• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir

Gündəm / Müsahibə

Bu gün, 18:12

Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir


Qorxu insanı təhlükələrdən qoruyan ən təbii emosiyalardan biridir. Lakin bu hiss real təhlükə olmadığı haldа belə insanın davranışlarını idarə etməyə başlayır, gündəlik həyatını məhdudlaşdırır və sosial, peşəkar fəaliyyətinə mane olursa, artıq söhbət fobiyadan gedir. Fobiyalar insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilən psixoloji vəziyyətlərdən biri hesab olunur. Onlar müxtəlif səbəblərdən yarana, uzun illər davam edə və müalicə olunmadıqda insanın gündəlik seçimlərinə təsir göstərə bilər.

Medicina.az Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova ilə fobiyanın adi qorxudan fərqi, yaranma səbəbləri, insan orqanizmində yaratdığı dəyişikliklər və müasir müalicə üsulları barədə müsahibəni təqdim edir.

– Lalə xanım, fobiya nədir və adi qorxudan hansı cəhətlərinə görə fərqlənir?

– Qorxu insanın psixikasında mövcud olan ən təbii hisslərdən biridir. Bu hiss insanı təhlükəli vəziyyətlərdən qorumağa xidmət edir. Məsələn, insan sürətlə gələn avtomobili görəndə instinktiv şəkildə kənara çəkilir. Bu zaman beyin təhlükəni tanıyır və bədəni müdafiə reaksiyasına hazırlayır. Bu səbəbdən qorxu müəyyən həddə qədər insanın həyatında faydalı rol oynayır. Lakin bəzi hallarda qorxu normal sərhədləri aşır və insanın gündəlik həyatına mənfi təsir göstərməyə başlayır. Bu vəziyyət psixologiyada fobiya adlanır. Fobiya insanın müəyyən obyektə, vəziyyətə və ya hadisəyə qarşı yaşadığı həddindən artıq və nəzarət olunması çətin olan qorxu reaksiyasıdır. Bu qorxu çox vaxt real təhlükə ilə uyğun gəlmir və insan onun əsassız olduğunu anlasa belə, həmin reaksiyanı idarə etməkdə çətinlik çəkir. Məsələn, lift fobiyası olan bir insanı təsəvvür edək. O, çoxmərtəbəli binada işləyir, lakin liftdən istifadə etməkdən qorxur. Halbuki texniki baxımdan liftlər olduqca təhlükəsiz nəqliyyat vasitələrindən hesab olunur. Buna baxmayaraq, həmin insan liftdə olanda ürək döyüntüsünün sürətləndiyini hiss edir, əlləri tərləyir və bəzən panik yaşayır. Nəticədə o, hər gün onlarla mərtəbə pilləkən qalxmağa məcbur qalır. Başqa bir nümunə isə heyvan fobiyasıdır. Bəzi insanlar it və ya pişik kimi ev heyvanlarından həddindən artıq qorxurlar. Halbuki həmin heyvanlar təhlükəli olmaya bilər. Lakin insanın beynində həmin obyekt təhlükə kimi kodlaşdırıldığı üçün bədən avtomatik qorxu reaksiyası verir. Fobiya zamanı insanın qorxu reaksiyası məntiqdən daha çox emosional və şüuraltı mexanizmlərlə bağlı olur. İnsan qorxunun əsassız olduğunu başa düşsə belə, həmin hissi tam nəzarətdə saxlaya bilmir.

– Fobiyalar necə yaranır?

– Fobiyaların yaranması müxtəlif psixoloji və bioloji faktorların təsiri ilə baş verir. Çox vaxt bu faktorlar insanın keçmiş təcrübəsi, emosional yaddaşı və tərbiyə mühiti ilə əlaqəli olur. Ən əsas səbəblərdən biri travmatik hadisələrdir. İnsan keçmişdə qorxulu və ya təhlükəli bir hadisə yaşadıqda həmin hadisə şüuraltında güclü iz buraxa bilər. Bu iz zaman keçdikcə müəyyən obyektə və ya vəziyyətə qarşı davamlı qorxu reaksiyasına çevrilə bilər. Məsələn, uşaqlıqda it tərəfindən dişlənmiş uşaq böyüdükdə bütün itlərdən qorxa bilər. Beyin həmin hadisəni təhlükə kimi yadda saxlayır və oxşar vəziyyətlərdə eyni qorxu reaksiyasını yaradır. Digər səbəb isə öyrənilmiş qorxudur. İnsan bəzən qorxunu öz təcrübəsi ilə deyil, başqalarının davranışını müşahidə etməklə də öyrənə bilər. Məsələn, valideyn daim uşağa “qaranlıq təhlükəlidir”, “it yaxınlaşsa dişləyər” kimi xəbərdarlıqlar edərsə, uşaq bu fikirləri həqiqət kimi qəbul edə bilər. Bəzən isə fobiya insanın düşüncə prosesindən yaranır. İnsan müəyyən hadisə haqqında mənfi ssenarilər qurur və bu ssenarilər zamanla qorxu reaksiyasını gücləndirir.

– Fobiya insan həyatına necə təsir edir?

– Fobiya insanın gündəlik həyatına müxtəlif formalarda təsir göstərə bilər. Ən çox müşahidə olunan təsir insanın qorxduğu vəziyyətlərdən qaçmağa çalışmasıdır. Məsələn, uçuş fobiyası olan bir insan təyyarə ilə səyahət etməkdən imtina edə bilər. Bu isə onun həm şəxsi, həm də peşəkar həyatına təsir edə bilər. Sosial fobiya yaşayan insanlar isə ictimai mühitdə danışmaqdan çəkinirlər. Onlar çıxış etməkdən, yeni insanlarla tanış olmaqdan və öz fikirlərini açıq ifadə etməkdən qorxurlar. Belə insanlar tez-tez başqalarının onları tənqid edəcəyini və ya güləcəyini düşünürlər. Uzun müddət davam edən fobiyalar insanın özünə inamını azalda və sosial münasibətlərini zəiflədə bilər.

– Fobiya zamanı insan orqanizmində nə baş verir?

– Fobiya zamanı insanın beynində təhlükə ilə bağlı mexanizmlər aktivləşir. Bu prosesdə beynin qorxu reaksiyalarını idarə edən hissələri mühüm rol oynayır. Beyin təhlükə siqnalı aldıqda bədən “qaç və ya döyüş” reaksiyasına hazırlaşır. Bu zaman ürək döyüntüsü sürətlənir, nəfəs tezləşir və əzələlər gərilir. Bu reaksiyalar real təhlükə zamanı insanı qorumağa kömək edir. Lakin fobiya zamanı bu mexanizm real təhlükə olmadığı haldа belə aktivləşir. Məsələn, lift fobiyası olan insan liftdə qalanda sanki təhlükəli vəziyyətdəymiş kimi, panik hiss edə bilər.

– Fobiyalar müalicə oluna bilərmi?

– Müasir psixologiyada fobiyalar müalicə edilə bilən problemlərdən biri hesab olunur. Ən effektiv üsullardan biri ekspozisiya (üzləşdirmə) terapiyasıdır. Bu üsulda insan qorxduğu vəziyyətlə tədricən qarşılaşır. Məsələn, it fobiyası olan insan əvvəlcə it şəkillərinə baxır, sonra uzaqdan itləri müşahidə edir və daha sonra onlara yaxınlaşmağa başlayır. Digər üsul isə koqnitiv-davranış terapiyasıdır. Bu terapiyada insanın qorxu ilə bağlı düşüncə tərzi dəyişdirilir. Fobiya insan psixikasında yaranan güclü qorxu reaksiyasıdır və bəzən insanın gündəlik həyatına ciddi təsir göstərə bilər. Lakin bu vəziyyət insanın zəifliyi deyil, psixoloji mexanizmlərin nəticəsidir. İnsan beyni təhlükəni bəzən olduğundan daha böyük qəbul edə bilir və bu zaman qorxu davranışa nəzarət etməyə başlayır. Müasir psixologiya göstərir ki, düzgün yanaşma və psixoloji dəstək vasitəsilə fobiyalar aradan qaldırıla bilən problemlər sırasına daxildir. İnsan öz qorxusunun səbəblərini anladıqca və onunla mərhələli şəkildə üzləşməyi öyrəndikcə həyat daha az məhdudiyyətlə davam edir, psixoloji rahatlıq tədricən bərpa olunur.

Oxunub: 8
Paylaş:
Digər xəbərlər

Maraqlı

15-07-2020, 12:24

Fobiyalar nədir?

Səhiyyə

4-09-2019, 14:34

İnsanın ürəyi partlaya bilər? – Tibbi İZAH

Maraqlı

16-02-2020, 18:27

Qorxu zamanı orqanizmdə baş verən dəyişikliklər...

Manşet / Səhiyyə

22-08-2018, 11:48

Ağrı insanın həyata gəldiyi gündən mövcud olan və insanın həyat fəaliyyətinə mane olan və hətta fəaliyyətlərini əlindən ala bilən bir hissdir

Gündəm / Araşdırma

23-04-2026, 22:27

Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Son xəbərlər
  • Bu gün, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Bu gün, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Bu gün, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Bu gün, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Bu gün, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Bu gün, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Bu gün, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Bu gün, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • Dünən, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • Dünən, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • Dünən, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • Dünən, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • Dünən, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • Dünən, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • Dünən, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • Dünən, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • Dünən, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • Dünən, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • Dünən, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • Dünən, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Dünən, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Dünən, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • 23-08-2026, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • 23-08-2026, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • 23-08-2026, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə