• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ALO, HƏKİM..? (2-ci hissə) - Firəngiz Rüstəmova

Gündəm / Maraqlı

18-03-2025, 08:13

ALO, HƏKİM..? (2-ci hissə) - Firəngiz Rüstəmova


-Pasiyent zəngi: Həkim salam.
-Həkim: Salam buyurun.
-Həkim bilirsiiz sizin yazdığınız dərmanı içirəm, ama bütün mədə -bağırsağım soyuqlayıb.
-Niyə? Qızım ilk dəfə belə şikayət eşidirəm...
-Bilirsiiz. Gündə iki-üç dəfə qəbul edirəm axı tableti. Nə qədər sağlam adam olsa da soyuducudan 2-3 dəfə su götürüb içsə xəstə olar vallah.
-Mən sizə soyududucudakı su ilə qəbul edin deməmişəm axı qızım…
-Bəs evdə dedilər ki, başqa cür içsəm dərman çürüyər...

-Pasiyent: Həkim belim çox ağrıyır. Deyirəm bəlkə məni “qazan” aparata göndərəsiz hə?
- Hansı aparatdı “qazan” qızım?
-Həkim bu gün “Uzeydən” keçmiyim, o “metro” kimi aparat var ey onu tərifləyirlər daa, onda yoxlanım...
- Anladım. KT və ya MRT demək istəyirsiz. Vacib olsa göndərərik, səbirli olun, hamiləni hər zaman göndərmirik o müayinələrə.

- Həkim pasiyentdən soruşur: Aliyə ərinizlə qohumsuzmu?
- Bəli.
- Necə qohumsuz? Yaxın ya uzaq?
- Bilirsizmi evləndik qohum olduq da, necə başa salım ki, sizi?
- Həkim ((

- Həkim: Nuriyə siz və ya yoldaşınız tərəfdə genetik bir xəstəlik varmı?
- Necə?
- Yəni yaxın qohumların uşaqlarında yeriməyən, danışmayan, şüursuz olan və ya digər qüsurlar varmı?
- Xeyir!
- Hamilə ilə gələn qonşusu söhbətə qarışdı. Bəs ərinin qardaşı ruhi xəstədir, bir əmisi oğlu da həm ruhi xəstədir həm də yerimir axı …
- Hamilə: Onların mənimlə nə əlaqəsi?
- Həkim: bilirsizmi Nuriyə onlar sizin qan qohumu olmasa da, dünyaya gələcək körpənin doğmaca əmisi və atasının əmisi oğlundan söhbət gedir …

Həkimə gecə zəngi:
-Salam həkim
-Həkim: salam
-Ordasıız həkim?
-Ora deyəndə haranı nəzərdə tutursuz?...
-Yəni xəstəxanada...
-Xeyir evdəyəm buyurun...eşidirəm…
-Mən 1-2 il əvvəl yanınıza gəlmişdim, o vaxt mənə dərmanlar yazmışdınız, amma resepti itirmişəm onları təzədən yazıb vatsappda atardınız də mənə. O vaxt çox yaxşı təsir etmişdi…
-Həkim: bilirsiniz qızım həmin resept o vaxtki diaqnoza uyğun olub. Bu gün situasiya dəyişilə bilər. Gələrsiz baxıb bir nəticəyə gələrik !
-Yaxşı sağol …
Təkrar gecə zəngi:
-Salam həkim ordasıız?
-Həkim: xeyir. Kimiydi?
-İki gün əvvəl zəng etmişdim haa sizə...
-Aha xatırladım...buyurun, amma xəstəxanada deyiləm...
-Deyirəm gəlim yanınıza, şikayətlərimi deyim, amma mənə baxmayın də.
Bəlkə görəndə yadınıza düşəcəm hə?
-Həkim:qızım mənim iş saatlarımı deyim yazın. Lazım bilsəniz gələrsiniz,
amma baxmadan da müalicə etmək olmayacaq, yəni bunu da nəzərə alın.
-Oldu çox sağolun!
Yarım saat keçməmiş təkrar zəng:
-Bağışlayın ey həkim. Dediyiniz saatları yazdım amma baxıram ki, bu saatlar gündüzdür. Gecə növbəniz olmur kii?
-Qızım mən gecə növbəsinə qalmıram axı, ambulatoriyada işləyirəm. Gecə necə gedim sizə baxım? Birdə ki, siz nə üçün yalnız gecələr zəng edirsiniz?
-Ramazan ayıdır axı, obaşdanlığa dururam, gündüzlər isə yatıram də...
-Həkim ((

Həkimə zəng:
- Həkim sizsiiz?
- Bəli buyurun.
- Həkim dünən sizdə qediyyata dayanan hamilənin yoldaşıdı narahat edən.
- Buyurun aha...
- Həkim dünən siz mənim yoldaşıma “fol turşusu” yazmısız.
- Bəli
- Onu mütləq içməlidi kiiii?
- Bəli
- Niyə?
- Fol turşusunu dünyanın demək olar ki, hər yerində, hamiləliyi planlaşdıranlar və hamilələr 3 ay qəbul etməlidir. Döldə yaranacaq qüsurların qarşını alır və ya yaranma ehtimalını dəfələrlə azaldır (
- Nə danışırsıız? Gör necə milyon hamilə var, hamilə bir yana, hələ hamiləlik planlaşdıranlar da içməlidir. Milyonlarla qutu fol turşusu alınır dünyada, bu boyda pul kimə çatır?
- Bilirsizmi oğlum. Mən heç o mövzuda düşünməmişdim, bilmirəm doğrusu...Amma qəbul etməsi məsləhətdir (
- Nəyə əsasən?
- Protokola (
- Mənə cəfəngiyat danışmayın, indi özümü çatdırıram konsultasiyaya. Sizin dediyiniz protokolda mənə yoldaşımın adını göstərərsiz...

- Həkim hamilənin sənədi üzərində yazılan nömrəyə zəng edir və kişi cavab verir: Alo salam oğlum Afət gildəndirmi?
- Kişi səsi: Xeyir.
Həkim tez kartada hamilənin ərinin adına baxır ki, adı Firdovsidir.
-Sizin yoldaşınıza görə zəng etmişəm Firdovsi …
-Firdovsi kimdir?
-Afətin yoldaşının adı Firdovsi deyilmi?
-Afətin yoldaşıdır, -düzdür, ama mən Ərdoğanam...

Təkrar müayinəyə gələn pasiyent:
- Salam həkim, xatırladınız hə məni?
-Həkim: bəli əlbəttə, buyurun…
-Pasiyent: siz göndərdiyiniz xəstəxana məni qəbul etmədi ki, oradan “ramaşka” xəstəxanasına göndərdilər.
-Həkim: anladım...əvvəllər Semaşko adına xəstəxana idi. İndi 1 saylı ŞKX adlanır...

Analıq məzuniyyətinə çıxmaq üçün pasiyent iş yerindən aldığı arayışı təqdim edir və həkim baxır ki, orada arayışın təqdim olunduğu yer olaraqbaşqa bir doğum evinin qadın məsləhətxanası şöbəsi yazılıb.
Həkim pasiyentə deyir:
-Bəs sizə balaca bir kağızda arayışın hara təqdim olunacağını yazıb vermişdim, yəqin kağızı itirmisiniz ona görə təxmin belə yazdırmısınız. Amma bu arayış dəyişdirilməli olacaq.
-Pasiyent: axı mən də sizə demişdim ki, uşağı başqa bir doğum evində dünyaya gətirmək fikrim var. Baxdım ki, həmin nömrə deyil kağızda yazılan, unutmusunuz, ona görə də öz istədiyim doğum evini yazdırdım.
-Qızım axı sizi hələ doğuma göndərmirik, üç aydan artıq bir vaxt qalıb doğuma. Sizə analıq məzuniyyəti vermək üçün arayış lazımdır, iş yerini və vəzifənizi dəqiqləşdirməyə.
-Pasiyent: yox ey...mən bu doğum evini istəmirəm... yazdırdığm doğum evinə “N” saylıya gedəcəm...


Ardı var...

Oxunub: 367
Paylaş:
Digər xəbərlər

Gündəm / Maraqlı

17-03-2025, 08:05

ALOO HƏKİM (1-ci hissə) - Firəngiz Rüstəmova

Gündəm / Maraqlı

5-03-2025, 08:14

Qohum evliliyinin fəsadları (2-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Gündəm / Maraqlı

4-03-2025, 08:37

Qohum evliliyinin fəsadları (1-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Gündəm / Maraqlı

28-03-2024, 16:24

Təzyiqiniz bu qədər olduqda dərman İÇMƏYİN – Həkim AÇIQLADI

Mədəniyyət

11-09-2018, 07:54

Ey Həkim

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Son xəbərlər
  • Dünən, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • Dünən, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • Dünən, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Dünən, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Dünən, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Dünən, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Dünən, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Dünən, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Dünən, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • 7-09-2026, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • 7-09-2026, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • 7-09-2026, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • 7-09-2026, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • 7-09-2026, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • 7-09-2026, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • 7-09-2026, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • 7-09-2026, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • 7-09-2026, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə