• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Orta aylıq əmək haqqı 9,3% artdı
Seçkilərə qədər sülh sazişi imzalamalıyıq - Paşinyan
Zərərsiz bildiyimiz vərdişlər xərçəngə aparır - Onkoloqdan xəbərdarlıq
Fevralın növbəti günlərində hava belə olacaq – Mühüm proqnoz
Azərbaycan və Türkiyənin 110 maddəlik yeni fəaliyyət planı…
Səhərlər yuxudan duranda ən çox edilən 3 səhv
Mütəxəssis zəngli saat olmadan oyanmağın qaydasını açıqladı
Gündəlik fikir vermədiyiniz bu vərdişlər oynaqlarınızı zədələyir
Regionda dağıdıcı müharibə başlayır: Cənubi Qafqaza da yayılacaq? – Metyu Brayza detalları açır
Pensiyanız nə qədər artıb? - Belə hesablayın
Kartof suyunun möcüzəvi faydaları: Arıqlamağa kömək edirmi?
Vens Paşinyanı sevindirdi, ölkəmizə yönəldi – Bakıda nələr yaşanacaq?
ABŞ və İran arasında “dərin danışıqlar” – Müharibənin taleyi Bakıda həll ediləcək?
Sinir sisteminin düzgün işləmədiyinin əsas əlamətləri
Milli Məclisdə tarix yazılır - Azərbaycan bunu edən ilk ölkədir
Qəzzaya sülhməramlı göndərən ilk ölkə məlum oldu
Bu tərəvəzlər bişirildikdə daha sağlam olur
ABŞ-ın İrəvana verdiyi PUA nəyə qadirdir?
AB sülh sazişinə bu bəndi salmağa çalışır - "Blumberq"
Dərini şüşə kimi hamar edən təbii gel - 15 dəqiqə suda isladın
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bir gün Maestro Niyazi Fransaya gəlir və... - Ceyhun Hacıbəylinin fransız gəlini ilə MÜSAHİBƏ

Mədəniyyət

9-04-2019, 10:41

Bir gün Maestro Niyazi Fransaya gəlir və... - Ceyhun Hacıbəylinin fransız gəlini ilə MÜSAHİBƏ

Bəzən insan vətənindən, ocağından uzaq düşür. Yeni evi cənnət olsa belə doğma torpağının ətri burnuna yadlaşmır. Mənsubiyyətinə də, damardakı qanına da dönük çıxmır. Xalqımızın qürur yeri olan Hacıbəylilər ailəsinin layiqli davamçısı Timurçin Hacıbəyli kimi. Dahi bəstəkar, milli musiqimizin banisi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin kiçik oğlu idi Timurçin. Fransanın Nitsa şəhərində doğulub, ən yaxşı tədris ocaqlarında dərs almışdı. Buna baxmayaraq, Azərbaycanı, azərbaycançılığı ürəyində gəzdirirdi.

Bir müddət əvvəl Azərbaycanın Fransada fəaliyyət göstərən yeganə nəşriyyatı “Kəpəz” Timurçin bəyin xatirə məktublarından ibarət əlyazmalarını kitab şəklində çap edib. Kitabın doğulmasında əsas təşəbbüskar mərhum mütəfəkkirin ikinci xanımı, sevimli həyat yoldaşı Paskal Hacıbəyli Büşedir.

Madam Büşe kitabla bağlı bütün incə məqamları özəl olaraq Publika.az-la bölüşüb.

- Timurçin bəyin sevimli qadınını yaxından tanımaq istərdim...

- Mənşəcə 100 faiz fransızam. Parisdə doğulub böyümüşəm. Amma həyatımın bir hissəsini Strazburq, La-Roşeli və Nitsada keçirmişəm. Sorbonna Universitetinin psixologiya fakültəsinin məzunuyam. Artıq 20 ildir ki, əsasını qoyduğum insan resurslarının seçimi ilə məşğul olan şirkətə rəhbərlik edirəm. Həmçinin Avropa Sosial Fondu tərəfindən həyata keçirilən bir sıra layihələrin müəllifiyəm. Amma maraqlarım çox şaxəlidir. İncəsənətin bütün qollarını sevirəm. İstər ədəbiyyat olsun, istərsə də klassik musiqi... Səyahət etməkdən zövq alıram, kulinariya ilə maraqlanıram. Heyvanları, təbiəti çox sevirəm. Müxtəlif xalqların mətbəx nümunələrini dadmağı xoşlayıram. Unutmadan deyim, idmanla da məşğul oluram.

- Fransız qadınına xas cəhətləri sadaladınız. Xalqınıza aid başqa hansı özəllikləri bölüşə bilərsiniz?

- Fransa gözəl ölkədir. Vətənim olduğu üçün demirəm, bu ölkədə yaşamaqdan zövq alıram. Fransızları ərköyün uşaqlara bənzədə bilərəm. O uşaqlar ki, bəzi hallarda əldə etdikləri uğurun, qismətlərinə düşən şansın fərqinə varmırlar. “Fransız qadını” qavramı ötən əsrin 50-ci illərində amerikalıların yaratdığı mifdir. Bu gün həmin əfsanəyə karikatura çizmək mənə asan deyil. Amma fransızları öz simamda xarakterizə edə bilərəm. Kifayət qədər azad, respublikaçı, məsuliyyətli, intellektual, dünyadan əlini üzmüş şair ruhlu, eyni anda da hadisələrin gedişatından narahatlıq duyan burjua təbiətli, ən əsası isə mümkün olduğu qədər yumor hissini qoruyub saxlayan şəxsiyyət...

- Güman ki, sevimli həyat yoldaşınız Timurçin bəyi sizə aşiq edən bu özəllikləriniz idi. Tanışlığınızdan bəhs edə bilərsiniz?

- Timurçinin şirkəti vardı. Məni də kadrlar şöbəsinə məsləhətçi təyin etmişdi. Bu, mənim ilk işim idi. Bir ay sonra iş şərtləri məni qane etmədiyindən istefa ərizəmi yazıb çıxdım. Bir müddət sonra Timurçin məni axtarıb tapdı, səhvini boynuna alıb üzr istədi. Dedi ki, mənə şans ver, hər şeyi yoluna qoyacam... Məsələni elə həll etdi ki, bir daha ayrılmadıq (gülürük).

Timurçin çox yaraşıqlı kişi idi. Şən idi, sevdiklərinin qiymətini bilirdi, qorumağı bacarırdı. Onunla keçən hər günümün xoş xatirəsi var. Aramızdakı yaş fərqi az deyildi, amma gənc ruhu ilə mənə meydan oxuyurdu, daim hərəkətdə idi. Savadı və intellekti ilə hamını özünə heyran qoyurdu. İstənilən mühitə uyğunlaşırdı. Ona görə əhatəsi də geniş idi.

- Azərbaycanın Fransada fəaliyyət göstərən yeganə nəşriyyatı “Kəpəz” sizin təşəbbüsünüzlə Timurçin Hacıbəylinin xatirələrindən ibarət məktublarını kitab şəklində nəşr edib. Təəssüratınız necədir?

- Timurçinin atası Ceyhun bəy dünyasını dəyişəndən bir neçə il sonra qələmə aldığı xatirələr olduğu kimi çap olunub. Biz təzəcə tanış olmuşduq. Timurçin həmin əlyazmasını mənə uzadıb "haqqımda bilmək istədiklərini burada qeyd etmişəm, məni daha yaxından tanımağın üçün bundan gözəl heç nə ola bilməz" dedi. Bu əlyazmanı yayımlamaq, kitab halında çap etmək fikri heç vaxt olmayıb, çünki daha çox qohumları üçün gərəkli məlumat olduğunu düşünüb. Ancaq mən bu addımı atanda, içimdə qəribə duyğu baş qaldırdı. Əminəm, sağ olsaydı, özü də xatirə məktublarını kitaba çevirdiyimə görə sevinərdi. Güclü yumor hissinə malik idi, məktublarında da aşkar hiss olunur. Həddən artıq həssalığı vardı. Bəzən hətta emosiyalara qapılıb fikrən keçmişə qayıdırdı. İnsanların onu bu yöndən də tanımalarını istədim.

- Kitabda mərhum həyat yoldaşınızla bağlı olduqca zəngin xatirələr yer alıb. Bəs sizin üçün ən parlaq, ilıq xatirə hansıdır?

- Düşünmədən Maestro Niyazi ilə bağlı çox kövrək xatirəni bölüşə bilərəm. Günlərin bir günü Niyazı konsert proqramı ilə Fransaya dəvət olunur. Nəhəng salonda məşq prosesinə başlayırlar. Görür ki, zalda bir nəfər tamaşaçı əyləşib. Niyazi Timurçini görən kimi tanıyır. Ən maraqlısı odur ki, onlar öncə heç vaxt görüşməmişdilər.

- Mühacir həyatı yaşamaq yuxu kimidir. Nə qədər şirin olsa da, insan bir gün oyanacağını gözləyir. Timurçin bəy necə, yuxusu ilə barışmışdı?

- Timurçin özü Fransanın Nitsa şəhərində doğulmuşdu. Amma valideynləri ona həmişə vətənindən danışırdılar. Timurçinin atası Ceyhun bəy qardaşı Üzeyir Hacıbəyliyə qəlbən çox bağlı idi. Timurçin Üzeyir əmisi haqda çox eşidirdi. Azərbaycanca səlis danışmasa da bir neçə ifadə bilirdi. Anası həmişə milli mətbəxinizin xörəklərini hazırlayırdı. Onun damaq dadını Azərbaycan mətbəxi formalaşdırmışdı. Bəli, həyat yoldaşım vətənini görmədən də çox sevirdi. Azərbaycana ilk səfəri isə 1976-cı ildə baş tutdu. Soykökünə, ölkəsinə olduqca bağlı və sədaqətli idi. Bu hissləri mənə də aşılamışdı. Bu gün ölkənizlə güclü bağlarımın olması da Timurçinin ötürdüyü Azərbaycan sevgisidir.

- Timurçin bəyi böyük fransız mütəfəkkiri Jan Pol Sartla isti dostluq əlaqələri birləşdirirdi. Bu iki tarixi şəxsiyyətin yolu ilk dəfə harada kəsişmişdi?

- Onların münasibəti ustad-tələbə mərhələsindən başlamışdı. Timurçinin savadı, dünya görüşü, xüsusən də dərslərə olan məsuliyyəti Sartrı heyran etmişdi. Həmçinin Hacıbəyli ailəsinin taleyi, acı-şirin mühacir taleyi də onu biganə qoya bilməzdi. Maraqlıdır ki, Timurçin liseyi bitirəndən sonra da Sartrla əlaqəsi kəsilmir. Əksinə daha da doğmalaşırlar. Bu doğmalığın qaynağı ədəbiyyata, fəlsəfəyə olan dərin məhəbbət idi. Müharibə bitəndən sonra Sartr Timurçinə jurnalistikada ilk addımlarını atmaqda yaxından yardım edir. Lakin sonralar Jan Polun siyasi baxışları dəyişir. Solçu mövqeyini seçir. Ustadının tutduğu yol Timurçinin liberal düşüncələrinə zidd idi. Ayrılıqlarının əsas səbəbi də bu olur.

- Madam Hacıbəyli, suallarımız cavabladığınız üçün minnətdaram. Kitab satışda olanda, ilk alıcılarından olacağıma söz verirəm. Tezliklə Şuşada görüşmək ümidi ilə…

- Mən də buna çox inanıram, və sizə Timurçinin 1976-cı ildə Maestro Niyazi ilə birgə Şuşaya səfəri zamanı çəkdirdiyi fotoşəkili yollayıram.

Oxunub: 1 197
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

17-09-2018, 19:25

Bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümüdür.

Manşet / Mədəniyyət

23-08-2018, 11:17

Niyazi Tağızadә

Manşet / Maraqlı

21-08-2018, 11:04

Niyazi niyə ana soyadını daşıyırdı

Manşet / Bioqrafiya

7-07-2018, 19:23

Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar

Manşet / Mədəniyyət

14-05-2018, 08:02

1925-ci ildə Parisin "Femina"

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Orta aylıq əmək haqqı 9,3% artdı
Seçkilərə qədər sülh sazişi imzalamalıyıq - Paşinyan
Zərərsiz bildiyimiz vərdişlər xərçəngə aparır - Onkoloqdan xəbərdarlıq
Fevralın növbəti günlərində hava belə olacaq – Mühüm proqnoz
Azərbaycan və Türkiyənin 110 maddəlik yeni fəaliyyət planı…
Səhərlər yuxudan duranda ən çox edilən 3 səhv
Son xəbərlər
  • Bu gün, 14:10
    Orta aylıq əmək haqqı 9,3% artdı
  • Bu gün, 13:46
    Seçkilərə qədər sülh sazişi imzalamalıyıq - Paşinyan
  • Bu gün, 12:08
    Zərərsiz bildiyimiz vərdişlər xərçəngə aparır - Onkoloqdan xəbərdarlıq
  • Bu gün, 11:34
    Fevralın növbəti günlərində hava belə olacaq – Mühüm proqnoz
  • Bu gün, 10:16
    Azərbaycan və Türkiyənin 110 maddəlik yeni fəaliyyət planı…
  • Bu gün, 09:09
    Səhərlər yuxudan duranda ən çox edilən 3 səhv
  • Dünən, 22:53
    Mütəxəssis zəngli saat olmadan oyanmağın qaydasını açıqladı
  • Dünən, 21:21
    Gündəlik fikir vermədiyiniz bu vərdişlər oynaqlarınızı zədələyir
  • Dünən, 20:48
    Regionda dağıdıcı müharibə başlayır: Cənubi Qafqaza da yayılacaq? – Metyu Brayza detalları açır
  • Dünən, 19:20
    Pensiyanız nə qədər artıb? - Belə hesablayın
  • Dünən, 18:37
    Kartof suyunun möcüzəvi faydaları: Arıqlamağa kömək edirmi?
  • Dünən, 17:37
    Vens Paşinyanı sevindirdi, ölkəmizə yönəldi – Bakıda nələr yaşanacaq?
  • Dünən, 16:16
    ABŞ və İran arasında “dərin danışıqlar” – Müharibənin taleyi Bakıda həll ediləcək?
  • Dünən, 15:30
    Sinir sisteminin düzgün işləmədiyinin əsas əlamətləri
  • Dünən, 14:51
    Milli Məclisdə tarix yazılır - Azərbaycan bunu edən ilk ölkədir
  • Dünən, 13:08
    Qəzzaya sülhməramlı göndərən ilk ölkə məlum oldu
  • Dünən, 12:41
    Bu tərəvəzlər bişirildikdə daha sağlam olur
  • Dünən, 11:43
    ABŞ-ın İrəvana verdiyi PUA nəyə qadirdir?
  • Dünən, 10:24
    AB sülh sazişinə bu bəndi salmağa çalışır - "Blumberq"
  • Dünən, 09:08
    Dərini şüşə kimi hamar edən təbii gel - 15 dəqiqə suda isladın
  • 9-02-2026, 22:35
    Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət
  • 9-02-2026, 21:09
    Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir
  • 9-02-2026, 20:49
    Vensdən öncə 20 təyyarə gəldi - ABŞ İrana Ermənistandan hücum edəcək?
  • 9-02-2026, 19:20
    Pezeşkian Azərbaycanın müdafiəsinə qalxdı
  • 9-02-2026, 18:35
    Qan təzyiqi dərmanı içənlər bu 5 qidadan uzaq dursun - Mütəxəssis XƏBƏRDARLIĞI
  • 9-02-2026, 17:55
    Zəngəzurda uran mübarizəsi - Ermənilər ABŞ-ın bölgədəki əsas planından qorxur
  • 9-02-2026, 16:17
    Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? – İqtisadçı açıqladı
  • 9-02-2026, 15:24
    Mənfi düşüncələrdən qurtulmaq üçün sadə üsul
  • 9-02-2026, 14:50
    Qafqazda 18 il sonra ilk: Bakı narahat oldu, İrəvan səssiz qaldı – Hədəf nədir?
  • 9-02-2026, 13:31
    FBI Epşteynlə bağlı genişmiqyaslı araşdırma apardı – İnanılmaz nəticə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə