“Ümid edirik ki, Türkiyə Suriyada hərbi əməliyyat keçirmək fikrindən daşınar”.
Metbuat.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, Türkiyənin həmləsi Suriyadakı gərgin vəziyyəti daha da gərginləşdirəcək.
Zaxarova eyni zamanda bildirib ki, Rusiya Türkiyənin Suriyadakı narahatlığını anlayır. “Suriyanın razılığını almadan atılacaq addım Suriyanın suverenliyinin pozulması anlamına gəlir” – deyə Zaxarova bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgələrinin yaradılması ilə bağlı işlərin tamamlanacağını açıqlamışdı. Türkiyə antiterror əməliyyatlarının keçirmək istədiyi bölgələr PKK/PYD terrorçularının işğalı altında olsa da, ərazilərin bir hissəsinə ABŞ, bir hissəsinə isə Rusiya nəzarət edir.