• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
Dağınıq skleroz: əlamətləri və müalicəsi
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
Təhlükəli "Nipah" virusu yayılır
Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
Keçməyən burun axmasının təhlükəli səbəbləri
Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
Qar yağacaq, yollar buz bağlayacaq
Enerji üçün qara, sağlamlıq üçün yaşıl çay
Digər xəstəliklərlə qarışdırılan 3 xərçəng əlaməti
Gözə xeyir olan təbii QİDALAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiya Ermənistanı itirməmək üçün Bakıya "HƏ" DEDİ

Xəbərlər

20-05-2021, 20:02

Rusiya Ermənistanı itirməmək üçün Bakıya "HƏ" DEDİ


Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərləri Tacikistanın paytaxtı Düşənbə görüşünda veriləcək cavab öncədən bəlli idi. Paşinyanın "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bizim müraciətlərimizə cavab vermə forması və sürəti ümidlərimizi doğrultmadı" açıqlaması da görüş öncəsi proqnozların doğrulduğundan xəbər verdi.

Bu görüşün üstündən saatlar sonra Rusiya dövlət başçısı Vladimir Putinin Prezident İlham Əliyevə və Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyana zəng etməsi daha bir məsələni gündəmə daşıdı. İddialar yayıldı ki, Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya, demarkasiya prosesinin tənzimlənməsi üçün bununla bağlı üçtərəfli yeni bir bəyanat da imzalanacaq. Bundan öncə də bir neçə dəfə olduğu kimi bu dəfə də həmin məlumatları mediaya Paşinyanın əsas rəqiblərindən olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyan sızdırdı.

Paşinyan Minasyanın iddiasının təsdiqləməklə Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağı barədə məlumatı da təkzib etməmiş oldu.

Parlament seçkisinə düz bir ay qalmış bir vaxtda Azərbaycanın təzyiqi ilə 10 noyabr bəyanatının əsas bəndi olan Zəngəzur dəhlizinin açılması yönündə atılan addımları Ermənistanın daxili auditoriyasından gizlətməklə divident axtaran Nikol Paşinyan hökumətin bugün keçirilən iclasında Serj Sarkisyanın kürəkənini məxfi işlərini ictimiləşdirdiyi üçün Bakının Ermənistandakı "casusu" adlandıraraq əslində ona nifrətini, qəzəbini ifadə edib.

Nikol Paşinyan erməni hərbçilərilə bağlı sərhəddə yaşanan qalmaqallı videoya verdiyi şərh isə özünü gülüş obyektinə çevirməkdən başqa bir şey olmadı. Baş nazir bildirib ki, iki saatlıq videonun yalnız bir hissəsi dərc edilib. Bununla da Paşinyan əzilmiş, sınmış, faktiki olaraq Azərbaycan Ordusu qarşısında alçaldılmış hərbiçilərini müdafiə etməklə bir növ rəhhbəri olduğu silahlı qüvvələrin bərbad durumunu ört-basdır etməyə çalışıb.

Amma proseslərin xronologiyası sözügedən kadrlara əsasən demək olar ki, Dəmir yumruq ermənilərə üçtərəfli birgə bəyanatı (10 noyabr 2020) imzalamağa vadar etdi, şillə-təpik isə sərhədlərin bərpası barədə sənədi imzalamaq üçün növbəti vasitə oldu. Buradan da belə bir nəticə çıxır ki, bu məxluqat diplomatik dildə anlamır. Azərbaycan əsgəri də onlarla anladıqları dildə danışmağa məcburdur.

Ermənistan tərəfi bundan sonra da prosesə qeyri-adekvat reaksiya nümayiş etdirəcəyi təqdirdə Bakıdan alacağı cavabı artıq yaxşı bilir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Bunu Prezident İlham Əliyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstanın Prezidenti Kasim-Comart Tokayevlə telefon danışığı zamanı qeyd edib: "Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".

Göründüyü kimi, Azərbaycan həm diplomatik cəbhədə, həm də hərbi manevrlərlə üçtərəfli birgə bəyanatda nəzərdə tutulmuş dəhlizləri açmağa çalışmaqla yanaşı, sürətli şəkildə sərhədlərinin də tam bərpasını həyata keçirmək istiqamətində bütün gücünü səfərbər edib.

Qaragöl hadisələri fonunda Ermənistanın son manipulyativ addımları və havadarlarının Azərbaycana qarşı qərəzli, qeyri-adekvat reaksiyaları rəsmi Bakının iradəsini və qətiyyətini zərrə qədər də olsun zəifltməyəcək. Prezident İlham Əliyevin Azərbaycan dövlət televiziyasına verdiyi müsahibəsi zamanı dediyi "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq" sözlərini bu gün faktiki olaraq Ordusunun icra etdiyini görürük.

Kreml isə regionda daha silahlı insident, gərginlik, yeni müharibə istəmir. Çünki müharibəyə qədər Dağlıq Qarabağ mövzusunu bir qədər diqqətdən kənar saxlamağı seçən Vladimir Putin 44 günlük II Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə tam əksinə olaraq fəallaşdı. Bu nöqteyi nəzərdən Putinin Azərbaycan Prezidenti və Ermənistan baş nazirinə son zənginin səbəbi də aydındır. Kreml rəhbəri yaxçı anlayır ki, bölgəyə yeni qüvvələr cəlb etməyə çalışna, təxribata açıq olan Ermənistanın Azərbaycanla sərhəddində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər. Bu isə təbii ki, Rusiyanın maraqlarına ziddir. Çünki iki ölkə arasında yeni bir müharibə başlayarsa, bu dəfə savaşın episentrinin daha da böyük olacağını anlayan Putin, eyni zamanda münaqişədə vasitəçiliyinin nəticəsiz qalacağının ortaya çıxacağından narahatdır. Bunun üçün də Putin son vaxtlar Qərbin sanksiyalarının, təzyiqlərinin artdığı bir vaxtda Kremlin imicinə xələl gəlməsini heç istəmir.

Görünür bu məqsədlə də telefon danışığı zamanı Bakı, İrəvan və Moskvanın sərhədlərin müəyyənləşdirilməsinə dair yeni bir bəyanatın hazırlanması üzərində danışıqlar getməsi haqqında müəyyən fikir mübadiləsi aparıb. Rəsmi Moskva bununla da Ermənistanın digər dünya hegemonları Çin və ABŞ ordusunun Zəngəzura gətirilməsi istəyini önləmək məqsədi daşıyır. Və Moskva anlayır ki, nüfuzunu qorumaq və yerini itirməmək üçün üçtərəfli bəyanatın icrasını mütləq şəkildə reallaşdırmaq lazımdır.

Təhməz Əsədov
Milli.Az

Oxunub: 8 688
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-05-2021, 09:23

Putin Əliyevə və Paşinyana niyə zəng etdi, Rusiya Qarabağda nə istəyir? - DETALLAR ÜZƏ ÇIXDI

Xəbərlər

19-05-2021, 00:56

Paşinyan özünü bununla da tam RÜSVAY ETDİ - Son 1 GÜN

Xəbərlər

14-05-2021, 13:29

"Tapşırıq vermişəm ki..." – Paşinyanın Putinə gecə zənginin ŞOK DETALLARI

Xəbərlər

13-05-2021, 20:14

Ermənistan Azərbaycandan KTMT-yə ŞİKAYƏT ETDİ

Xəbərlər

1-11-2020, 01:04

SON DƏQİQƏ: Korotçenkodan möhtəşəm Qarabağ AÇIQLAMASI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
Dağınıq skleroz: əlamətləri və müalicəsi
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
Son xəbərlər
  • Bu gün, 18:30
    Xərçəng hüceyrələrini öldürən çay
  • Bu gün, 17:58
    Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
  • Bu gün, 16:27
    Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
  • Bu gün, 15:11
    Dağınıq skleroz: əlamətləri və müalicəsi
  • Bu gün, 14:31
    Bu tarixdə güclü günəş partlayışları gözlənilir
  • Bu gün, 13:22
    Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
  • Bu gün, 12:55
    Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
  • Bu gün, 11:38
    Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
  • Bu gün, 10:22
    Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
  • Dünən, 23:30
    Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
  • Dünən, 22:08
    Təhlükəli "Nipah" virusu yayılır
  • Dünən, 21:17
    Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
  • Dünən, 20:16
    Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
  • Dünən, 19:25
    Keçməyən burun axmasının təhlükəli səbəbləri
  • Dünən, 18:11
    Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
  • Dünən, 17:51
    Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
  • Dünən, 16:49
    Qar yağacaq, yollar buz bağlayacaq
  • Dünən, 15:21
    Enerji üçün qara, sağlamlıq üçün yaşıl çay
  • Dünən, 14:13
    Digər xəstəliklərlə qarışdırılan 3 xərçəng əlaməti
  • Dünən, 13:04
    Gözə xeyir olan təbii QİDALAR
  • Dünən, 12:29
    Yaxın günlərdə bol pul qazanacaq BÜRCLƏR – ulduzlar onlara şans vəd edir
  • Dünən, 10:34
    İran “hazırıq” dedi, müharibə anonsu verdi: Zelenski üzərindən ilginc MESAJ
  • Dünən, 08:02
    Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?
  • 24-01-2026, 22:14
    Yuxusuz qalmağın - 9 ÖLÜMCÜL FƏSADI
  • 24-01-2026, 21:17
    Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
  • 24-01-2026, 20:23
    Avropa artıq müharibəyə başlayıb - Orban
  • 24-01-2026, 19:41
    Zəngəzurda əsas yollar bağlandı – Nə baş verir?
  • 24-01-2026, 18:24
    Mədə və mədəaltı vəzi xərçənginə tutulma riski ən yüksək olan insanlar
  • 24-01-2026, 17:36
    Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...
  • 24-01-2026, 16:21
    ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə