• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kosmos tarixində bir ilk - NASA 65 ildən sonra buna nail oldu
Depressiyanı müəyyən edən 2 sadə sual
Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi
Bakı Zəngəzur dəhlizinin Ermənistan hissəsində səhmdar ola bilər - DETALLAR
Üzün solğun olması hər zaman qanazlığı demək deyil - Həkim
Qaz pulu niyə artıb - Sayğaclar artıq yazır?
Paşinyanın Putindən Azərbaycanla bağlı xahişi: Bunu tez edin
Damarları təmizləmək təhlükəlidir
ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır
Türkiyənin yeni prezidenti kim olacaq? – Onun üçün böyük hazırlıq gedir
Bu 5 əlamət varsa, təcili müayinədən keçin - Onkoloq
Xəzərdə qəzaya uğrayan İran gəmisi silah daşıyırmış?
Ermənistan İranı “satdı” – Tehrandan ilk xəbərdarlıq
Səhər qəhvəsi üçün ideal vaxt - MİF DAĞILDI
Yuxusuzluq səbəbindən yaranan xəstəliklər
Qış depressiyası nədir və gün işığı azaldıqda beyində nə baş verir?
Pəhləvi "yeni İran" planını açıqladı: İsrail dərhal tanınacaq - Azərbaycana nə vəd edir?
Pensiya yaşı azaldılır? - Rəsmi cavab
Anadan qızına "miras" qalan irsi xəstəliklər
İran İsraillə gizli danışıqlar aparır: Vasitəçi görün hansı ölkədir - Şok detallar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hamiləlikdə təkrarlanan düşüklərin SƏBƏBLƏRİ

Səhiyyə

23-02-2019, 10:45

Hamiləlikdə təkrarlanan düşüklərin SƏBƏBLƏRİ

Hamiləliyin 20-ci həftəsindən öncə baş verən 2 və ya 3 ardıcıl düşüyə təkrarlanan düşük deyilir. Təkrarlanan düşüklərin bir nömrəli səbəbi genetik faktorlardır.

Düşük, hamiləliyin 20-ci həftəsindən öncə sonlanmasıdır. Hamiləliyin ən çox rast gəlinən fəsadı məhz düşükdür. Hər hamiləliyin düşüklə nəticələnmə ehtimalı 12%-dir. Təkrarlanan düşüklərin cəmiyyətdə rast gəlinmə tezliyi 1%-dir. Düşüklərin əksəriyyəti 12 həftədən öncə, hətta ürək döyüntüsü USM-lə görünmədən baş verir. 12-ci həftədən öncə baş verən düşüklər ilk trimestr düşükləri sayılır. 12-ci həftədən sonra meydana gələn düşüklər 2-ci trimestr düşükləri sayılır.

Ən çox qarşılaşdığımız sual: hamiləlikdə təkrarlanan düşüklərin səbəbi nədir?

Təkrarlanan düşüklərin səbəbləri müxtəlifdir. Yuxarıda qeyd etdiyim kimi, ən çox qarşılaşılan səbəbi genetik faktorlar olsa da, düşüklərin baş vermə həftəsinə görə səbəbləri fərqlidir.
İlk həftələrdə ürək döyüntüsü meydana gəlmədən baş verən düşüklərdə əsas səbəb genetik faktorlardır. Mozaisizm, tək gen xəstəliyi, translokasiyalar və s… Bu səbəbdən çox vaxt təkrarlanan düşükləri olan cütlüklərdən karyotip analizi istənilir. Belə cütlüklər təbii yolla da sağlam uşaq sahibi ola bilərlər. Amma bəzən süni mayalanma ehtiyacı meydana gəlir.
Düşüklər özəlliklə 10-cu həftədən sonra döldəki ürək döyüntüsünün anidən durması ilə baş verirsə, daha çox trombofilik faktorlar (laxtalanmaya meyllilik) ön plana keçir. Bu hallarda sıxlıqla qanaxma baş vermədən öncə döldə ürək döyüntüsü durur. Trombofiliyalar həm qazanılmış, həm də irsi ola bilər. Müalicəsi zamanı qanı durulaşdıran dərmanlar istifadə edilir. Ölkəmizdə bu trombofiliyalar haqqında əfsuslar olsun ki, çox sayda mif gəzir. Həqiqətə uymayan bu rəvayətlər xəstələrdə gərəksiz panikaya səbəb olur. Bir çox xəstədə əsassız yerə trombofiliyalar düşünülərək, “səndə laxtalanma çoxdur”, - deyilərək gərəksiz yerə aspirin və ya kleksan kimi qan durulaşdırıcı dərmanlar təyin edilir. Gərəksiz yerə bu dərmanların istifadəsi hamilələrdə həm psixoloji gərginliyə, həm maddi zərərə, həm də sağlıq problemlərinə səbəb olur.

Bəs həqiqət nədir?

Əvvəla, “laxtalanmam çoxdur”, - deyən xəstələrə bildirim ki, hamiləlikdə laxtalanma sistemi onsuz da daha çox işləyir. Yəni xalq dilində desək, hamiləlikdə laxtalanmanız çox olmalıdır. Bu, normaldır və hər hamiləlikdə səbəbsiz yerə “fibrinogen” və ya “d dimer” analizləri istənilməməlidir. Bütün hamiləliklərdə bu parametrlər yüksəlir və “d dimer”, yaxud “fibrinogen” nəticələri yüksəkdir deyə qan durulaşdıran dərmanlar təyin edilməməlidir. Koagulogramma deyilən laxtalanma analizi ilə isə trombofiliyalar aşkarlana bilməz. Trombofiliyaları aşkarlamaq üçün bahalı və spesifik analizlar lazımdır. İrsi trombofiliyalar düşünüldüyü kimi çox rast gəlinmir. Qanı durulaşdıran dərmanlar isə nadir qarşılaşılan antifosfolipid sindromu, Faktor 5 Leyden mutasiyası, MTHFR geni mutasiyası, Protein C və S çatışmazlığı kimi çox mürəkkəb hallarda təyin edilir. Əksərən bu xəstələrə qanı durulaşdıran dərmanlar təyin etdikdə mütləq hematoloqla (qan xəstəlikləri mütəxəssisi) konsultasiya edirik. Yenə də təkrarlayıram, bu patologiyalarla düşünüldüyü kimi, çox qarşılaşmırıq, çox qorxulan antifosfolipid sindromu isə ümumiyyətlə nadirdir.

16-cı həftədən sonra ürək döyüntüsü ola-ola baş verən düşüklərdə isə uşaqlıq boşluğunun patologiyaları ağıla gəlir. Məsələn, uşaqlıq arakəsməsi belə düşüklərə səbəb ola bilər. Eyni zamanda uşaqlıq boynunun çatışmazlığı da 2-ci trimestr düşüklərə yol aça bilər.

Bunlardan əlavə, endokrin (hormonal) patologiyalar da düşüklərə səbəb ola bilər. Məsələn, hamilədə olan şəkər xəstəliyi və ya qalxanabənzər vəzinin xəstəliyi (zob) düşüklərə yol aça bilər. Bu səbəblə bütün hamilələrdə qalxanabənzər vəzinin funksiyaları və qanda şəkər yoxlanılmalıdır. Eyni zamanda luteal faza çatışmazlığı dediyimiz hallarda da ilkin həftələrdə düşüklər baş verə bilər.

Bütün bu xəstəliklərin, patologiyaların ayrılıqda müalicəsi var. Bəzən dərman müalicəsi tətbiq edilir, bəzən isə cərrahi. Ən əsası bunu deyim ki, 3 ardıcıl düşüyünüz olsa belə, ümidsizliyə qapılmayın. Hətta 3 düşükdən sonra belə, normal uşaq doğma ehtimalınız 60-70%-dir.

Rəşad İsmayılzadənin
Ginekologiya üzrə mütəxəssis, cərrah, Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı
Ailem.az

Oxunub: 885
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

9-08-2018, 09:34

Preeklampsiya nədir

Manşet / Səhiyyə

14-07-2018, 09:20

Hamiləliyin l-ci trimestrində bütün hamilələr USM-si olunmalıdır

Manşet / Səhiyyə

23-06-2018, 08:35

Hamiləlik dövründə hemostaz

Manşet / Səhiyyə

16-05-2018, 09:05

Hamiləlik zamanı rast gəlinən şikayətlər.

Manşet / Gündəm / Səhiyyə

7-03-2018, 14:43

Ailə Həkimi Klinikası-Prostat vəzinin böyümə səbəbləri

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kosmos tarixində bir ilk - NASA 65 ildən sonra buna nail oldu
Depressiyanı müəyyən edən 2 sadə sual
Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi
Bakı Zəngəzur dəhlizinin Ermənistan hissəsində səhmdar ola bilər - DETALLAR
Üzün solğun olması hər zaman qanazlığı demək deyil - Həkim
Qaz pulu niyə artıb - Sayğaclar artıq yazır?
Son xəbərlər
  • Bu gün, 22:40
    Kosmos tarixində bir ilk - NASA 65 ildən sonra buna nail oldu
  • Bu gün, 21:33
    Depressiyanı müəyyən edən 2 sadə sual
  • Bu gün, 20:19
    Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi
  • Bu gün, 19:42
    Bakı Zəngəzur dəhlizinin Ermənistan hissəsində səhmdar ola bilər - DETALLAR
  • Bu gün, 18:19
    Üzün solğun olması hər zaman qanazlığı demək deyil - Həkim
  • Bu gün, 17:06
    Qaz pulu niyə artıb - Sayğaclar artıq yazır?
  • Bu gün, 16:47
    Paşinyanın Putindən Azərbaycanla bağlı xahişi: Bunu tez edin
  • Bu gün, 15:22
    Damarları təmizləmək təhlükəlidir
  • Bu gün, 14:11
    ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır
  • Bu gün, 13:34
    Türkiyənin yeni prezidenti kim olacaq? – Onun üçün böyük hazırlıq gedir
  • Bu gün, 12:30
    Bu 5 əlamət varsa, təcili müayinədən keçin - Onkoloq
  • Bu gün, 11:09
    Xəzərdə qəzaya uğrayan İran gəmisi silah daşıyırmış?
  • Bu gün, 10:21
    Ermənistan İranı “satdı” – Tehrandan ilk xəbərdarlıq
  • Bu gün, 09:03
    Səhər qəhvəsi üçün ideal vaxt - MİF DAĞILDI
  • Dünən, 22:52
    Yuxusuzluq səbəbindən yaranan xəstəliklər
  • Dünən, 21:29
    Qış depressiyası nədir və gün işığı azaldıqda beyində nə baş verir?
  • Dünən, 20:19
    Pəhləvi "yeni İran" planını açıqladı: İsrail dərhal tanınacaq - Azərbaycana nə vəd edir?
  • Dünən, 19:06
    Pensiya yaşı azaldılır? - Rəsmi cavab
  • Dünən, 18:15
    Anadan qızına "miras" qalan irsi xəstəliklər
  • Dünən, 17:41
    İran İsraillə gizli danışıqlar aparır: Vasitəçi görün hansı ölkədir - Şok detallar
  • Dünən, 17:29
    Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
  • Dünən, 15:10
    Əgər uşağınız dərslərində zəifləyirsə, səbəbi budur
  • Dünən, 14:31
    ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
  • Dünən, 13:51
    ABŞ yaşadı, Avropa yaşayır, İranda da gözlənilir – Azərbaycanlılarla bağlı yeni SSENARİ
  • Dünən, 12:19
    Yeməkdən sonra qan şəkərini sabit saxlamağın 3 sadə yolu
  • Dünən, 11:16
    Azərbaycanda doğumlar kəskin azaldı – rəqəmlər nə deyir?
  • Dünən, 10:29
    Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
  • Dünən, 09:05
    Damaq qanaması niyə olur və bunu necə dayandırmaq olar? 10 sadə məsləhət
  • 14-01-2026, 22:47
    İtkin düşən alpinisti süni intellekt "tapdı"
  • 14-01-2026, 21:21
    Soyuq hava diabet xəstələri üçün niyə təhlükəlidir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə