• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Alzheimer ağızdan başlayır?
İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şah Təhmasib Səfəvi

Bioqrafiya

24-05-2021, 08:31

Şah Təhmasib Səfəvi

Tarixdən məlum olduğu kimi, ilk müstəqil Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətainin vəfatından sonra Səfəvi dövlətinin taxt-tacına onun oğlu I Təhmasib sahib çıxıb. O, taxta çıxanda cəmi 10 yaşı vardı. I Təhmasib 3 mart 1514-cü ildə İsfahanda doğulub. Çaldıran döyüşündən sonra Xorasana göndərilən Təhmasib bir müddət Səbzivar və Heratda qalaraq şiələrin və səfəvilərin tanınmış alim və şeyxlərindən xüsusi təhsil görüb.



Şah İsmayılın hakimiyyət dövrü Səfəvi dövlətini təsis olunduğu dövr, Təhmasib şahın uzun müddətli hakimiyyət dövrünü isə də (1524-1576) bu dövlətin möhkəmlənmə dövrü hesab etmək olar.

I Təhmasib hakimiyyətdə olduğu ilk onillikdə ölkə ərazisindəki ictimai-siyasi vəziyyətə tam nəzarət etməyə nail olmuş, səltənətinin son illərini tam əmin-amanlıqda başa vurmuşdur. Hakimiyyətinin son on doqquz ilini Qəzvində keçirən I Təhmasib oradan kənara çıxmamışdır.

I Təhmasib 1521-ci ildə Sultaniyyəyə atası Şah İsmayılın yanına qayıtmış, atasının ölümündən sonra isə 1524-cü ildə 10 yaşında taxta çıxmışdı.

Hakimiyyətinin ilk illərində Təhmasib şahla Osmanlı dövlət arasında heç bir qarşıdurma baş vermir. Bunun isə ən başlıca səbəbi Osmanlı dövlətinin Avropada müharibələr aparması olur. 1532-ci ildə onların arasında ilk qarşıdurma yaranır. Bu, o vaxt idi ki, Azərbaycan hakimi səltənəti ələ keçirmək məqsədilə Osmanlı hakimi Sultan Süleymana pənah aparmış və əlli minlik qoşunla geri qayıtmışdı. Lakin o bundan da heç bir nəticə əldə edə bilmir.

Bu tarix haqqında geniş bilgi verən “Vikipedia” yazır ki, 1533-cü ildə Təhmasib şah Xorasana yola düşür və bundan istifadə edən bəzi qızılbaş üsyançılar 1534-cı ildə Sultan Süleymanı Azərbaycana qoşun yürütməyə sövq edirlər. Bu səbəbdən də Təhmasib şah istiqamətini dəyişib Təbrizə doğru hərəkət etməyə başlayır. Lakin bütün bunlara baxmayaraq qızılbaşlar qorxu və hürkü içində idilər. Çünki onlar Çaldıranda baş verənləri hələ də xatırlayır və Süleymanın hər an onlara tərəf böyük ordu ilə gələ biləcəyini çox gözəl bilirdilər. Belə də olur, lakin bu dəfə təbiət Səfəvi şahının köməyinə gəlir. Belə ki, səngimək bilməyən qar Sultaniyyəyə qədər irəliləmiş Osmanlı qoşunu üçün böyük çətinlik yaradır. Külli miqdarda canlı qüvvə və minik heyvanları itirən osmanlılar məcburiyyət qarşısında Azərbaycanın işğalından vaz keçib Bağdada doğru hərəkət edirlər.

Osmanlı ilə savaşlar...

1548-ci ildə Sultan I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi aldı, lakin sultan yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə Şah I Təhmasib sultana elçi göndərərək sülh təklif etdi lakin, sultan qəbul etmədi və belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınlığında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, lakin uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Azərbaycan sülh müqaviləsi bağlandı. Şah Təhmasib daxili, xüsusilə də sərhədyanı ərazilərdə baş qaldıran üsyanları yatırmağa, daxili sabitliyi bərqərar etməyə və bütün səylərini İranın birliyinin qorunub saxlanılmasına yönəldirdi. Bu səbəbdən də hakimiyyətinin ikinci onilliyində Şirvan, Astara və Kürdüstan ərazilərinə qoşun yürüdüb yenidən sabitliyi bərqərar edir.

Gilan hakimi Əhməd xan Gilani Şah Təhmasibə qarşı etinasızlıq etmiş və onun hakimiyyətinə tabe olmaqdan imtina etmişdi. Bu səbəbdən də Səfəvi ordusu 1566-cı ildə Məsum bəy Səfəvinin rəhbərliyi altında Gilana böyük bir qoşun yürüdür. Əhməd xan Gilani əvvəl müqavimət göstərmək istəyir. Lakin Səfəvilər hücuma keçdikdən sonra Lahicana qaçır və bir müddət orada qaldıqdan sonra yaxalanıb Şah Təhmasibin yanına gətirilir. Beləliklə, otuz iki il Gilana hökmranlıq edən Əhməd xan Şah Təhmasib tərəfindən yaxalanıb Xərsək qalasında həbs olunur.

Şah Təhmasib öz xatirələrində İranla Osmanlı dövləti arasında gedən döyüşləri iki müsəlman və qardaş qrup arasındakı qanlı döyüş adlandırmış və müsəlman ümmətinə bunu rəva görməmişdir. Hətta atasının osmanlılarla apardığı mübarizələri ətrafındakıların onu bu işə sövq etmələri ilə əlaqələndirmiş və onları qətiyyətlə məhkum etmişdir.

O, öz xatirələrində yazır:

“Mən onun (Osmanlı sultanını nəzərdə tutur) cavabında yazdım: ”Axı iki müsəlman qoşununun biri-birinin qanını tökməyə və onları təhlükə ilə qarşı-qarşıya qoymağa necə fitva verə bilərəm". Atam atanızla müharibə etdiyi zaman ətrafındakı bütün əmir və əsgərlər məst olmuşlar. Onlar axşamdan səhərədək şərab içmiş və müharibə əhval-ruhiyyəsində olmuşlar. O gündən bəri Çaldıran döyüşü barədə söz düşdükdə atamı aldadıb müharibəyə təhrik etdiyi üçün Dərmiş xana lənət oxuyuram".

Beləliklə, Təhmasib şahla Sultan Süleyman arasındakı münasibətlər yaxşılaşıb tərəflərarası yazışmalar başlanır. Münasibətlər o qədər yaxşılığa doğru gedir ki, 1556-cı ildə İstanbulda Süleymaniyyə məscidi inşa olunduqdan sonra Təhmasib şah Sultan Süleymana göndərdiyi məktubda məscid üçün istənilən qədər xalça göndərə biləcəyini bildirir. Məlum olduğu kimi, Təhmasib şahın özü də rəssamlıqda xüsusi bacarığa malik olmuş və o dövrün bir çox məşhur rəssamlarından dərs almışdır. Sonrakı illər Təhmasib şah tərəfindən İstanbula bir neçə heyət göndərilir və onlar Osmanlı Sultanın taxta çıxması münasibətilə bahalı hədiyyələr təqdim edirlər.

Böyük tarixi şəxsiyyət

Təhmasib şahın həyatına nəzər saldıqda onun digər Səfəvi şahlarla müqayisədə həm şəxsi əhval-ruhiyyə, həm də ictimai baxımdan dinə daha çox əhəmiyyət verdiyinin şahidi oluruq. Belə ki, iyirmi yaşında olarkən tövbə edir və ömrünün sonunadək tövbəsinə əməl edir. Təlif etdiyi “Təzkirə” adlı kitabında da bütün günahlardan, xüsusilə də şərabxorluqdan uzaqlaşdığına dair ətraflı izahatlar verir.

Təhmasib şahın özünün hakimiyyət dövründə gördüyü tədbirlərdən biri də bir çox imamzadələrin üzərində gözəl məqbərələr tikməsi və beləliklə, əhali ilə ziyarətgahlar arasında sıx əlaqə yaratması olmuşdur. Bu vaxtadək sünni sufi olan iranlıların bir çoxu yalnız öz sufi şeyxlərinin ziyarətinə gedirdi. Lakin bundan belə imamzadələrin kütləvi ziyarəti başlanır. İndinin özündə də əgər İran ərazisindəki imamzadələrin üzərindəki kətibələrə nəzər salarıqsa, orada Təhmasib şahın adını görə bilərik. Əlbəttə, sufi şeyxlərinin də bəzilərinin ehtiramı gözlənilirdi. Belə ki, daha çox əhəmiyyət kəsb edən Şeyx Səfiyəddin Ərdəbilinin qəbri sufilər tərəfindən ziyarət olunurdu. Biz həmən dövrün tarixi abidələrinə nəzər saldıqda Şeyx Səfiyəddin Ərdəbilinin qəbri üzərində də gözəl məqbərənin ucaldığının şahidi oluruq.

İmamzadələrlə yanaşı, həmən dövrdə üzərində Təhmasib şahın adı həkk olunmuş bir çox gözəl məscidlər də tikilir.

İlahi İsfahani özünün “Xuldbərrin” adlı kitabında Təhmasib şahın gördüyü işlər haqqında ümumi məlumat verərək yazır: “Hər cür tərifə layiq olan padşah Qəzvində olduğu müddətdə (şah on doqquz il Qəzvində olmuş və bu müddət ərzində oranı tərk etməmişdir) daim əhalinin nizam-intizamına, dinin inkişafına, habelə Peyğəmbər ağası Həzrəti Məhəmməd (s) və pak ailəsinin sünnətinin yaşadılmasına xüsusi diqqət yetirmişdir. Alim və seyidlərin məqamını uca tutur və elmin tərəqqisinə, habelə Məşhəd, Təbriz, Səbzivar, Qum və Ərdəbil seyidlərinə ayrıca pay ayırırdı. Bütün bunlarla yanaşı, adları çəkilən şəhərlərdə qırx oğlan və qırx yetim qız uşağını yemək və geyimlə hər tərəfli təmin edir və onların təlim-tərbiyəsi ilə məşğul olmağa tərbiyəçilərin ayrılmasına dair göstəriş verir. Belə ki, onlar həddi-büluğ yaşına çatdıqdan sonra ailə qurmalarına köməklik olunmalı və yerlərinə növbəti qırx oğlan və qırx yetim qız uşağı təmin olunmalı idi. Ölkənin digər məhrum məntəqələrində də, xüsusilə şiələrin yaşadıqları ərazilərdə maliyyələrin alınmasında güzəşt olunur və onların mövcud şəraiti nəzərə alınırdı”.

Şah I Təhmasib 1576-cı ildə Qəzvində vəfat etmiş və onun yerinə oğlu Heydər Mirzə taxta çıxmışdı. Lakin bir gün sonra Heydər Mirzə öldürülmüş və onun yerinə ikinci oğlu Şah II İsmayıl taxta gətirilmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 4 may.- S.14.

Oxunub: 1 839
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

11-05-2021, 08:04

Şah İsmayıl Xətai

Bioqrafiya

1-04-2021, 17:15

Şeyx Cüneyd

Bioqrafiya

25-02-2021, 13:40

Alban hökmdarı Cavanşir

Bioqrafiya

12-03-2020, 11:25

Abbasqulu ağa Bakıxanov

Manşet / Bioqrafiya

29-06-2018, 10:12

Şah İsmayıl Xətai

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Son xəbərlər
  • Bu gün, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Bu gün, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Bu gün, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Bu gün, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Bu gün, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Bu gün, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Bu gün, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • Dünən, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • Dünən, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • Dünən, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • Dünən, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • Dünən, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • Dünən, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • Dünən, 15:47
    Alzheimer ağızdan başlayır?
  • Dünən, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • Dünən, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • Dünən, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • Dünən, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • Dünən, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • Dünən, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • 18-08-2026, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • 18-08-2026, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • 18-08-2026, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • 18-08-2026, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • 18-08-2026, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • 18-08-2026, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • 18-08-2026, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • 18-08-2026, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • 18-08-2026, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • 18-08-2026, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə