• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
2026-cı ilin mart ayında pandemiya olacaq? - Viruslar pik həddə çatacaq
Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı
Kimlərə protein kokteylləri içmək olmaz?
Dünya Bankından açıqlama: COP29-da əldə edilmiş razılaşma…
Gözlənilməz ssenari: Maduro azadlığa buraxıla bilər…
Mədə qıcqırması ürək xəstəliyini maskalaya bilər - Professor
Stress cildə necə təsir edir?
“Əl Şaraa vurulub” deyildi, Suriyadan təkzib gəldi – Nə baş verir?
Münaqişə qaçılmazıdır: İlk zərbə bu ölkədən gələcək
Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir
İranda polisə hücum: 2 ölü, 30 yaralı var
Xərçəng yaradan məşhur pəhriz – Xəbərdarlıq
2025-ci ildə sosial medianı bürüyən 10 sağlamlıq trendi: nə faydalıdır, nə riskli?
Dizi ağrıyanlar bu ədviyyatı yesin
ABŞ Qrenlandiyaya hücum edəcək? – Conson açıqladı
Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi
Göz müayinəsi ilə bu 2 xəstəlik aşkar edilir
Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
İran etirazları yatırmaq üçün bu ölkədən qüvvələr gətirir
Qışda davamlı burun axıntısı: Soyuqdəymə deyil, allergiya ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Bioqrafiya

Dünən, 13:40

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!


Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində son beş ildə baş verənləri dəyərləndirərkən, bu müddət ərzində Azərbaycana qarşı edilən təzyiq və təxribat cəhdlərinə də toxundu. Dövlət başçısı bildirdi ki, bu müddət ərzində regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı proseslər də baş verib: “Diplomatik olaraq qeyd edim ki, onlar Ermənistanla bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, öz vicdanımızla, ilk növbədə, ləyaqətimizlə kompromisə getmədən çıxdıq. Hamıya, kimə lazımdırsa sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik”.

2020-ci il Vətən müharibəsində və sonrasında Azərbaycan təkcə Ermənistanla deyil, onun havadarları və regionda maraqları olan ölkələrlə də mübarizə aparmaq məcburiyyətində qaldı. Bunun əsas səbəbi Azərbaycanın Vətən müharibəsinə başlaması və torpaqlarını azad etməsi idi. Prezident də müsahibəsində qeyd etdi ki, zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, - mən bunu bir dəfə demişəm, - həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb.

Azərbaycana qarşı təzyiqlər məhz İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən qaynaqlanırdı, çünki torpaqlarımızın azad edilməsi regionda mövcud olan status-kovunu dəyişdirdi, əsrlərdir rıçaq kimi istifadə olunan separatizm kartını sıradan çıxartdı və yeni reallıqlar yaratdı. Bu reallıq müəyyən ölkələrin maraqlarına uyğun deyildi. Prezident müsahibəsində konkret adlar çəkməsə də, söhbətin hansı ölkələrdən getdiyi ictimaiyyətə məlumdur.

Vətən müharibəsində və sonrasında Ermənistanın maraqları naminə Azərbaycana qarşı təzyiq cəhdləri edən, müxtəlif təxribatlara əl atan ölkələrdən biri İran olub. İşğal dövründə Qarabağdan “boz zona” kimi istifadə edən və Cənubi Qafqazdakı maraqlarını Ermənistan vasitəsilə həyata keçirən İran Azərbaycanın torpaqlarını azad etməsini regional siyasətinə təhlükə kimi görürdü. Məhz buna görə 44 günlük müharibə dövründə və sonrasında İran Azərbaycanın qarşısına sədd çəkmək üçün əlindən gələni etdi.

Müharibənin gedişində İranın ordumuzun Xudafərin istiqamətində irəliləməsinin qarşısını almaq cəhdlərinə dair faktlar mediada yayılıb. Məlumatlara görə, müharibənin davam etdiyi vaxt Azərbaycanın suveren ərazisinə soxulan İran hərbçiləri ordumuzun hərəkətinə mane olmaq üçün “beton sədlər” yerləşdiriblər. Azərbaycan tərəfi xəbərdarlıq etsə də, İran hərbçilərinin geri çəkilməyib. Ordumuz İran hərbçiləri ilə toqquşmamaq üçün 14 kilometr geri qayıdıb, əlavə 20 kilometr məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Bakı və Tehran arasında aparılan danışıqların nəticəsində İran hərbçiləri Azərbaycan ərazisini tərk etsə də, bu təxribat ordumuzun əməliyyatını gecikdirib. İranın məqsədi Ermənistana döyüş meydanında mövqelərini bərpa edə bilməsi üçün vaxt qazandırmaq idi.

İran müharibə dövründə Ermənistana kəşfiyyat dəstəyi də verirdi. Məlumata görə, İran kəşfiyyatı Araz çayı boyunca hərəkət edən Azərbaycan ordusunun ratsiya əlaqəsinə radioelektron vasitələrlə müdaxilə edir, rabitə əlaqəsinin pozulmasına çalışır, eləcə də topladıqları məlumatları Ermənistana ötürürdü. Bununla yanaşı, İran Ermənistana silah daşınmasında əsas tranzit rolunu oynayırdı.

Bu təxribatlar ordumuzun torpaqlarımızı azad etməsinə mane ola bilməsə də, İranın Ermənistana dəstəyi 44 günlük müharibədən sonra daha açıq müstəvidə davam etdi. Ermənistan sərhədini “qırmızı xətti” elan edən İran bir tərəfdən Azərbaycan sərhədinə qoşun toplayır, rəsmi Bakıya təhdidlər ünvanlayır, digər tərəfdən Qarabağda qalan separatçılara silah, yanacaq və qida məhsulları göndərirdi. İran TIR-larının qanunsuz şəkildə Xankəndiyə yük daşıması açıq formada həyata keçirilirdi. Azərbaycanın etirazından sonra isə TIR-lara erməni nömrələri yapışdıraraq, daşımaları gizli şəkildə etməyə başladılar. Rəsmi Bakı bu hiyləgər təxribatı da ifşa etdi.

Prezident İlham Əliyev 2021-ci ildə “Anadolu” agentliyinə müsahibəsində İran TIR-larının qanunsuz keçidinin qarşısının necə alındığını açıqlayıb.

“Bizi aldatmağa çalışdılar. O qədər bacarıqsız bir iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar, aşağıda isə erməni nömrələri vardı. Onu da qeyd edim ki, eyni nömrələri bir neçə maşının üzərinə də yapışdırmışdılar. Bu iş çox nizamsız edilmişdi. Bu isə onu göstərir ki, bu işi davam etdirmək, lakin üstünü örtmək istəyirlər... Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -larin sayı sıfıra endi”, - dövlət başçısı bildirmişdi.

Xankəndiyə qanunsuz yük daşımasının qarşısı alınsa da, İranın Qarabağda qalan separatçılara siyasi dəstəyi 2023-cü ilin 20 sentyabrına – Azərbaycanın suverenliyinin tam bərpa edildiyi günə qədər davam etdi. Bununla yanaşı, sərhədimizə qoşun və hərbi texnika toplayan İran tez-tez Azərbaycana qarşı “xüsusi əməliyyat” keçirmək təhdidlərini gündəmə gətirir, Ermənistanı siyasi-hərbi-iqtisadi müstəvidə dəstəkləyirdi. Məqsəd Birinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallığı təxribatlarla pozmaq idi.

Analoji təzyiq/təxribat cəhdləri Rusiya tərəfindən də edilib. 44 günlük müharibə zamanı Moskva hərbi əməliyyatları dayandırmaq məqsədilə müxtəlif yollara əl atırdı: rəsmi Bakıya qarşı siyasi təzyiqlər edilir, Qarabağda işğala əsaslanan status-kvonun saxlanılması üçün Ermənistana külli miqdarda silah-sursat verirdi;

Bu cəhdlərlə Azərbaycanı dayandıra bilməyəcəyini anlayan Rusiya müharibənin gedişində ordumuzun keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin “ərazisinə” girməsini istəmirdi. 9-10 oktyabr 2020-ci il tarixində Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 10 saat çəkən görüşünün təşkili də buna hesablanmışdı. Rusiya müvəqqəti atəşkəs təklifi ilə ordumuzun əməliyyat sürətini ləngitmək istəyirdi, lakin Azərbaycan bu oyunu pozmağı bacardı. Torpaqlarımızın azad edilməsi Rusiyanın Cənubi Qafqazda “daim münaqişə” prinsipinə əsaslanan planlarına da problemlər yaratmışdı.

10 noyabr razılaşması ilə sülhməramlılarını Qarabağa yerləşdirən, bununla “prosesdən minimum ziyanla” çıxdığını düşünən Rusiya hesab edirdi ki, Azərbaycan ərazisində qondarma rejimin saxlanılmasına nail olacaq. Rusiya hərbçilərinin sülhməramlı missiyasına zidd olaraq, separatçılara silahlanmadan tutmuş istehkamların qazılmasına qədər bütün işlərdə kömək etməsi, onları himayələrinə götürməsi də buna hesablanmışdı. Lakin Prezident İlham Əliyevin strateji və qətiyyətli siyasəti nəticəsində heç bir cəhd ərazi bütövlüyünü bərpa edən Azərbaycanın suverenliyini də təmin etmək hədəfindən geri çəkilməyə məcbur edə bilmədi.

Prezident İlham Əliyev müsahibəsində bu prosesin detallarını da açıqlayıb: “2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər atdığımız heç bir addım kortəbii, emosional və ya reallıqdan kənar deyildi. Hər şey tək bir məqsədə tabe idi: Ermənistanı “Miatsum siyasəti”ni davam etdirməyin fəlakətli olduğuna inandırmaq. Müəyyən dərəcədə bu, uğurlu oldu və 2022-ci ilin oktyabrında Ermənistan Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıdı. Bu, vacib idi, amma hələ hər şey deyildi, çünki hamısı, sadəcə, sözdə idi, lakin əməldə hər şey davam edirdi. Mina tədarükü, hərbi qulluqçuların rotasiyası, ordunun maliyyələşdirilməsi, silah tədarükü - bütün bunlar Qarabağın rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınmasına baxmayaraq davam edirdi. Sonra həm Ermənistanla şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə başqa tədbirlər görməyə məcbur olduq. Həm də bunu heç kimə və heç nəyə məhəl qoymayaraq etdik, çünki etməli olduğumuzu bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust olmazdı. İndiyədək heç bir sülh də olmazdı və separatçılar bu günədək özlərini qorunmuş hiss edərək və Azərbaycan dövlətinə meydan oxuyaraq sərbəst hərəkət edərdilər. Təbii ki, biz buna dözmək fikrində deyildik. Brüsseldəki görüşlərdə erməni həmkarıma dəfələrlə demişdim ki, səbrimizi sınamaq lazım deyil, orada kimin olmasından və ya başqalarının nə deməsindən asılı olmayaraq, istənilən an “Laçın dəhlizi” adlanan əraziyə nəzarəti tamamilə ələ keçirə bilərik. Təəssüf ki, arqumentlərim istənilən effekti vermədi, biz bunu 2023-cü ilin sentyabrında nümayiş etdirməli olduq. Lakin 2023-cü ilin sentyabr ayına hazırlıq görülməli idi və hələ nəzarətimiz altında olmayan ərazi də daxil olmaqla, yerində buna hazırlıq görülməli idi. Ona görə də Qarabağda strateji yüksəkliklərin ələ keçirilməsi üzrə aparılan həmin əməliyyat tədbirləri mahiyyətcə ona gətirib çıxardı ki, sentyabrın 19-20-də separatçıları kapitulyasiyaya məcbur etmək üçün bizə cəmi bir neçə saat lazım oldu. Yəni demək istəyirəm ki, bu 5 il ərzində biz, sadəcə, hazırlıq görmürdük, həm də hərəkət edirdik”.

2023-cü il 20 sentyabrında Azərbaycanın suverenliyinin bərpa edilməsinin məntiqi davamı olaraq, Rusiya sülhməramlıları bölgəni tərk etdi. Bu, təkcə “soyuq müharibə”dən sonra yox, son bir əsrdə Cənubi Qafqazda mövcud olan siyasi reallıqların dəyişməsi, tamamilə yeni reallığın yaranması idi. Lakin Rusiyanın Azərbaycana qarşı təzyiq cəhdlərinin davam etməsi Moskvanın yeni reallıqları qəbul etməmək mövqeyinin davam etdiyini göstərirdi.

2024-cü ilin 25 dekabr tarixində Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus “Embraer E190AR” təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması nəticəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması fonunda baş verənlər də bu kontekstdə qiymətləndirilməlidir. Rusiya baş verən hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq üçün müxtəlif yollara əl atdı. Təyyarənin vurulması faktını gizlədə bilməyəndə gah istintaqın gedişinə müdaxilə etməyə, gah da müxtəlif bəhanələrlə məsələni arxa plana keçirməyə çalışdılar. Hətta media üzərindən Azərbaycana qarşı total təhdid kampaniyası aparıldı, eyni zamanda, kiberhücum cəhdləri edildi. Bununla yanaşı, Rusiyadakı diasporumuza qarşı hücumlar edildi. Yekaterinburqda soydaşlarımıza qarşı dövlət səviyyəsində törədilən terror aktı bunun ən dəhşətli mənzərəsi idi.

Lakin heç bir qüvvə, heç bir cəhd Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə təsir edə bilmədi. Dövlət başçısı təyyarə qəzasının baş verdiyi gündən irəli sürdüyü tələblərindən geri çəkilmədi. Baş verənlərə görə Rusiya Azərbaycandan üzr istəməli, kompensasiya ödəməli və günahkarlar cəzalandırılmalıdır. Azərbaycanın mövqeyinə təsir edə bilməyəcəyini anlayan Rusiya sonda geri çəkildi. Ötən ilin 9 oktyabrında Azərbaycan və Rusiya liderlərinin Düşənbədə keçirilən görüşündə Putin AZAL-a məxsus təyyarənin vurulduğu faktını təsdiqlədi, baş verən hadisəyə görə kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılması tələblərini rəsmi şəkildə qəbul etdi.

Bu bir daha təsdiq etdi ki, məsələ milli maraqlar olanda heç bir güc Prezident İlham Əliyevi qətiyyətli mövqeyindən geri çəkilməyə məcbur edə bilməz. Son beş ildə - 2020-2025-ci illər ərzində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər də məhz bu siyasətin nəticəsində mümkün olub. Azərbaycan çoxsaylı hədə-qorxulara və təzyiqlərə baxmayaraq, milli maraqlarına əsaslanan siyasətini davam etdirdi. Nəticədə qonşu ölkələr – İran da, Rusiya da Azərbaycanın regionda yaratdığı reallığı qəbul etməyə məcbur oldular.

Oxunub: 21
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-02-2025, 17:34

Mənim Prezident kimi bu gün əsas borcum...

Xəbərlər

23-05-2022, 00:41

İlham Əliyev Ermənistanla bağlı bütün dünyaya ELAN ETDİ

Xəbərlər

13-10-2021, 19:39

İranla gərginliyin səbəbi budur: İlham Əliyev BÜTÜN DETALLARI AÇDI

Xəbərlər

11-03-2021, 20:00

Prezident Vətən müharibəsində iştirak edənlərlə bağlı bu qanunu təsdiqlədi

Manşet / Gündəm / Xəbərlər

30-08-2018, 12:58

İlham Əliyev Çinin nümayəndə heyətini qəbul edib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
2026-cı ilin mart ayında pandemiya olacaq? - Viruslar pik həddə çatacaq
Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı
Kimlərə protein kokteylləri içmək olmaz?
Dünya Bankından açıqlama: COP29-da əldə edilmiş razılaşma…
Gözlənilməz ssenari: Maduro azadlığa buraxıla bilər…
Mədə qıcqırması ürək xəstəliyini maskalaya bilər - Professor
Son xəbərlər
  • Bu gün, 22:37
    2026-cı ilin mart ayında pandemiya olacaq? - Viruslar pik həddə çatacaq
  • Bu gün, 21:20
    Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı
  • Bu gün, 18:31
    Kimlərə protein kokteylləri içmək olmaz?
  • Bu gün, 17:20
    Dünya Bankından açıqlama: COP29-da əldə edilmiş razılaşma…
  • Bu gün, 16:53
    Gözlənilməz ssenari: Maduro azadlığa buraxıla bilər…
  • Bu gün, 15:10
    Mədə qıcqırması ürək xəstəliyini maskalaya bilər - Professor
  • Bu gün, 15:03
    Stress cildə necə təsir edir?
  • Bu gün, 14:43
    “Əl Şaraa vurulub” deyildi, Suriyadan təkzib gəldi – Nə baş verir?
  • Bu gün, 13:11
    Münaqişə qaçılmazıdır: İlk zərbə bu ölkədən gələcək
  • Bu gün, 11:37
    Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir
  • Bu gün, 10:21
    İranda polisə hücum: 2 ölü, 30 yaralı var
  • Bu gün, 09:04
    Xərçəng yaradan məşhur pəhriz – Xəbərdarlıq
  • Dünən, 22:50
    2025-ci ildə sosial medianı bürüyən 10 sağlamlıq trendi: nə faydalıdır, nə riskli?
  • Dünən, 21:08
    Dizi ağrıyanlar bu ədviyyatı yesin
  • Dünən, 20:23
    ABŞ Qrenlandiyaya hücum edəcək? – Conson açıqladı
  • Dünən, 19:11
    Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi
  • Dünən, 18:23
    Göz müayinəsi ilə bu 2 xəstəlik aşkar edilir
  • Dünən, 17:49
    Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
  • Dünən, 16:51
    İran etirazları yatırmaq üçün bu ölkədən qüvvələr gətirir
  • Dünən, 15:15
    Qışda davamlı burun axıntısı: Soyuqdəymə deyil, allergiya ola bilər
  • Dünən, 14:34
    Tarixi qərar verildi: Rusiya Ukraynanı tam itirdi
  • Dünən, 13:40
    İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!
  • Dünən, 12:41
    Mütəxəssislərdən xəbərdarlıq: Soyuq günlərdə immuniteti qorumağın yolları
  • Dünən, 11:36
    ABŞ kursunu dəyişdi: İşğal edilməsi ən çətin olan ölkələr açıqlandı - SİYAH
  • Dünən, 10:24
    Pezeşkian qəzəbləndi: Yoxdursa, mən haradan tapım?
  • Dünən, 09:04
    Qan damarlarını canlandıran təbii resept - Bir stəkanı kifayətdir
  • 6-01-2026, 22:21
    İlin ən depressiv günü bu tarixdə olacaq
  • 6-01-2026, 21:10
    Bunu yeyən sakitləşir: Stressi yox edən möcüzəvi qidalar
  • 6-01-2026, 20:17
    Rusiya Avropadan cavab gözləyir: Vaşinqtonun bu iddialarına nə deyirsiniz?
  • 6-01-2026, 19:35
    Ermənistan Azərbaycanın sayəsində 100 milyonlarla dollara qənaət edəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə