• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
Xameneinin müşaviri Azərbaycanı hədələdi
ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
"COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rəsmi Bakıdan Minsk Qrupuna AĞIR ŞƏRTLƏR: ABŞ və Fransaya “Rusiya səddi”

Xəbərlər

18-12-2021, 01:16

Rəsmi Bakıdan Minsk Qrupuna AĞIR ŞƏRTLƏR: ABŞ və Fransaya “Rusiya səddi”


Azərbaycan “keçmişə dönüş qapıları”nı bərk-bərk qapatmaqla yanaşı, Minsk Qrupuna “yeni fəaliyyət tezisləri” və “qırmızı cizgilər” müəyyən etdi; Rəsmi Bakı siyasi-diplomatik manevr etməklə, bu quruma növbəti “fəaliyyət pəncərəsi” açmağa can atanların cəhdlərini blokladı...
"Ölkə.az" musavat.com-a istinadla bildirir ki, Cənubi Qafqazda yaranmış yeni situasiya beynəlxalq siyasi iradə mərkəzləri arasında ziddiyyətləri dərinləşdirib. Hazırda bu regionda Avropa qurumları ilə Rusiya arasında ciddi rəqabətin olduğu açıq-aşkar nəzərə çarpır. Kreml Cənubi Qafqazda gedən proseslərdə hər hansı regiondankənar güc mərkəzinin iştirakına tolerant yanaşmaq niyyətində deyil.

Ona görə də, Qərb siyasi dairələri üçün Cənubi Qafqazda baş verənlərə müdaxilə edə bilmək baxımından, ATƏT-in Minsk Qrupu ən sərfəli siyasi-diplomatik mexanizm olaraq, qalmaqdadır. Son dövrlərdə Minsk Qrupunun fəaliyyətini bərpa etmək üçün dəfələrlə müxtəlif cəhdlər göstərilib. Və artıq qətiyyən şübhə doğurmur ki, Qərb siyasi dairələri bu müzakirə platforması üçün yeni “fəaliyyət pəncərəsi” açmaqda maraqlıdırlar.

Ancaq bu, o qədər də asan məsələ deyil. Çünki Minsk Qrupunun 44 günlük savaşdan öncə göstərdiyi fəaliyyət uğursuz olub. Bu qurumun həmsədrləri 30 ilə yaxın bir müddətdə öz vasitəçilik missiyasının öhdəsindən gələ bilməyiblər. Hazırdasa, Minsk Qrupunun vasitəçilik gündəliyinə daxil olan mövzular öz əhəmiyyətini tamamilə itirib. Yeni müzakirə mövzularının müəyyən edilmədiyi bir şəraitdə isə bu qurumun fəaliyyətini bərpa etmək mümkün deyil.

Maraqlıdır ki, Prezident İlham Əliyev də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı mütəmadi gündəmə gətirilən ATƏT-in Minsk Qrupu ilə bağlı rəsmi Bakının mövqeyini bəyan etmişdi. Dövlət başçısı həmsədrlərin roluna toxunaraq, 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırmışdı. Prezident İlham Əliyev Azərbaycanın ATƏT-in Minsk Qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirmişdi: “Bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk Qrupu tərəfindən kömək göstərilə bilər”.

Rəsmi Bakının bu mövqeyi də Minsk Qrupunun taleyinin məhz 44 günlük savaşın nəticələri ilə müəyyən olunduğunu göstərir. Brüssel görüşündən sonra isə əslində, Minsk Qrupunun tədricən ləğvi ilə bağlı prosesin əsası qoyulmuş oldu. Bu görüşdə Minsk Qrupunun vasitəçilik missiyasının bərpa olunmasının vacibliyinə yönəlik hər hansı bir eyham belə, vurulmadı.

Halbuki son Brüssel görüşünə qədər Ermənistan baş naziri Nikol Paşinyan hər imkanda “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzularının Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyası çərçivəsində müzakirə olunmasının vacibliyini vurğulayırdı. Ancaq bu dəfə erməni baş naziri də Minsk Qrupu ilə bağlı ənənəvi mövqeyinin üzərindən sükutla keçməli oldu. Yəni belə anlaşıldı ki, Minsk Qrupu artıq heç kimə lazım deyil və bu qurumun fəaliyyəti də hazırda sadəcə, formal xarakter daşıyır. Bu baxımdan, yaxın vaxtlarda Minsk Qrupunun ləğv oluna biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Minsk Qrupu 30 ilə yaxın bir müddətdə öz vasitəçilik missiyasını iflasa uğradıb. Bu qurumun öhdəsindən gələ bilmədiyi missiyanı Azərbaycan ordusu cəmisi 44 gün ərzində sona çatdırıb. Üstəlik, yeni geopolitik reallıqlar və regionda yeni şərtlər ortaya çıxıb.

Belə vəziyyətdə Minsk Qrupu yeni geopolitik sistemin tələblərinə də uyğun gəlmir. Çünki Minsk Qrupu “Dağlıq Qarabağ münaqişəsi”nin sülh danışıqları yolu ilə həll edilməsi məqsədilə yaradılmışdı. Bu problem isə həm hərbi yolla həll olunub, həm də “status” mövzusu gündəmdəm çıxarılıb. Yəni, hazırda Minsk Qrupu qarşıduran tərəflər arasında vasitəçilik etmək üçün müzakirə mövzusuna malik deyil.

Təbii ki, bu qurumun gələcək taleyində Azərbaycanın mövqeyi böyük rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Minsk Qrupuna yeni geopolitik reallıqları xatırlatması da bunu təsdiqləyir. Belə anlaşılır ki, rəsmi Bakı iflasa uğramış bu quruma keçmişə yönəlik və artıq əhəmiyyətini tamamilə itirmiş müzakirə mövzularını aktuallaşdırmaq imkanı vermək niyyətində deyil. Ona görə də, Azərbaycan Prezidenti Minsk Qrupu həmsədrləri üçün məhz yeni müzakirə gündəliyi də təklif edir.

Bununla da Prezident İlham Əliyev əslində, həm də diplomatik şəkildə Azərbaycan üçün əhəmiyyətini itirmiş mövzuların müzakirəsinə ehtiyac duyulmadığına üstüörtülü eyham vurur. Eyni zamanda, Minsk Qrupu həmsədrlərinə Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri kimi mövzulara yönəlməyin mümkünlüyünə də işarə edir. Nəticədə Minsk Qrupu üçün yeni mövzular və gündəlik artıq müəyyən edilmiş kimi görünür.

Ancaq Minsk Qrupunun həmin yeni gündəliyə uyğunlaşması və sadalanan mövzular üzərindən öz fəaliyyətini bərpa edə bilməsi də hələlik inandırıcı görünmür. Çünki Rusiya Cənubi Qafqaz regionuna ABŞ və Fransanın müdaxilə imkanları qazanmasını istəmir. Və böyük ehtimalla Kreml Minsk Qrupunun fəaliyyətinin bərpasına yönəlik cəhdlərin aktiv fazaya keçirilməsinə imkan verməyəcək.

Məsələ ondadır ki, Rusiya siyasi dairələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesində regiondankənar siyasi iradə mərkəzlərinin iştirakına müqavimət göstərir. Hətta sərhədlərin delimitasiya və demorkasiyası üçün xəritələr təqdim etməklə yanaşı, texniki dəstək verməyə hazır olduğunu da vurğulayan Kreml Cənubi Qafqazda gedən proseslərdə başqalarına ehtiyac qalmadığını xüsusi olaraq, qabardır. Və Minsk Qrupuna növbəti “fəaliyyət pəncərəsi” açmağa can atanlar üçün bu önəmli əngəlləyici faktor sayıla bilər.

Bütün bunlar onu göstərir ki, Minsk Qrupu öz fəaliyyətini bərpa etmək üçün həm Azərbaycanla, həm də Rusiya ilə anlaşmaq məcburiyyətindədir. Rəsmi Bakı keçmişə dönüş qapılarını bərk-bərk qapatmaqla yanaşı, Minsk Qrupuna “yeni fəaliyyət tezisləri” və “qırmızı cizgilər” müəyyən edib. Yəni, Azərbaycan Minsk Qrupunun həmin “qırmızı cizgilər”dən kənara çıxmasına imkan verilməyəcəyini gizlətmir. Və böyük ehtimalla rəsmi Bakının gündəmə gətirdiyi həmin təkliflər siyasi-diplomatik manevr xarakteri daşıyır.

Hər halda, Minsk Qrupunun həmsədrilərindən olan Rusiyanın bu qurumun digər iki həmsədrini – ABŞ və Fransanı regiona buraxmaq istəməyəcəyi qətiyyən şübhə doğurmur. Yəni, Kreml Minsk Qrupunda həmsədr olan Rusiyanın regional vasitəçilik missiyasına hər hansı ortaq arzulamır. Bu baxımdan, “geopolitik labirintə” salınan, konkret şərtlərlə qarşı-qarşıya buraxılan Minsk Qrupunun hansısa formada öz fəaliyyətini bərpa etməyə nail ola biləcəyi qətiyyən inandırıcı deyil.

Oxunub: 910
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-11-2021, 14:43

Rusiya Qarabağda vəziyyəti GƏRGİNLƏŞDİRMƏK İSTƏYİR: Moskvanın Xankəndi ilə bağlı planı budur - ŞƏRH

Xəbərlər

1-10-2021, 15:39

“Ermənistan yalnız bu şərtlə Qarabağla bağlı danışıqları bərpa etməyə hazırdır” – Mirzoyan SƏRSƏMLƏDİ

Xəbərlər

11-07-2021, 16:14

ABŞ, Rusiya və Fransa səfirləri prezidentin Şuşa dəvətindən niyə imtina etdilər? - ŞOK SƏBƏB

Xəbərlər

11-06-2021, 08:01

Ermənistan ABŞ və Rusiyanı ÜZ-ÜZƏ QOYDU- Soyuq müharibə BAŞLADI

Manşet / Xəbərlər

20-06-2018, 10:13

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Son xəbərlər
  • Dünən, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • Dünən, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
  • Dünən, 20:16
    ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
  • Dünən, 19:41
    Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
  • Dünən, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • Dünən, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • Dünən, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • Dünən, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • Dünən, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • Dünən, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • Dünən, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • Dünən, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • Dünən, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • Dünən, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • 3-02-2026, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • 3-02-2026, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • 3-02-2026, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • 3-02-2026, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
  • 3-02-2026, 18:25
    Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
  • 3-02-2026, 17:35
    Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
  • 3-02-2026, 16:04
    Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
  • 3-02-2026, 15:08
    Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
  • 3-02-2026, 14:48
    ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
  • 3-02-2026, 13:14
    Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
  • 3-02-2026, 12:37
    Bu içkilər yaddaşı möhkəmləndirir
  • 3-02-2026, 11:52
    Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
  • 3-02-2026, 10:26
    HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
  • 3-02-2026, 09:03
    Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?
  • 2-02-2026, 22:22
    Qışın ortasında BÜRCLƏRİ nə gözləyir?
  • 2-02-2026, 21:04
    Soyuqdan ginekoloji xəstəliklər yaranır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə