• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə idman köynəyi ilə təyyarəyə minmək OLMAZ?
İsrailin milli təhlükəsizlik naziri öldürüldü? – ŞOK İDDİA
Bağırsaq ağrısı səbəbləri və müalicəsi
Türkiyə dolayı yolla müharibəyə cəlb edilə bilər – Ağardan vacib xəbərdarlıq
Günəbaxan tumları əsəb və ürək üçün faydalı imiş
Müctəba Xameneinin adı sanksiya siyahısına salındı?
Naxçıvan və Zəngəzur dəhlizi təhlükədə – Kürd terrorçular Cənubi Azərbaycanda “Qəndil” yaradır
Gəzdikcə artan ayaq ağrısına diqqət!
Pezeşkian Azərbaycana söz verdi
Ankaradan Tehrana sərt xəbərdarlıq: “Riskli hərəkətlər etməyin!”
Anevrizma nədir, əlamətləri və müalicəsi necə olur?
Bu ölkə parlament seçkilərini təxirə saldı – Səbəb
Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
Yaz mövsümündə immuniteti necə gücləndirək?
İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf
Kartof qabığı bu ağır xəstəliyi sağaldır?
SEPAH-ın Azərbaycana yeni hücum cəhdi… – Tehrandan Bakıya zəng
İran Türkiyəyə növbəti raket atdı – Təcili
Burun tutulmasına diqqət! - Qoxu itkisinin səbəbi ola bilər
Yaxın Şərqdə gərginlik: Avropada qaz kəskin bahalaşdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qohum evliliyinin fəsadları (1-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Gündəm / Maraqlı

4-03-2025, 08:37

Qohum evliliyinin fəsadları (1-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA


Giriş
Kitabda “Dəniz xanımın gündəliyi” adlanan bu bölümü yazmaqda məqsədim çox sevdiyim, çox hörmət etdiyim pasi¬yent¬lərimlə bağlı olan bəzi söhbətləri, hadisələri illərlə unuda bilməməyimdir. Bu həyat anamnezlərinin beynimdə, düşüncə¬lərimdə dərin iz buraxmasıdır.
Bəlkə də işlədiyim müddət ərzində müxtəlif şəhərlərdə, qəsəbələrdə və ya ərazilərdə işləsəydim bir çox hadisələr diqqətimi bu qədər çəkməzdi. Amma eyni yaşayış ərazisində işləməyim, 25-30 il öncəki pasiyentlərimin bu gün qızlarının, gəlinlərinin həkimi olmağım məni həmin ailələrin dərdinə şərik olmağıma, xoş günlərinə sevinməyimə səbəb olub.

Qohum nigahlar və məcburi evliliklərlə bağlı olan həyat hekayələri

Həkimin qəbuluna iki xanım gəlmişdi biri gənc, digəri orta yaşlı. Məlum oldu ki, bu xanımlar gəlin-qaynanadır, həm də qaynanası öz bibisidir.
-Həkim gülümsəyərək dedi: buyurun kimdən başlayaq, kimin şikayəti var?
-Bibi: həkim əslində qardaşım qızının, yəni gəlinimin bəzi şikayətləri var, mən otaqda dayanmayım, çıxım dəhlizə özü desin narahatlığını.
- Bibi otaqdan çıxdıqdan sonra həkim pasiyentə dedi: buyurun qızım şikayətiniz nədir?
-Doktor: həyat yoldaşım öz bibim oğludur, mənə qarşı ailənin münasibəti çox yaxşıdır, heç xətrimə dəyən yoxdur.
-Həkim: bu lap yaxşı, bəs ağrılarınızmı olur, nə kimi şikayətləriniz var?
-Pasiyent asta səslə və ağlamsınaraq dedi: doktor məni böyüklərim ərə verdilər... mən təhsilimi davam etdirmək istəyirdim...razı olmadı evdə heç kim...yeni evlənəndə 18 yaşım var idi...dəhşət spazmlarım olurdu, o problemdən nervpa-toloqun, psixoloqun, psixoterpevtin yardımı ilə bir təhər qur¬tuldum.
-Həkim: bəs indi nə probleminiz var?
-Mənim həyat yoldaşım öz bibim oğludur də doktor, uşaqlıqdan bir yerdə böyümüşük, yəni tanıdığım ən yaxın qohumumdur...amma onu həyat yoldaşım kimi təsəvvür edə bilmirəm...ailə üzvləri bizimlə bir otaqda olmayanda onun bibim oğlu olduğunu unuduram, mənə qorxu və həyəcan gəlir, elə bilirəm heç zaman görmədiyim, tanımadığım yad bir kişidir, ona qarşı nifrət və aqressiya yaranır...
-Həkim nə cavab verəcəyini bilmədi...bir az sükutdan sonra özünü toparlayıb dedi: əslində sizdə ginekoloji xəstəlik yoxdur, bəlkə yenə nervpatoloq, psixoloq və ya psixoterpevtə müraciət edəsiniz...göndəriş vərəqi verim, digər ixtisas həkimlərinin müayinəsindən keçdikdən sonra təkrar qayıdarsınız.
***
-Həkim:Neçə yaşında ailə qurmusunuz?
-18
-Ərinizlə qohumsunuzmu?
-Bəli
-Necə?
-Dayım oğludur
-Həkim bir az məyus olur və soruşur: nəsildə genetik xəstəlik varmı? Yəni danışmayan, eşitməyən, anadangəlmə iflic, əqli zəiflik və ya digər qüsurlu...Bu vaxt pasiyentin anası söhbətə qarışır və deyir:
-Dayısı, yəni qardaşım həm eşitmir, həm də danışmır... qardaşımın oğlu, yəni qızımın yoldaşı isə epilepsiya xəstəsidir...
-Həkimə də çox pis təsir etdi, amma pasiyentin yanında heç nə demədi, tibb bacısına tapşırdı ki, qonşu otaqda onun boyunu ölçsün, tərəziyə çıxarsın və s. Hamilə otağı tərk etdikdən sonra həkim xanıma dedi: bilirsizmi xanım mənim ailələrin şəxsi işlərinə qarışmaq hüququm yoxdur, amma hər halda qızınız gənc olduğu üçün həyat təcrübəsi və dünyagörüşü az ola bilər, bəs siz bilə-bilə nəyə görə qızınızın qardaşınız oğluna ərə getməsinə razılıq verdiniz? Nəsildə, ailədə heç bir qüsur olmasa da belə qohum evlilikləri bir az riskli olur, amma qüsur olduğu da sizə illərdir məlum idi...
- O, özü getmədi ki, mən verdim... İstəmədim qardaşım fikir çəksin... onun xətrinə... İndi görürəm ki, qız bizə gəlir, amma evinə qayıtmaq istəmir, həyəcanlanır, stress keçirir. Elə dünən iki dəfə yoldaşı gözünün qabağında cəng olub dedi və ağladı...
-Həkim də kövrəldi, amma bir təhər özünü toparlayıb dedi: siz çox fədakar bacısınız, çox gözəl bibisiniz, bəlkə də müqəddəs bir insansınız...
***
Evə qayıtdıqdan sonra hamilənin həyat anamnezi və onun keçirdiyi mənəvi satsıntılara baxmayaraq yenə də gülümsəyən üzü yadımdan çıxmırdı. Açıq mənbələrdən epilepsiya, lal-karlıq və onun genetik ötürülməsi ilə bağlı bəzi məlumatlar oxudum. O məlumatlardan bəzilərini sizə çatdırıram;
Lal-karlıq/Surdomutizm anadangəlmə və qazanılmış olur. Bəzən körpə yaşlarda eşitmə problemi yaranır və onunla bağlı nitq promlemi də əmələ gəlir.
Amma lalkarlığın əsas səbəbi irsiyyət və konstitusional faktorlardır. Lal-karlıq nəsildən nəsilə resessiv ötürülür, yəni lalkar valideyinin sağlam övladı olması mümkündür. Qohum evliliyi, qan qohumu olanlarda isə lal-karlıq daha təhlükəlidir!
Epilepsiya nəsildən-nəsilə ötürülürmü sualının tək cavabı var: bəli ötürülür. Amma hər zaman deyil.

Ardı var....

Oxunub: 291
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-06-2024, 13:35

Qohum evliliyini qadağan edən layihə təsdiqləndi

Maraqlı

26-10-2022, 14:06

Niyə qohum evliliyi xəstə uşaqların doğulma riskini artırır?

Xəbərlər

1-10-2021, 12:28

Azərbaycanda maraqlı statistika: Gənc xanımlar yaşlı kişilərlə, gənc oğlanlar yaşlı qadınlarla evlənir - FOTO

Xəbərlər

12-02-2019, 00:24

"Toy gecəsi bakirə olduğumu biləndə məəttəl qaldılar..." - BİABIRCILIQ

Xəbərlər

6-02-2019, 00:54

23 yaşlı boşanmış xanımın sinif yoldaşı tərəfindən aldadılaraq yaşadığı dəhşətlər - mütləq oxuyun!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə idman köynəyi ilə təyyarəyə minmək OLMAZ?
İsrailin milli təhlükəsizlik naziri öldürüldü? – ŞOK İDDİA
Bağırsaq ağrısı səbəbləri və müalicəsi
Türkiyə dolayı yolla müharibəyə cəlb edilə bilər – Ağardan vacib xəbərdarlıq
Günəbaxan tumları əsəb və ürək üçün faydalı imiş
Müctəba Xameneinin adı sanksiya siyahısına salındı?
Son xəbərlər
  • Dünən, 22:45
    Niyə idman köynəyi ilə təyyarəyə minmək OLMAZ?
  • Dünən, 22:18
    İsrailin milli təhlükəsizlik naziri öldürüldü? – ŞOK İDDİA
  • Dünən, 21:18
    Bağırsaq ağrısı səbəbləri və müalicəsi
  • Dünən, 20:12
    Türkiyə dolayı yolla müharibəyə cəlb edilə bilər – Ağardan vacib xəbərdarlıq
  • Dünən, 18:05
    Günəbaxan tumları əsəb və ürək üçün faydalı imiş
  • Dünən, 17:38
    Müctəba Xameneinin adı sanksiya siyahısına salındı?
  • Dünən, 16:08
    Naxçıvan və Zəngəzur dəhlizi təhlükədə – Kürd terrorçular Cənubi Azərbaycanda “Qəndil” yaradır
  • Dünən, 15:53
    Gəzdikcə artan ayaq ağrısına diqqət!
  • Dünən, 14:54
    Pezeşkian Azərbaycana söz verdi
  • Dünən, 13:40
    Ankaradan Tehrana sərt xəbərdarlıq: “Riskli hərəkətlər etməyin!”
  • Dünən, 12:32
    Anevrizma nədir, əlamətləri və müalicəsi necə olur?
  • Dünən, 11:18
    Bu ölkə parlament seçkilərini təxirə saldı – Səbəb
  • Dünən, 10:46
    Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
  • Dünən, 09:00
    Yaz mövsümündə immuniteti necə gücləndirək?
  • 9-03-2026, 22:32
    İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf
  • 9-03-2026, 21:09
    Kartof qabığı bu ağır xəstəliyi sağaldır?
  • 9-03-2026, 20:31
    SEPAH-ın Azərbaycana yeni hücum cəhdi… – Tehrandan Bakıya zəng
  • 9-03-2026, 19:06
    İran Türkiyəyə növbəti raket atdı – Təcili
  • 9-03-2026, 18:27
    Burun tutulmasına diqqət! - Qoxu itkisinin səbəbi ola bilər
  • 9-03-2026, 16:23
    Yaxın Şərqdə gərginlik: Avropada qaz kəskin bahalaşdı
  • 9-03-2026, 15:37
    30 gün gül yağı qoxlayın, faydası çoxdur
  • 9-03-2026, 14:33
    Pezeşkiandan qonşu ölkələrə ultimatum: “Cavab verəcəyik!”
  • 9-03-2026, 13:09
    DİQQƏT! Boşanmaq istəyənlər cərimə oluna bilər: Səbəb
  • 9-03-2026, 12:21
    Ürəyə stent hansı hallarda qoyulur?
  • 9-03-2026, 11:53
    İsrail Türkiyə istehsalı olan bombalarla İrana hücum edir - DETALLAR
  • 9-03-2026, 10:21
    Kürdlər İrana qarşı üsyandan niyə imtina etdilər?
  • 9-03-2026, 09:09
    Limonlu çay soyuqdəymə zamanı həqiqətən faydalıdırmı? Həkimdən gözlənilməz açıqlama
  • 8-03-2026, 22:54
    Kişilər hansı qadınlardan qorxur?
  • 8-03-2026, 21:36
    Miasteniya qaraciyərdə yağ yığılmasından ola bilər
  • 8-03-2026, 20:25
    İran yeni dini liderini seçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə