• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Xəstə bağırsaqların 6 əlaməti
Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Cavad bəy Məlik-Yeqanov

Bioqrafiya

27-09-2023, 13:08

Cavad bəy Məlik-Yeqanov



Doğum yeri Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1942
Vəfat yeri Medvejyeqorsk, Medvejyeqorsk rayonu, Kareliya MSSR
Partiya
Müsavat Partiyası
Təhsili Bakı Dövlət Universiteti
İxtisası İqtisadçı
Atası Rza bəy Məlikyeqanov
Həyat yoldaşı Məryəm Bayraməlibəyova
Uşaqları Azəra Məlik-Yeqanova
Taleyə Məlik-Yeqanova
Asiman Məlik-Yeqanova
Dini İslam

Cavad bəy Məlikyeqanov (1878, Tuğ, Şuşa qəzası – 9 dekabr 1937, Medvejyeqorsk[d], Kareliya MSSR) — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı, repressiya qurbanı. Dizaq mahalı məlikləri Məlikyeqanovların nəslindəndir.

Həyatı
Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdur. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə Müsavat Partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur.

Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezam edilirdi, qayıdanda isə fəhlə kütləsi qarşısında hesabat verirdi. 1919-cu il martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdi. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədəki xidmətlərindən, 1918-ci il mart soyqırımda verdikləri tələfatlardan, Denikin əleyhinə mövqelərindən bəhs edərək, onların ağır güzəranı ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış edirdi. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilşisi idi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərək demişdi:
"Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar."

Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T.Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri"ni imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır. 1919-cu ilin oktyabrında Müsavat Partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş,sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir.

Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin rəsisi, 1927–28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N.Nərimanov adına bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli Müsavat Partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilmişdir. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktubalrında yazırdı: "…Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm."

Rza bəy Məlikyeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ildə fevralın Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir.

Fəhlə sinfinin yanında olan Cavad bəy
Cavad bəy Cümhuriyyətin ictimai-siyasi xadimləri arasında, artıq qeyd etildiyi kimi, fəhlə sinfinə çox yaxın olmasıyla fərqlənirdi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması ilə bağlı tədbirdə demişdi: "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar".

Cavad bəy həm də üzvü olduğu Müsavat Partiyasının sıralarında həmişə sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı radikal çıxışların müəllifidir. Məsələn, 1919-cu il dekabr ayının 8-də başlanan Müsavatın dördüncü iclası tamamilə partiyanın aqrar siyasətinin müzakirəsinə həsr edilmişdi. Çıxış eləyənlər arasında Cəfər Cabbarlının, bir də Cavad bəy Məlikyeqanovun çıxışları daha çox diqqəti çəkmişdir. Geniş nitqlə çıxış eləyən Cavad bəy partiyanın zəhmətkeşlərin güzəranı ilə bağlı siyasətini sərt tənqid edir. Azərbaycan fəhlələrinin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasında xidmətlərini xüsusi qeyd eləyən natiq bildirir ki, "göstərdikləri vətənpərvərliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamırlar. Ancaq partiyanın arxasınca gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümid edirdilər".

Oxunub: 1 924
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

4-11-2022, 16:54

Xosrov bəy Sultanov

Bioqrafiya

31-01-2022, 09:15

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür – 138 il

Bioqrafiya

23-10-2021, 19:47

Təhsil tariximizdə iz qoyan qadın pedaqoq Mina xanım Aslanova - FOTO

Bioqrafiya

11-08-2021, 10:37

Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu

Manşet / Bioqrafiya

22-07-2018, 09:35

Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Son xəbərlər
  • Dünən, 22:29
    BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
  • Dünən, 21:34
    Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
  • Dünən, 20:54
    Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
  • Dünən, 19:17
    DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
  • Dünən, 18:24
    Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
  • Dünən, 17:35
    Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
  • Dünən, 16:22
    Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
  • Dünən, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Dünən, 14:24
    Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
  • Dünən, 13:06
    Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
  • Dünən, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 11:17
    Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
  • Dünən, 10:31
    İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
  • Dünən, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • 9-09-2026, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • 9-09-2026, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 9-09-2026, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • 9-09-2026, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • 9-09-2026, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • 9-09-2026, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • 9-09-2026, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • 9-09-2026, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • 9-09-2026, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • 9-09-2026, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • 9-09-2026, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • 9-09-2026, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə