• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiyadan İrəvana son XƏBƏRDARLIQ - Bakının təklifini qəbul etsən...

Xəbərlər

6-04-2022, 13:33

Rusiyadan İrəvana son XƏBƏRDARLIQ - Bakının təklifini qəbul etsən...


Bu gün Avropanın mərkəzində Azərbaycan və Ermənistan dövlət başçılarının baş tutacaq görüşü iki ölkə arasında davamlı sülhün əldə edilməsi üçün yekun qərarların veriləcəyi hadisəsi kimi tarixə düşə bilər.

Brüssel görüşünün Bakı ilə İrəvan arasında dekabrın 14-ü 2021-ci ildə keçirilən birinci raundundan yaxşı xatırlayırıq ki, Vətən müharibəsindən sonra iki ölkə liderlərinin təkbətək görüşü sülhə töhfə verəcək əhəmiyyətli qərarların razılaşdırılması ilə diqqət mərkəzinə düşmüşdü. Lakin Ermənistanın sonradan destruktiv mövqeyi bu prosesə ciddi əngəl yaratmağa başladı. Brüsseldəki ikinci belə bir görüş isə davamlı sülh razılığının əldə edilməsi nəzərdən son dayanacaq ola bilər.

Səbəblər

İlk Brüssel görüşündə Avropa İttifaqının prezidenti Şarl Mişelin öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) üçtərəfli bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib və bu da, Azərbaycanın mövqeyi ilə üst-üstə düşdü. Bəyanatdakı daha bir mühüm məqam o idi ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salındı və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olundu. O gündən bu günə 4 ay keçsə də, Aİ prezidentinin qeyd etdiyi məsələlərlə bağlı Ermənistan tərəfi heç bir konstruktiv addımı ilə diqqət çəkmədi.

Çox güman ki, bu səbəbdən də, Brüssel görüşünün növbəti raundu üçtərəfli bəyanatlardan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından Ermənistan üçün verilən son şansdır. Ali qurum lideri erməni baş nazirə ilk danışıqlarda əldə edilən razılıqların yerinə yetirilməməsinə görə İrəvanı sülhə məcburetmə missiyasını üzərinə götürərək önəmli qərarların alınmasında pay sahibinə çevrilmək imkanı qazandıra bilər ki, bu da rəsmi Bakı ilə son zamanlar bəyanatlarında postkonflikt reallıqlarının əks olunduğu Aİ-nin münasibətlərinin bundan sonrakı inkişafında çox müsbət formul rolunu oynamaq imkanı verəcək.

Brüssel görüşünü eyni zamanda Rusiya ilə Qərbin Şərqi Avropadakı müharibə fonunda növbəti və həlledici soyuq savaşı da adlandırmaq olar. Təbii ki, bir də bu baş verənlərə mövqe savaşı konteksindən yanaşsaq, ABŞ-la Rusiya arasındakı geosiyasi münaqişə prizmasından təhlil etmək daha yerinə düşər. Qərbdə də məqsədinə çatmaq üçün çox güman ki, bunu özlərinə bir şans hesab edirlər. Anlayırlar ki, Cənubi Qafqazı ümumiyyətlə Rusiyanın orbitindən kənarlaşdırmaq, Qərbə daha da yaxınlaşdırmaq üçün bəlkə də bu onlar üçün həyati əhəmiyyətə malik bir fürsətdir. Beləcə Qərb Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi məsələsini həll etməyə çalışmaqla nümayiş etdirmək istəyir ki, Rusiyanın "bacarmadığını" biz etdik.

Elə ABŞ dövlət katibi Entoni Blinkenin bu görüşə bir gün qalmış Nikol Paşinyan və İlham Əliyevlə telefon açaraq əlaqə saxlaması Qərbin bu görüşə nə qədər böyük əhəmiyyət verdiyini nümayiş etdirməklə yanaşı, bu məsələdə bir sistemli fəaliyyəti nəzərə çarpdırır. Telefon danışığı əsnasında Entoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib. Prezident İlham Əliyev də öz növbəsində regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib.

Bu hadisələr fonunda Ermənistan dünəndən etibarən sözün əsl mənasında çalxalanır. Paşinyanla İlham Əliyevin Brüssel görüşü ərəfəsində İrəvanda müxalifətin etiraz aksiyası təşkil olundu. İrəvanda hökümətin hesablamalarına görə təxminən 11 min, müxalifətin hesablamalarına görə isə 20 min insanın iştirakı ilə keçirilən bu etiraz aksiyasının da hansı səbəbdən keçirildiyi məlumdur. Serj Sarkisyan, Naira Zohrabyan, İşhan Saqatelyan kimi siyasi fiqurların iştirak etdikləri mitinqdə aksiya iştirakçıları Azərbaycan və Türkiyə ilə yeni danışıqlarla bağlı hakimiyyəti xəbərdar edərək müxtəlif tələblər səsləndiriblər.

Müxalifətin "Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqqədaratının təyin etməsinin qarantı olmalıdır", "Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməsinin rədd edilməlidir", "Etibarlı quru sərhəd yaradılmalıdır", "ATƏT-in Misnk Qrupu sammiti çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir", "Dəhliz verilməməlidir", "Sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır", "Qarabağdakı ermənilərinin müqəddəratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır", "Türkiyə ilə danışıqlarda "soyqırımı" sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır kimi tələbləri irəli sürdüyü aksiyanın sifarişçisi də bu səsləndirilən məsələlərə diqqət yetirilərkən məncə gün kimi aydın olur.

Avropa İttifaqının Azərbaycan və Ermənistan dövlət başçılarının 6 aprel görüşünün elan edildiyi andan etibarən ən çox narahat görünən dövlət hansı idisə, İrəvandakı mitinqin təşkilatçısı da elə odur. Aksiya iştirakçılarının səsləndirdikləri "Xain Nikol" şüarı, eləcə də "Daşnaksutyun" partiyasının üzvü, müxalifətin Parlamentdəki vitse-spikeri İşhan Saqatelyanın minlərlə aksiya iştirakçısı qaşısında "Paşinyan erməni xalqını yeni güzəştlərə hazırlayır. O, getməlidir" kimi fikirləri erməni baş naziri Azərbaycanın təqdim etdiyi 5 maddəlik məlum sülh paketinə "hə" deməsi üçün əngəl olmaq məqsədilə edilən təzyiqdən başqa bir şey deyil. Bununla müxalifət nümayəndələri əmri aldıqları qüvvələr tərəfindən Paşinyana mesaj vermək istəyirlər ki, əgər Azərbaycanın şərtləri ilə razılaşsan bu, sənin hakimiyyətinin sonu olacaq. Müxalifətin bu gündən regionlarda da mitinqlərin keçirilməsi üçün tərəfdarlarına çağırış etməsi erməni baş nazirin gözünü qorxutmaq üçün atılan addımdan başqa bir şey deyil. Belə aydın olur ki, onlar tədricən ümümxalq mitinqlərinə başlamaqla Paşinyanın Brüssel danışıqlarında mövqeyinə, fikirlərinə təsir etmək niyyətindədirlər.

Burada bir məsələ də xüsusilə diqqət çəkir: Aksiya iştirakçıları arasında Serj Sarkisyanın görünməsi. 4 il ərzində evdə oturub hadisələrə seyr etməyə üstünlük verən Sarkisyanın birdən-birə fəallaşması Brüssel danışıqlarına təsir göstərmək üçün Moskvanın bütün imkanlarını səfərbər etməsinin digər nümunəsidir. Bununla Kreml Paşinyana "əks addım atarsansa, postunda səni əvəzləyəcək adam da məlumdur" mesajı verməklə ona hədə-qorxu gələ bilər. Ermənistanın sabiq prezidentinin açıqlaması zamanı "Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında hər hansı sənədin imzalanacağına inanmıram. Brüsseldə razılaşmalar olarsa biz də müxalifət olaraq hərəkətə keçəcəyik. Belə mürəkkəb məsələ 30-40 il ərzində həll olunmur" deməklə prosesi ciddi şəkildə bloklamaq niyyətini ortaya qoysa da anlamır ki, hər şey tək İrəvanın istəyinə bağlı deyil. Burada bu gün regionun və Avrasiyanın ümumi düzənini dəyişən, postkonflikt dövrünün reallığını artıq dünyaya qəbul etdirməyə başlayan bir Azərbaycandan söhbət gedir.

Əslində Kreml rəhbərinin bir neçə gün öncə 24 saatda Paşinyana 3 dəfə zəng etməsi bir çox mətləblərə aydınlıq gətirmişdi. Brüssel görüşünə bir gün qalmış İrəvanda belə bir böyük mitinqin keçirilməsi və bu tələblərin səsləndirilməsi Moskvanın Paşinyana son xəbərdarlığı kimi də şərh edilə bilər. Uzun illər Qarabağ kartından öz mənfəəti üçün eninə-boluna istifadə edən Moskvanın birdən-birə bu rıçaqdan Qərbin əli ilə məhrum olması Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbə vurmaqla paralel olaraq, bu gün Kremlə Ukrayna müharibəsinə görə cəbhə açan qüvvələrin regionda əlinin güclənməsinə xidmət edə bilər. Buna görə də Rusiya bütün vasitələrlə Paşinyana mane olmağa çalışır.

Amma bu görüş öncəsi İrəvanda hansı hadisələrin baş verməsindən, Paşinyana olan təzyiqlərin ölçüsündən asılı olmayaraq rəsmi Bakının mövqeyini heç kim, heç bir qüvvə dəyişə bilməz. Azərbaycan Prezidentinin son açıqlamasında da qeyd etdiyi kimi Paşinyanla Brüssel görüşü danışıqların son mərhələsi ola bilər. Çünki bu zamana kimi son il yarımda iki ölkə liderləri arasında çox görüş keçirildi, amma dəyişən bir şey olmadı. Əgər rəsmi İrəvan bu dəfə də havadarlarının verdiyi tapşırığa əsasən, onların istəyinə uyğun addım atarsa, o zaman Azərbaycan öz bildiyi şəkildə, beynəlxalq hüququn normaları çərçivəsində lazımı tədbirləri görmək məcburiyyətində qalacaq.

Oxunub: 1 026
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-12-2021, 19:13

Azərbaycan və Avropa İttifaqı Şurasının liderləri üçtərəfli görüş barədə fikir mübadiləsi aparıblar

Xəbərlər

14-12-2021, 15:31

İlham Əliyevin Brüssel səfəri: Paşinyanla iki görüş, Aİ və NATO ilə mühüm təmaslar

Xəbərlər

7-12-2021, 08:21

Brüssel görüşü ərəfəsində QƏRB Bakıdan NƏ İSTƏYİR?

Xəbərlər

3-12-2021, 15:26

İrəvan Soçi razılaşmasını POZDU: Azərbaycan zəruri tədbirlər GÖRƏCƏK

Xəbərlər

20-11-2021, 15:47

XİN İlham Əliyev-Paşinyan görüşü ilə bağlı MƏLUMAT YAYDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Son xəbərlər
  • Bu gün, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Bu gün, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Bu gün, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • Dünən, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • Dünən, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Dünən, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Dünən, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Dünən, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Dünən, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Dünən, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • Dünən, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Dünən, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Dünən, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • Dünən, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Dünən, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Dünən, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • 28-08-2026, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • 28-08-2026, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • 28-08-2026, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • 28-08-2026, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • 28-08-2026, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • 28-08-2026, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • 28-08-2026, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • 28-08-2026, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə