• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yuxusuzluq səbəbindən yaranan xəstəliklər
Qış depressiyası nədir və gün işığı azaldıqda beyində nə baş verir?
Pəhləvi "yeni İran" planını açıqladı: İsrail dərhal tanınacaq - Azərbaycana nə vəd edir?
Pensiya yaşı azaldılır? - Rəsmi cavab
Anadan qızına "miras" qalan irsi xəstəliklər
İran İsraillə gizli danışıqlar aparır: Vasitəçi görün hansı ölkədir - Şok detallar
Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
Əgər uşağınız dərslərində zəifləyirsə, səbəbi budur
ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
ABŞ yaşadı, Avropa yaşayır, İranda da gözlənilir – Azərbaycanlılarla bağlı yeni SSENARİ
Yeməkdən sonra qan şəkərini sabit saxlamağın 3 sadə yolu
Azərbaycanda doğumlar kəskin azaldı – rəqəmlər nə deyir?
Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
Damaq qanaması niyə olur və bunu necə dayandırmaq olar? 10 sadə məsləhət
İtkin düşən alpinisti süni intellekt "tapdı"
Soyuq hava diabet xəstələri üçün niyə təhlükəlidir?
Bu ölkələr Trampdan xahiş ediblər: İrana hücum etmə!
Rəsmi Bakı erməniləri niyə təhvil verdi?
Tibb sahəsində mübahisəli yenilik: Reseptləri süni intellekt yazır
İsrail ordusu yüksək həyəcan vəziyyətində: Hər an hərəkətə keçə bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xosrov bəy Sultanov

Bioqrafiya

4-11-2022, 16:54

Xosrov bəy Sultanov


Xosrov bəy Əlipaşa bəy oğlu Sultanov (10 may 1879, Kürdhacı, Zəngəzur qəzası – 7 yanvar 1943, İstanbul) — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri.

Həyatının erkən dövrü
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Uşaqlıq illərindən ailədə təhsil almış, müəyyən yaşa çatdıqdan sonra isə atası onu Şuşaya təhsil almağa göndərmişdir. Şuşadakı məktəbi bitirdikdən sonra Gəncə şəhərindəki gimnaziyada təhsilini davam etdirməyə getmişdir. Orta təhsilini burada aldıqdan sonra Odessata ali təhsil almağa getmiş və burada Odessa Hərbi Məktəbində tibb üzrə təhsil almışdır.

I Dünya müharibəsi illərində Bakı Müsəlman Yardım Cəmiyyətinin Qafqaz cəbhəsindən gələn qaçqınların yerləşdirilməsi şurasına rəhbərlik etmişdir. Cəmiyyətin bu şöbəsi Qafqaz cəbhəsindəki hərbi əməliyyatlarda qaçqın düşən şəxsləri yerləşdirmək üçün Tiflisdə açılmışdı. 1917-ci ildə Müsavat partiyasına qatılmış və Transqafqaziya Seyminə seçilmişdir. Elburus Muradov bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə Xosrov bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.

Siyasi fəaliyyəti
1918-ci ildə İttihad Partiyasının Qarabağ Komitəsinin yaradılmasına vasitəçilik etmişdir.

Müdafiə nazirliyi
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. Xosrov bu vəzifəni 11 iyun 1918ci ilə qədər icra etmişdir. Nazirliyi dövründə Xosrov bəy Azərbaycan ordusunun yaradılmasını prosesini həyata keçirmişdir. Bir qədər sonra ləğv edilən bu nazirlik 23 oktyabr 1918-ci ildə yenidən bərpa edilmiş və 7 noyabr 1918-ci ildə bu vəzifəyə Fətəli xan Xoyski təyin edilmişdir.

O, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.

Zəngəzur və Qarabağ general-qubernatorluğu
1919-cu ilin yanvarında Britaniya qüvvələrinin komandanı General Uilyam Tomson Xosrov bəy Sultanovun Qarabağın və Zəngəzurun general-qubernatoru olmağı qəbul etmişdir. Bu zaman Zəngəzur erməni silahlı qüvvələrinin fəal hücumları altında idi və burada yaşayan etnik Azərbaycan türkləri bölgəni tərk etməyə məcbur edilirdi. 1919-cu ilin aprel ayının ortalarında Zəngəzura olan erməni hücumları daha da artdı. Erməni terroru nəticəsində bölgədəki türklər daha düzən yerlərə və ya Qacar imperiyasına sığınmağa məcbur edildilər. Buna qarşı Xosrov bəy aktiv qərarlar aldı və əhalinin təhlükəsizliyini təmin etməyə çalışdı. Bu qərarlardan sonra onun Qarabağdakı general-qubernatorluğu və beləliklə də, bölgə üzərindəki Azərbaycan hakimiyyəti Antanta dövlətləri tərəfindən de-fakto səviyyədə tanındı.

Qarabağda toqquşmalar
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. Bölgədəki erməni separatçılarını Azərbaycan hakimiyyətinə tabe etmək üçün həyata keçirdiyi tədbirlərə görə Xosrov bəyə qarşı ermənilərdə nifrət hissi var idi. Gərginliklər iyun ayının 3-də zirvəyə çatdı və Xosrov bəy ordusuna Şuşada yaşayan ermənilərin məhəlləsini mühasirəyə almağı, oradakı Erməni Şurasını və silahlı terrorçuları təslim olmağa məcbur etməyi əmr etdi. Növbəti gün isə Xosrov bəy qardaşı Sultan bəy Sultanovun süvari dəstələrini çağırdıqdan sonra hücum daha da genişləndirildi və ətrafda separatçıların gizləndiyi kəndlərə də hücum edildi. Nəticədə Heybəlikənd, Krkecan, Pəhliul, Cəmilli kəndləri terrorçulardan təmizlənildi. Xosrov bəyin gördüyü qəti tədbirlər nəticəsində Qarabağdakı erməni separatçıların rəhbərləri təslim olmağı qəbul etdilər.

1920-ci ilin əvvəllərində Xosrov bəy bölgədəki Azərbaycan hakimiyyətini daha da möhkəmləndirmək üçün fəaliyyətini daha da artırdı və Erməni Milli Şurasına ultimatum təqdim etdi. Bununla təxminən eyni vaxtda Parisdə toplanan Versal konfransı Azərbaycanın Qarabağdakı hakimiyyətini de-fakto səviyyədə tanıdı.

Bolşevik işğalından sonra
1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun bəynatalarına etimad göstərməyərək may ayının 14-də onun yerinə Qarabaöa hakim olaraq yerinə Dadaş Bünyadzadəni təyin edir. Həmçinin Qarabağdakı Revkomun rəhbəri təyin edilən Dadaş Bünyadzadəyə Sultanovun idarəçiliyini ləğv etmək əmr edilir.

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. İkinci Dünya müharibəsi zamanı o, azərbaycanlı müharibə əsirlərinin vəziyyətlərinin yaxşılaşdırılması üçün xeyli fəaliyyət göstərmişdir. Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.

Ailəsi
Əlipaşa bəy Sultanovun oğlu, Sultan bəy Sultanovun kiçik qardaşıdır. Xanımı Odessa Universitetinin rektorunun qızı olub.

Oxunub: 1 809
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

23-10-2021, 19:47

Təhsil tariximizdə iz qoyan qadın pedaqoq Mina xanım Aslanova - FOTO

Xəbərlər

9-09-2021, 16:26

Təhsil naziri ƏMR imzaladı - Dərs saatı həftədə...

Xəbərlər

4-06-2019, 12:40

Bu il Bakı məktəblərini 49 833 şagird bitirəcək

Manşet / Bioqrafiya

5-09-2018, 11:29

Kəsəmənli Şirin bəy!

Bioqrafiya

24-04-2018, 15:51

Salih Salihov — tibb elmləri doktoru

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yuxusuzluq səbəbindən yaranan xəstəliklər
Qış depressiyası nədir və gün işığı azaldıqda beyində nə baş verir?
Pəhləvi "yeni İran" planını açıqladı: İsrail dərhal tanınacaq - Azərbaycana nə vəd edir?
Pensiya yaşı azaldılır? - Rəsmi cavab
Anadan qızına "miras" qalan irsi xəstəliklər
İran İsraillə gizli danışıqlar aparır: Vasitəçi görün hansı ölkədir - Şok detallar
Son xəbərlər
  • Dünən, 22:52
    Yuxusuzluq səbəbindən yaranan xəstəliklər
  • Dünən, 21:29
    Qış depressiyası nədir və gün işığı azaldıqda beyində nə baş verir?
  • Dünən, 20:19
    Pəhləvi "yeni İran" planını açıqladı: İsrail dərhal tanınacaq - Azərbaycana nə vəd edir?
  • Dünən, 19:06
    Pensiya yaşı azaldılır? - Rəsmi cavab
  • Dünən, 18:15
    Anadan qızına "miras" qalan irsi xəstəliklər
  • Dünən, 17:41
    İran İsraillə gizli danışıqlar aparır: Vasitəçi görün hansı ölkədir - Şok detallar
  • Dünən, 17:29
    Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
  • Dünən, 15:10
    Əgər uşağınız dərslərində zəifləyirsə, səbəbi budur
  • Dünən, 14:31
    ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
  • Dünən, 13:51
    ABŞ yaşadı, Avropa yaşayır, İranda da gözlənilir – Azərbaycanlılarla bağlı yeni SSENARİ
  • Dünən, 12:19
    Yeməkdən sonra qan şəkərini sabit saxlamağın 3 sadə yolu
  • Dünən, 11:16
    Azərbaycanda doğumlar kəskin azaldı – rəqəmlər nə deyir?
  • Dünən, 10:29
    Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
  • Dünən, 09:05
    Damaq qanaması niyə olur və bunu necə dayandırmaq olar? 10 sadə məsləhət
  • 14-01-2026, 22:47
    İtkin düşən alpinisti süni intellekt "tapdı"
  • 14-01-2026, 21:21
    Soyuq hava diabet xəstələri üçün niyə təhlükəlidir?
  • 14-01-2026, 20:25
    Bu ölkələr Trampdan xahiş ediblər: İrana hücum etmə!
  • 14-01-2026, 19:02
    Rəsmi Bakı erməniləri niyə təhvil verdi?
  • 14-01-2026, 18:00
    Tibb sahəsində mübahisəli yenilik: Reseptləri süni intellekt yazır
  • 14-01-2026, 17:02
    İsrail ordusu yüksək həyəcan vəziyyətində: Hər an hərəkətə keçə bilər
  • 14-01-2026, 16:16
    Təhdid imperiyası: Moskva niyə hamını hədələyir?
  • 14-01-2026, 15:25
    Yeməkdən dərhal sonra çay içirsinizsə, bir daha düşünün
  • 14-01-2026, 14:13
    Məzuniyyətə görə pul almaq olar? - AÇIQLAMA
  • 14-01-2026, 13:09
    ABŞ bu ölkəni böhranla üz-üzə qoyur: Süqut edə bilər
  • 14-01-2026, 12:58
    Qəhvənin gözlənilməz faydası: Beynin yaşlanmasını ləngidir
  • 14-01-2026, 11:37
    Bölgələrdən gələn bu şəxslər Bakını tərk edəcək – İlin sonuna qədər…
  • 14-01-2026, 10:23
    Kremlin “Maduro planı”nda fiasko: Zəngəzur dəhlizi Ermənistanı xilas etdi
  • 14-01-2026, 09:04
    Kişilərdə "xüsusi günlər" iddiası - Hormonal dəyişikliklərdə nələr olur?
  • 13-01-2026, 22:26
    Bu il əsl sevgini tapacaq 4 bürc
  • 13-01-2026, 20:18
    Qonşu ölkədə güclü qar: Azərbaycana da yaxınlaşır – TARİX
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə