Bu vasitələr mədədə olan problemi aradan qaldırmaq üçün istifadə edilə bilər.
Faydaları:
Şişkinliyi aradan qaldırır
Mədə yanmasını dayandırır
Həzmi yaxşılaşdırır
1-ci resept
2-3 x.q. qurudulmuş gülümbahar çiçəkləri 1 litr qaynar suya tökün və 4 saat termosda saxlayın. Sonra cuna (tənzif) ilə süzün və gündə 3-4 dəfə yeməkdən əvvəl için.
2-ci resept
2-3 çay qaşığı qurudulmuş çobanyastığı çiçəyini 1 stəkan qaynar suya töküb 10-20 dəqiqə saxlayın. Çay əvəzinə gündə bir fincan içə bilərsiniz.
3-cü resept
100 q quru (doğranmış) şüyüd otunu 1 litr qaynar suya tökün. 2-3 saat qapağı bağlı qabda dəmləyin və gündə yeməkdən əvvəl 1 xörək qaşığı için.
Sevinc Hüseynova
Saglamolun.Az