• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı

Xəbərlər

Bu gün, 16:19

Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı



2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

"Proqramlar hazırlanarkən DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.
Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5–11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb.

Nəticə etibarilə, proqramların məzmununda ciddi dəyişiklik yoxdur, yalnız redaktə xarakterli düzəlişlər aparılıb.
Burada yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah etmək istəyirəm.

Artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq.
Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib.

Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.
Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar da DİM-in saytında yerləşdiriləcək.
Şagirdlərimizin və valideynlərin xüsusilə diqqətinə çatdırmaq istəyirəm ki, proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına daxil edilməyib.

2027-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə əvvəlcədən məlumat verildiyi kimi, yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.

Yeni tədris ilinə başlayan bütün şagirdlərimizə uğurlar arzulayıram. Tövsiyəm budur ki, hazırlıq prosesində müxtəlif qeyri-rəsmi məlumatların yaratdığı narahatlığa deyil, DİM tərəfindən dərc ediləcək rəsmi imtahan proqramlarına əsaslanasınız. Proqramlar dərc olunduqdan sonra hər bir fənn üzrə imtahana daxil edilən mövzularla əvvəlcədən tanış olmaq mümkün olacaq", - o qeyd edib.

Oxunub: 7
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-09-2024, 20:08

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

Xəbərlər

10-10-2023, 13:38

Məleykə Abbaszadə şagird və məzunlarla bağlı sənədi təsdiqlədi

Xəbərlər

14-12-2022, 13:20

Gələn ilin buraxılış və qəbul imtahanlarının tarixi AÇIQLANDI

Xəbərlər

27-10-2021, 12:42

Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib

Xəbərlər

3-05-2019, 17:30

DİM imtahan nəticələrini açıqladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Son xəbərlər
  • Bu gün, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Bu gün, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Bu gün, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Bu gün, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Bu gün, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Bu gün, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Bu gün, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Bu gün, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Bu gün, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Bu gün, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Bu gün, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə