• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qarpız yemək üçün 10 səbəb
Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
İran ABŞ-yə xəbərdarlıq etdi: Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək
Kolumbiya Prezidentinin səlahiyyətləri müvəqqəti olaraq dayandırıldı
Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur. Müalicə vaxtında başlamalıdır!
Putindən xaricdə yaşayan ruslara ağır zərbə – Yeni qanun imzaladı
Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
Ağır pnevmoniya bronxitdən nə ilə fərqlənir?
Berman: Dünyada "iki Rusiya" var
Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
Kondisionerlər ürəyə necə təsir edir?
Paşinyan göstəriş verdi: Dərhal həbs edin
İrana hücum hazırlığı: ABŞ desant göndərdi
Qaraciyəri bərpa edən təbii içki - Mütləq SINAYIN
Atalıq kişi beyninə necə təsir göstərir? - Araşdırma
Sümükləri möhkəmləndirən təbii müalicə tapıldı
ABŞ-la ticarət azaldı, Çin Avropaya üz tutdu - Pekindən sanksiya xəbərdarlığı
Çıxarışsız evlərlə bağlı pis xəbər – Ciddi problem yarandı
Diş qıcama bu problemlərə səbəb olur
Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Paşinyan özünü bununla da tam RÜSVAY ETDİ - Son 1 GÜN

Xəbərlər

19-05-2021, 00:56

Paşinyan özünü bununla da tam RÜSVAY ETDİ - Son 1 GÜN


Ermənistanın son bir həftə ərzində mübahisə predmetinə çevirdiyi İşıqlı dağında yerləşən Qaragöl gölü Laçın rayonunun ərazisinə aiddir. Bunu tarixi mənbələrə nəzər saldıqda daha aydın şəkildə görmək mümkündür. Lakin düşmən həyasızlığı sərhəd tanımır və Ermənistan 10 noyabr bəyanatının şərtlərinə əməl etməmək üçün çıxmadığı oyun qalmayıb. "Azərbaycan ərazimizi işğal edir" deyərək bütün dünyanı bir-birinə qatmaqda davam edən İrəvan təhlükəli sularda üzdüyünün fərqində deyil. Ermənistanın baş naziri vəzifəsini müvəqqəti olaraq icra edən Nikol Paşinyan dünya liderlərinə zəng edib, dəng etməkdən yorulmadı. Zənginə cavab verən hər kəsə "Azərbaycanın məqsədi Ermənistan ərazisində hərbi toqquşma yaratmaqdır. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olub" deyərək hərbi dəstək almaqla yanaşı onların haqsız mövqeyini müdafiə edən qüvvələri də regiona gətirmək üçün əlindən gələni əsirgəmir.

Paşinyanın rəsmi Moskvadan Azərbaycan Ordusunun Zəngəzurdakı mövqelərindən geri çəkilmək üçün müraciət cəhdləri heç bir nəticə vermədi. Öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verərək Vladimir Putinin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmədiyini bildirdi. Peskov bu açıqlama ilə Ermənistana tərs sillə vuraraq yerini göstərdi, dolayısı ilə şivənlik politikasını dayandırıb, 10 noyabr və 11 yanvar bəyanatların icrasına vaxtını sərf etməyi başa saldı.

Bunun ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Azərbaycanla Zəngəzurla (Sünik) sərhəddə yaratdığı gərginliyi yersiz hesab edən və prosesi demarkasiya və delimitasiya prosesinin davamı kimi dəyərləndirən bəyanat yaydı. Nazir sərhəd məsələsi ilə bağlı Ermənistan tərəfinin yaratdığı ajiotajı və həyəncanlı açıqlamaları rədd edərək Qaragöldəki vəziyyətlə bağlı Ermənistanı qınadı. Lavrov Ermənistanın bu qədər emosional davranması üçün heç bir səbəb olmadığını bildirdi. "Orada 1 güllə belə atılmayıb, toqquşmalar baş verməyib. Oturaraq sakit şəkildə situasiyanı necə çözməyi müzakirə ediblər. Bizdən yardım istədilər və hərbçilərin yardımı ilə razılaşmalar əldə olundu. Mən bu gündəlik və asan həll olunan işlərdə emosiyaların qabardılmasına qarşıyam", - deyə Lavrov açıqlama verib.

Əli aşından da, vəli aşından da olan Ermənistan naümid şəkildə növbəti ümid yeri kimi Rusiyanın rəhbərliyini etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan digər ölkələrdən hərbi dəstək almaq üçün mürtaciətlər ünvanladı. Bu addımları ilə regionda sülhə və əməkdaşlığa təhdid olduğunu yenidən ortaya qoyan rəsmi İrəvanın səhv yolda olduğunu bu dəfə Belarus nümayiş etdirdi. Belə ki, Ermənistanın belə bir müraciət ünvanladığı bir məqamda Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfərə gəlməsi və "Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapmışıq", "Cənab Prezident, Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün Sizin əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, Sizin müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və Sizin diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq" kimi fikirlər səsləndirməsi düşmənə soyuq duş effekti yaratdı.

Belarusun müdafiə nazirini qəbul edən Prezident İlham Əliyevin görüş zamanı etdiyi "Əminəm ki, səfəriniz uğurlu olacaq. Hərbi sahədə əməkdaşlığımızla bağlı məsələləri həmkarınızla ətraflı müzakirə edəcəksiniz. Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi. Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik" açıqlama özündə bir neçə məqamı birləşdirir. Məlum olur ki, Belarus Azərbaycanla ən yüksək səviyyədə digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq mövzusunda da münasibətləri daha irəli aparmaq niyyətindədir.

Viktor Xreninin Bakı səfərinin səbəbi də məhz budur. Belə olan halda Ermənistan KTMT üzvü olan dövlətlərin hərbi birləşmələrini Zəngəzura gətirmək istəyini yenidən götür-qoy etsə yaxşı olar.

Qırğızıstanda keçmiş prezidentliyə namizəd Talatbek Masadıqov da Ermənistanı açıq-aydın ifşa edib: "Ermənistan tərəfi münaqişəni həll etmək üçün həm Kremlə, həm də KTMT-yə müraciət etdi. Ancaq heç bir münaqişə yoxdur! KTMT-nin müdaxilə etməsi ehtimalı azdır, çünki bu strukturda qərarlar konsensusla verilir. Bundan əlavə, bütün KTMT üzvləri mövcud vəziyyətin səbəblərini və tarixini yaxşı bilirlər".

Lakin bir-birinin ardınca edilən müraciətlərinə rədd cavabları alan Ermənistan bundan nəticə çıxaracaq kimi görünmür. Viktor Xreninin Bakı səfəri Ermənistan mediasında "Ermənistan hökuməti KTMT kimi ölü bir təşkilata üz tutarkən, KTMT üzvü olan ölkələrdən birinin rəsmi nümayəndəsi hərbi-texniki əməkdaşlığı müzakirə etmək üçün Bakıya getdi" manjetləri ilə görünməyə başladı.

Guya Türkiyə II Qarabağ müharibəsinə Suriyadan muzdlu döyüşçülər gətirdiyi üçün Ermənistanın Türkiyəni Avropa İnsan Haqları məhkəməsinə şikayət etməsi isə erməni həyasızlığının sərhədsiz, hüdudsuz olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan Ordusunun GPS və xəritələrlə davrandığından yaxşı xəbərdar olan Rusiya və digər KTMT dövlətləri çox güman ki, Ara Ayvazyana sabah Düşənbədə keçiriləcək KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında yenidən xatərladacaqlar. KTMT baş katibi, Belarus general Stanislav Zas təşkilatın Azərbaycan-Ermənistan dövlət sərhədində hadisələrin inkişafını yaxından izlədiyini və bu məsələni Düşənbədə müzakirə edəcəklərini qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın özünü növbəti dəfə rüsvay edəcəyi kəsinləşir. Onun günlərdir Azərbaycanı Zəngəzurdakı vəziyyəti siyasi yolla həll etmək mümkün olmayacağı təqdirdə hərbi-güc mexanizmləri ilə hədələməsi parlament seçkiləri ərəfəsində çətin vəziyyətdə olduğunu, digər siyasi qüvvələrlə aralarında artan gərginliliyi göstərməklə yanaşı, uydurulmuş problem barədə spekulyasiyadan başqa bir şey deyil.

Rəsmi Bakı isə 10 noyabr üçtərəfli bəyanatına uyğun şəkildə soyuqqanlılığını qorumaqla Ermənistan Azərbaycan sərhəddi ilə bağlı çalışmalarını dayandırmaq fikrində deyil. Prezident İlham Əliyevin dediyi kimi, bir qarış da torpağımızı düşmənə vermək fikrində deyilik.

Təhməz Əsədov

Milli.Az

Oxunub: 1 079
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-05-2021, 22:23

ŞAD XƏBƏR: 100 il əvvəl itirdiyimiz TORPAQLAR QAYIDIR – Ermənistan DİZ ÇÖKÜR

Xəbərlər

14-05-2021, 12:11

Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqlar NECƏ BAŞA ÇATDI?

Xəbərlər

13-05-2021, 20:14

Ermənistan Azərbaycandan KTMT-yə ŞİKAYƏT ETDİ

Xəbərlər

8-01-2021, 14:00

Mehridə və ya hər hansı Ermənistan ərazisində dəhliz yaradıla bilməz - Paşinyan

Xəbərlər

6-05-2019, 01:39

"Ermənistan hələ də torpaqları geri qaytarmağı düşünmür. Əjdəhanı oyatmağa çalışır.." - SENSASİON AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qarpız yemək üçün 10 səbəb
Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
İran ABŞ-yə xəbərdarlıq etdi: Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək
Kolumbiya Prezidentinin səlahiyyətləri müvəqqəti olaraq dayandırıldı
Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur. Müalicə vaxtında başlamalıdır!
Putindən xaricdə yaşayan ruslara ağır zərbə – Yeni qanun imzaladı
Son xəbərlər
  • Dünən, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • Dünən, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
  • Dünən, 20:53
    İran ABŞ-yə xəbərdarlıq etdi: Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək
  • Dünən, 19:25
    Kolumbiya Prezidentinin səlahiyyətləri müvəqqəti olaraq dayandırıldı
  • Dünən, 18:43
    Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur. Müalicə vaxtında başlamalıdır!
  • Dünən, 17:28
    Putindən xaricdə yaşayan ruslara ağır zərbə – Yeni qanun imzaladı
  • Dünən, 16:02
    Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
  • Dünən, 15:32
    Ağır pnevmoniya bronxitdən nə ilə fərqlənir?
  • Dünən, 14:37
    Berman: Dünyada "iki Rusiya" var
  • Dünən, 13:41
    Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
  • Dünən, 12:26
    Kondisionerlər ürəyə necə təsir edir?
  • Dünən, 11:35
    Paşinyan göstəriş verdi: Dərhal həbs edin
  • Dünən, 10:12
    İrana hücum hazırlığı: ABŞ desant göndərdi
  • Dünən, 09:04
    Qaraciyəri bərpa edən təbii içki - Mütləq SINAYIN
  • 9-06-2026, 22:08
    Atalıq kişi beyninə necə təsir göstərir? - Araşdırma
  • 9-06-2026, 21:36
    Sümükləri möhkəmləndirən təbii müalicə tapıldı
  • 9-06-2026, 20:29
    ABŞ-la ticarət azaldı, Çin Avropaya üz tutdu - Pekindən sanksiya xəbərdarlığı
  • 9-06-2026, 19:01
    Çıxarışsız evlərlə bağlı pis xəbər – Ciddi problem yarandı
  • 9-06-2026, 18:42
    Diş qıcama bu problemlərə səbəb olur
  • 9-06-2026, 17:55
    Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj
  • 9-06-2026, 16:27
    MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?
  • 9-06-2026, 15:11
    Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
  • 9-06-2026, 14:46
    SEPAH-ın yeni planı: Hörmüz boğazından Qırmızı dənizədək...
  • 9-06-2026, 13:48
    İki ölkədən nüvə silahı xəbərdarlığı: İstifadə etməyə hazırıq!
  • 9-06-2026, 12:14
    Qan təzyiqini necə aşağı salmaq olar? - Məsləhətlər
  • 9-06-2026, 11:04
    Pensiya və sosial müavinətlərlə bağlı yenilik
  • 9-06-2026, 10:22
    Rusiya Bakı və İrəvanı itirir, tək qalıb – Zelenski
  • 9-06-2026, 09:09
    Babasil, qəbizlik, öskürək, saçların tökülməsi... - UCUZ VƏ TƏBİİ ÇARƏ
  • 8-06-2026, 22:43
    Həftəsonunu evdə keçirənlər "sıxıcı" deyillər: Psixologiya izah edir
  • 8-06-2026, 21:13
    Atlama ipi arıqlamağa kömək edirmi? Məşqçi həqiqəti açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə