“Biz yadda saxlamalıyıq: Rusiyanın yardım üçün İrana müraciət etməsinin özü Kremlin onun hərbi-siyasi iflasını etiraf etməsidir".
Redaktor.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
"On illər ərzində onlar öz hərbi sənaye kompleksinə milyardlarla dollar xərcləyiblər və sonda Tehrana baş əyiblər. Kifayət qədər sadə pilotsuz təyyarələr və raketlər əldə etmək üçün. Strateji baxımdan bu, onsuz da onlara kömək etməyəcək”, - deyə Ukrayna lideri vurğulayıb.