Kolposkopiya; xərçəngönü hesab edilən qadın xəstəliklərinin diaqnostikasında aparat vasitəsilə aparılan müayinə metodudur. Bu müayinənin köməyi ilə uşaqlıq boynunda və uşaqlıq yolundakı xərçəngəqədərki və xərçəng dəyişikliklərini aşkar etmək mümkün olur. Kolposkopiya proseduru xüsusi cihazın – kolposkopun köməyi ilə həyata keçirilir. Bu cihaz həkimə böyüdücü şüşə altında uşaqlıq boynuna və uşaqlıq yoluna baxmaq imkanı verir.[/b][b]