Avropada hər milyon nəfərə görə ölüm sayının statistikasına görə Macarıstan ilk yerdədir.
TASS məlumat verir ki, 10 milyona yaxın əhalisi olan bu ölkə 2 692 ölüm hadisəsi ilə Çex Respublikasını üstələyib.
Belə ki, 10,7 milyon əhalisi olan Çex Respublikasında koronavirusdan 2 688 ölüm hadisəsi qeydə alınıb.
Son iki həftəyə qədər ilk sırada olan respublikada 1 844 044 nəfər artıq peyvənd edilib.
1 618 068 yoluxmanın qeydə alındığı Çex Respublikasında 28 920 xəstə koronavirusdan həyatını itirib.