Elmar Məmmədyarov istefa verib.
KONKRET.az xəbər verir ki, Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib.
Məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir. Məlumat rəsmi təsdiqlənmədiyi üçün yeni XİN rəhbərinin adını açıqlamırıq.
Prezidentin həm sabiq, həm də yeni naziri qəbul etdiyi bildirilir.