Çin Ukraynadan xahiş edib ki, nümayəndə heyətinin səfəri zamanı Vladivostoka hücum etməsin.
Axar.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Kiyev razılaşıb və Şərq İqtisadi Forumu zamanı şəhərə hücum etməyəcəyinə söz verib”, - məlumatda bildirilib.
Qeyd edək ki, 11-ci Şərq İqtisadi Forumu 1-4 sentyabrda keçirilib.