Türkiyə ordusu təhlükəsizlik təmin olunana qədər Suriyanın Afrin şəhərində qalacaq.
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçicilərlə görüşündə bəyan edib.
O əlavə edib ki, növbədə İdlib, Mənbic və Tel-Rifatdır.
Türkiyə prezidentinin sözlərinə əsasən, “Zeytun budağı” əməliyyatı çox gec başlayıb.
“Biz daha tez başlamalı idik. Əgər bunu vaxtında etsəydik, Kilis (Türkiyə vilayəti) belə çox hücumlara məruz qalmazdı”, - Ərdoğan izah edib.
Qeyd edək ki, Türkiyə yanvarın 20-dən Suriyanın Afrin bölgəsində kürd terrorçularına qarşı əməliyyat aparır.