə istənilən gecikmə Ağ Evin bu regionla bağlı siyasi kursuna növbəti iflas təhlükəsi vəd edir.

Birincisi, Paşinyan hakimiyyətinin son davranışları Ağ Evi rəsmi İrəvanla əməkdaşlığa daha ehtiyatlı yanaşmaq məcburiyyətində buraxıb. Çünki Ermənistanın rəsmi dairələri ABŞ, Fransa, Rusiya və İran arasında davamlı manevrlər etməklə, etibarlı tərəfdaş olmadığını qabarıq şəkildə göstərməkdədir. Ağ Evdə Ermənistan kimi ABŞ-ın maraqları ilə "oynayan", xaotik siyasət yürüdən ölkələrə adətən, güvənmirlər. Bu səbəbdən də indi ABŞ-ın Cənubi Qafqaz siyasətinin əvvəlki kimi, yalnız Rusiyanın təsir dairəsindən çıxmaq şansının olmadığı birmənalı şəkildə təsdiqlənən Ermənistan üzərində indeksləşdiyini iddia etmək çətindir.



Digər tərəfdən, Ağ Evdə nəhayət ki, anladılar ki, ABŞ-ın yalnız Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz edib, yerləşməsi mümkün olmayacaq. Çünki Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycandır. Yəni rəsmi Bakı ilə anlaşmadan, Azərbaycanın maraqlarını təmin etmədən heç bir kənar dövlət və ya beynəlxalq qurum bu regionda duruş gətirə bilməz.
Ətraflı

Rəsmi Bakının ermənipərəst mövqeyinə görə Fransanı Cənubi Qafqazdakı regional sülh prosesindən kənarlaşdırması da Ağ Evin geopolitik hədəflərinin dəqiqləşdirilməsinə birbaşa təsir göstərən faktorlardan biri hesab oluna bilər. Çünki rəsmi Bakı bu prinsipial qərarı ilə regionun "açarlar"ının Azərbaycanın əlində cəmləşdiyini nümayişkaranə şəkildə qabartdı. Ona görə də hazırda ABŞ-ın regionda yeganə müstəqil siyasət yürüdən dövlət olan Azərbaycan ilə geostrateji tərəfdaşlıq niyyətini daha ön plana keçirtməyə çalışdığı da nəzərə çarpır.

Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfərinə, eləcə də, onun Pentaqonun yüksək rütbəli təmsilçiləri ilə görüşlərinə də məhz elə bu kontekstdən yanaşmaq daha doğru olardı. Belə anlaşılır ki, ABŞ Azərbaycanla hərbi-siyasi, strateji tərəfdaşlıq qərarı vermək ərəfəsindədir. Əgər, bu, reallaşarsa, Ermənistanın beynəlxalq itkiləri daha da artmış olacaq. Və bu baxımdan, rəsmi Bakının hərbi-siyasi diplomatiya sahəsində böyük uğurlar qazanmaqda olduğunu da düşünmək olar.

Hazırda Ağ Evin mövqeyi müəyyən mənada, rəsmi Bakını qane edə biləcək məzmun daşıyır. Çünki ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Eyni zamanda, Ağ Ev Azərbaycan və Ermənistanı mövcud ziddiyyətli problemləri həll etmək üçün birbaşa, yəni, Rusiyanın iştirakı olmadan ikitərəfli təmaslara üstünlük verməyə də çağırır.

Nəhayət, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfərinə paralel olaraq, Pentaqon rəsmilərinin Azərbaycanı məmnun edəcək daha bir açıqlama ilə çıxış etdiklərini də mütləq nəzərə almaq lazımdır. Həmin açıqlamada vurğulanır ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün rəsmi Bakı ilə hərbi-siyasi əməkdaşlığa hazırdır. Yəni, Ağ Ev rəsmi Bakıya dəstək vermək niyyətini açıq şəkildə sezdirməyə başlayıb.

Bütün bunlar onu göstərir ki, xaotik siyasət həvəskarı olan, tərəfdaşlarına xəyanət etmək vərdişlərini tərgidə bilməyən Ermənistan daha bir ənənəvi beynəlxalq himayədarından məhrum olmaq üzrədir. Belə davam edərsə, ABŞ-ın Cənubi Qafqazda geopolitik və geostrateji fəallığı bundan sonra Azərbaycanla tərəfdaşlığa indeksləşə bilər. Və bu halda, Paşinyan hakimiyyətinin son aylarda başlatdığı beynəlxalq hay-küy kampaniyası böyük sürətlə iflasa uğramış olacaq.

Belə anlaşılır ki, Ağ Evdə rəsmi İrəvanın gah Rusiya, gah ABŞ, gah da Fransa və İran üzərindən Ermənistanın avantürist iddialarını təmin etmək cəhdləri narahatlıq doğurmaqdadır. Böyük ehtimalla ABŞ-ın rəsmi dairələri Ermənistanın hər an mövqeyini dəyişməyə həvəsli olmasından müəyyən nəticələr çıxartmaq üzrədirlər. Və Ağ Ev Cənubi Qafqazdakı geostrateji maraqlarını, xüsusilə də, Rusiyanın regiondan sıxışdırılıb, çıxarılması ilə bağlı hədəflərini Ermənistanın bitməyən "kaprizlər"inin girovuna çevirmək niyyətində deyil.

Məsələ ondadır ki, Ermənistanın regional əhəmiyyətinin olmadığı artıq təsdiqlənib. Eyni zamanda, rəsmi İrəvanın Kremlin təsir dairəsindən qopmasının da mümkünsüzlüyü də indi daha aydın şəkildə ortaya çıxmaqdadır. Belə vəziyyətdə ABŞ-ın Cənubi Qafqaz siyasəti üçün regionun müstəqil siyasət yürüdən yeganə lider dövləti Azərbaycan daha etibarlı alternativ tərəfdaş kimi ön plana çıxmış olur.

Oxunub: 668
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-09-2022, 09:27

Almaniya QORXU İÇİNDƏ: Rusiya Cənubi Qafqazda ikinci cəbhə aça bilər

Maraqlı

10-07-2022, 18:32

Bakı Cənubi Qafqazda yaşayış üçün ən ucuz paytaxt seçilib

Xəbərlər

27-10-2021, 07:39

TƏCİLİ! Noyabrın 10-a qədər təkcə Ermənistanın deyil, bütün regionun taleyi HƏLL EDİLİR

Səhiyyə

3-07-2021, 13:31

“Delta” ştammı Cənubi Qafqazda yayıla bilər

Araşdırma

26-03-2021, 18:27

Azərbaycan maskadan istifadəyə görə Cənubi Qafqazda liderdir - ARAŞDIRMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Son xəbərlər
  • Bu gün, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Bu gün, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Bu gün, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Bu gün, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Bu gün, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Bu gün, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Bu gün, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Bu gün, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Bu gün, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • Dünən, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • Dünən, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • Dünən, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • Dünən, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • Dünən, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • Dünən, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • Dünən, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • Dünən, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • Dünən, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • Dünən, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • Dünən, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • Dünən, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Dünən, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Dünən, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • 23-08-2026, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • 23-08-2026, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə