• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Meksikada güclü partlayış: 9 nəfər öldü
İran uzun illər sonra bu qadağanı ləğv etdi
Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Zoğal (Cornus) haqqında bilmədikləriniz

Gündəm / Maraqlı

Bu gün, 09:04

Zoğal (Cornus) haqqında bilmədikləriniz


Zoğal 5-7 metrə qədər boyu qalxan, zoğalkimilər fəsiləsinə aid olan ağacın meyvəsidir. Bu meyvə qədim zamanlardan insanlar tərəfindən istifadə edilmişdir. Zoğalın İsveçrədə 5000 il əvvəllər də istifadə edilməsi barədə elmdə məlumatlar var. Avropa və Asiya ölkələrində əsasən zoğalın 4 növü yetişdirilir. Zoğal ağacının meyvəsi kiçik, dairəvi, uzunsov, armud formasında olur. Zoğal meyvəsi xaricdən nazik təbəqə ilə örtülür və növündən asılı olaraq açıq-qırmızı, tünd - qırmızı, tünd - bənövşəyi, sarı və qara rənglərdə ola bilir. Zoğalın lətli hisssəsi isə turşaşirin dada malik olur. Zoğal meyvəsinin çəkisi 2-6 qram arasında dəyişir və onun 65-90%-ni lətli hissə təşkil edir. Zoğal ağacı yabanı halda Krım, Qafqaz, Karpat dağlarında bitir. Onu həyətyanı sahələrdə də yetişdirmək mümkündür. Zoğal tez çiçək açan ağaclardandır. Yazın ilk ayında havalar isinən kimim zoğal ağacı əvvəlcə çiçəkləyir, sonra isə yarpaqları çıxır. Onun çiçəkləri ağ - çəhrayı rənglərə olur və çiçələr töküldükdən 5-6 ay sonra meyvələr yetişmiş olur. Zoğal ağacı çiçəklədikdən sonra ən gec meyvəsi yetişən ağac hesab edilir. Zoğal az kalorili meyvələrdən sayılır. Ondan hazırlanan kampotun 100 qramında 25 kKal, mürəbbənin 100 qramında isə 172 kKal olur. Zoğal mürrəbbəsi yemək piylənməyə səbəb ola bilir, amma onun təzə meyvələrinin tərkibində olanlar bədəni yaxşı formada saxlamaq üçün çox faydalıdır.
100 qram zoğalın tərkibində olanlar:
- Zülallar - 1,2 qr
- Yağlar - 0
- Karbohidratlar - 9,8 qr
- Su - 85 qr
- Kalori - 40,5 kKal.
Zoğalın tərkibində qlükoza, fruktoza, təbii turşular (alma, nikotin), tanin, azot və rəngləndirici birləşmələr, efir yağları, fitansidlər, C və P vitaminləri ilə zəngindir. Podaqra, qan azlığı, babasil, dizenteriya, tif, mədə-bağırsaq xəstəlikləri, artrit və dəri xəstəlikləri zamanı mütəmadi olaraq zoğal yemək xəstəliyin əlamətlərini aradan qaldırır. Zoğal ödqovucu, sidikqovucu, bakteriasid, qızdırmasalıcı, iltihab əleyhinə təsirə malikdir. Zoğalın tərkibində olan pektin maddəsi onun orqanizmdə təmizləyici təsirini təmin edir. Pektin metobolizmi zürətləndirir, orqanizmdən lazımsız maddələri və artıq sidik turşusunu xaric edir. Zoğalın tərkibində olan bioloji aktiv maddələr arterial təzyiqi normallaşdırır, beyin damarlarında olan təzyiqi aşağı salır, baş ağrılarının kəsir və skleroz əlamətlərini azaldır. Zoğal meyvəsi itburunu kimi qan damarlarının divarlarını möhkəmləndirmək qabiliyyətinə malikdir. O kapilyar damarlarda baş verən zədələnmələrin qarşısını alır, aşağı ətraflarda əmələ gələn venoz durğunluqları aradan qaldırır. Zoğal iştahanı artırmaq və maddələr mübadiləsini yaxşılaşdırmaq qabiliyyətinə malikdir. O qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur. Zoğalın tərkibində olanlar mədəaltı vəzin ferment funksiyasını yaxılaşdırmaqla qanda şəkərin miqdarına təsir edə bilir. Bu xüsusiyyətinə görə də mütəxəssislər şəkərli diabet xıəstələrinə zoğal yeməyi məsləhət bilir. Zoğal yemək orqanizmdə qurğuşun, civə və toksiki zəhərlənmələrin miqdarını azaldır. Profilaktika məqsədilə zoğal yemək zəhərli maddələrin orqanizmə daxil olaraq mənimsənilməsinin qarşısını alır.
Xalq təbabətində zoğaldan diareya və maddələr mübadiləsinin yaxşılaşdırılması məqsədilə istifadə edilir. Zoğal yemək dəri xəstəliyi əlamətlərinin , ekzemanın sağalmasına səbəb olur.
Zoğal şirəsi orqanizmi tonuslandırır və möhkəmləndirir. Mədə və bağırsaq qanaxmaları zamanı zoğal çayı içmək qanxmanın azalmasına və dayanmasına səbəb olur. Bunun üçün gün ərzində 10 qram quru zoğalı bir stəkan qaynar suda dəmləmək və içmək lazımdır. Vərəm xəstəliyi zamanı bu dəmləməni içmək orqanizmdə əmələ gələn intoksikasiya əlamətlərinin aradan qalxmasına səbəb olur. Zoğaldan hazırlanan bütün təbii preparatlar diabet xəstəliyi zamanı çox faydalıdır. Zoğal qandakı şəkər yükünü azaltmaq qabiliyyətinə malikdir.
Ishal zamanı zoğal dəmləməsi bağırsaq fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Buna görə ishal baş verdikdə zoğal dəmləməsi və ya zoğaldan hazırlanmış kisel içmək lazımdır. Uşaqlarda ishal olduğuu zaman 3 xörək qaşığı xırdalanmış zöğalı 1 stəkan qaynar suda saxlayıb dəmləmək lazımdır. Dəmləməni 70 qram olmaq şərti ilə 3 dəfə yeməkdən əvvəl içmək xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Kəskin qastroenterit zamanı isə zoğal kisseli içmək xəstəliyin sağalmasına ssəbəb olur. Zoğal yarpaqlarının tərkibində olan maddələr ödqovucu və sidikqovucu təsirə malikdir. Bu məqsədlə 1 xörək qaşığı xırdalanmış quru və ya təzə zoğal yarpaqlartını 1 stəkan qaynar suda 1 dəqiqə qaynatmaq, 8 saat saxladıqdan sonra isə gündə 3 dəfə olmaqla 0,5 stəkan içmək lazımdır.
Zoğalın tumunda və kökündə qlikozidlər, konin vardır ki, bu da malyariya xəstəliyi zamanı çox faydalıdır. Qədim zamanlarda malyariyanı müalicə etmək üçün onlqardan istifadə edilib.
Zoğal çubuqlarından müxtəlif səbəbtlərin hazırlanmasına istifadə edir. Bu səbəbtlər uzunömürlülüyü və gözəlliyi ilə fərqlənir.
Qurudulmuş zoğalı və onun yarpaqlarını 3 il müddətində saxlamaq mümkündür. Bu dövr ərzində onlar öz tərkibindəki müalicəvi təsiri itirmir.
Zoğal mətindən xüsusi lavaşlar hazırlanır və soyuq fəsillərdə istifadfə edilir. Bu lavaşı dəridəki yaraların üstünə yoyduqda sağalma sürətlə baş verir.
Zoğalın zərərli xüsusiyyətləri
Mədə turşulyuğundan əziyyət çəkənlərə zoğal şirəsi içmək və zoğal yemək məsləhət görülmür. Qəbizlik və sinir sistemi xəstələrinə də zoğal yeyərkən diqqətli olmaq tövsiyə edilir. Bu xəstəliklərin əlamətini kəskinləşdirə bilər. Yatmazdan əvvəl zoğal şirəsi içmək tövsiyə edilmir. Hamilə və uşaqəmizdirən qadınlara, yaşlı adamlara zoğal yeyərkən ehtiyyatlı olmaq lazımdır. Belə ki, çoxlu miqdarda zoğal yemək qəbizliyə, mədə turşuluğunun artmasına və yuxusuzluğa səbəb ola bilir.

Oxunub: 1 453
Paylaş:
Digər xəbərlər

Maraqlı

31-08-2020, 21:12

Sarı zoğal. Faydaları və müalicəvi təsiri

Maraqlı

17-03-2019, 17:19

Zoğalın 20 müalicəvi xüsusiyyəti

Maraqlı

19-01-2019, 02:09

Zoğalın 20 müalicəvi xüsusiyyəti

Manşet / Əfsanələr və miflər

5-08-2018, 07:54

Krania (zoğal) - zoğal ağacının mifologiyada xüsusi yeri var

Manşet / Əfsanələr və miflər

22-04-2018, 09:30

Krania (zoğal)

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Son xəbərlər
  • Bu gün, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Bu gün, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Bu gün, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Bu gün, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Bu gün, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Bu gün, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Bu gün, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Bu gün, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Bu gün, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Bu gün, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • Dünən, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Dünən, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Dünən, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Dünən, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Dünən, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • Dünən, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • Dünən, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • Dünən, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • 5-09-2026, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • 5-09-2026, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə