• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Taxikardiya və aritmiya - Fərqi, səbəbi
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
Miflərə inanmayın: Bu xərçəngə qalib gəlmək mümkündür
İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
İsrail seçkilərə gedir - 38 il sonra ilk yaşanacaq
İranın addımlarına ərəb ölkəsindən sərt reaksiya
Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
Ermənistan niyə Azərbaycana qalib gələ bilməz?
Danışıqlar iflasa uğrasa, ilk zərbə Vensə dəyəcək – Politico
Enerjiniz niyə tükənir? - Mitoxondrial disfunksiyanın elmi izahı və həll yolları
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi
Hörmüzün cənub marşrutu açıqdır – Rəsmi
Xərçəng riski ən yüksək olan 5 tip insan...
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Ukraynanın istifadə etdiyi PUA-lar harada istehsal olunur?
Soğan sevənlərə şad xəbər: Genləriniz...
Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması
Dəri və oynaqların “yaşlanma sürətini” necə azaltmaq olar?
Türkiyə NATO-nun müdafiə bankında iştirak edəcək? - Birgə bəyanatı imzalayıb, amma...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qohum evliliyinin fəsadları (7-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Gündəm / Maraqlı

12-03-2025, 08:17

Qohum evliliyinin fəsadları (7-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA



****
Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.
– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.


SON SÖZ ƏVƏZI

İşlədiyim illər ərzində qohum evliliyinin ənənə halına keçmiş ailələr var ki, həmin ailələrin ana xətti ilə demək olar ki, bütün qadınlara uşaqlığın fibromioması ötürülür və bəlli bir yaşa çatdıqda həmin ailənin əksər qadınları uşaqlığını hissəvi və ya tam itirirlər. Digər bir qohum evliliyindən qurulmuş ailənin hər üç uşağı danışmır və yerimir.
Azərbaycanda ənənə halına keçmiş qohum evliliyi zərb məsəllərin belə yaranmasına səbəb olub. Qazax bölgəsi əhalisinin toy, evlənmə adətləri də atalar sözlərində öz bədii ifadəsini tapmışdır: “əmioğlu ilə əmiqızının kəbini göydə kəsi¬lib”- demişlər.
Amma müşahidə etdiyim bir həqiqət də var ki, ən yaxın qohum ilə ailə qurmuş qızlarımızın, ancaq 1 və ya 2%-i sevərək ərə gediblər (amma burada da qohum evliliyi ənənə¬sinin süuraltında buraxdığı izlər danılmazdır). Qalanları sadəcə ya ənənəni poza bilməyiblər, ya da böyüklərin sözündən çıxa bilməyiblər.
Həm sevgisiz nigah “cinayətə” bərabər bir addımdır, həm də qohum evliliyi olduqda bu nigahın pozulacağı təqdirdə qohumlar arasında yaranacaq düşmənçiliklər, qütbləşmələr ehtimalı övladlarımızı ömür boyu “cəza çəkməyə” məcbur edir! Ona görə də qızlarımızı qohuma ərə verməyək, onlara seçim haq¬qı verək. Bu yolla həm irsi xəstəliklərin qarşısını almış ola¬rıq, həm də məcburi evliliklərin yaratdığı stresslərdən övlad¬ları¬mızı qorumuş olarıq.
Dərindən düşünsək anlayarıq ki, atamızı, anamızı, qardaş-bacımızı və digər ata-ana tərəfdən olan qohumlarımızı özümüz seçmək qabiliyyətində deyilik. Onlar bizə təbiət tərəfindən verilir. Amma həyat yoldaşı və dostlarımızı seçmək imkanımız var.
İrsi xəstəliklərin yaranmasında qohum evliliklərinin və bir neçə nəsil qohum nigahların təkrarlanmasının rolu danılmazdır. Qohum evliliklərindən doğulan uşaqların digər evliliklərə görə daha müqavimətsiz, xəstəliklərə davamsız olduğu əvvəllər də nəzərə çarpırdı. Birinci qol ilə qan qohumluğu olan nigahlarda isə daha nadir genetik xəstəliklər olur. Birinci qoldan olan qohumlarla evlilik Avropa və Şimali Amerikada təxminən 1% edir.
Amerikalı genetik Kurt Şternnin dediyinə görə Braziliya, Niderland, İsveçrədə qohum evlilikləri 0,4 - 0,05% -dir. Hindistanda şəhər əhalisi arasında qohum evliliyi 12,9%-dirsə, kənd yerlərində 33,3%, Yaponiyada isə 5,03 -16,4% təşkil edir.
Qan qohumları ilə evlilik çox zaman sevgi ilə əlaqədar olmayıb- ekonomik, məişət, dini, coğrafi, tarixi faktorlardan da asılı olur.
Qohum evliliyinin nəslin sağlamlığına nə cür təhlükəsi ola bilər?
Genetik alimlərin araşdırmalarına görə hər bir sağlam insanda patoloji genlər olur və həmin genləri qan qohumlarımız da daşıyır. Bu cür heteroziqot gen daşıyıcısı, həmin geni daşıyan qohumu ilə evləndikdə iki eynitipli heteroziqot gen görüşür və homoziqot uşaq doğulur. Ona görə də qohum evliliyi riskli olur.
Qədim inklər və misirlilər çar qanını heç kimlə qarışdırmaq istəməyək əsrlərlə qohum evliliklərinə üstünlük vermişlər və sonda nəsil verə bilməyən genlərə malik övladlar dünyaya gətirmişdilər.
Zaman-zaman məhşur rəssam Tuluz-Lotrek və A.S.Puşkin kimi, qohum evliliyindən doğulmuş talantlı insanların timsalında qohum evliliyinə bəraət qazandıranlar da olub. Məsələn: 1906 – cı ildə Amerika tədqiqatçısı Adam Vuds; kralların mənəvi, əqli keyfiyyətlərini analiz edərək “Mental and moral heredity in royalty” adlı kitab yazmışdı.
Amma bu gün elmə məlumdur ki, “kral porfiriyası” adlanan, çox nadir rast gəlinən irsi xəstəlik resessiv yolla nəsildən nəsilə ötürülür və portveyn rəngli sidik ifrazı ilə müşayiət olunur. Səbəbi: orqanizmdə alfa-aminolevulin tur¬şusunun toplanması və ifrazatıdır. Bu xəstəlik Stüartların, Hannover evi Georq nəslinin, Hohensollerplərin əsas genetik problemi idi. Ehtimala görə Mariya Styuartın agılsız davranışları, I və II İakovun qəddarlığının, III və IV Georqun ağılsızlığının səbəbi bu ağır genetik xəstəliklə əlaqəlidir. Genetika yalnız kastalaşmanın, sektantlığın, şovinizmin insanlığa yalnız sosial cəhətdən deyil həm də sağlamlığına zərər verməsini göstərir. Ekonomik proqress, ünsiyyət vasitələrinin artması, insanların rifahının və mədəniyyətinin, sanitar-gigiyenik bilgilərin artması izolyatların sınmasını qaçınılmaz etdi. Miqrasiya və urbanizasiya prosesinin güclənməsi izoləedici faktorların və qohum evliliklərinin tezliyinin azalmasına, qarışıq nigahların artmasına səbəb oldu.
Qohum evliliyi ilə ötürülən Hemofiliya- qız övladı ilə oğlan nəvəsinə keçirilən bir irsi xəstəlikdir. Yəni qızlar daşıyıcı olur, doğulan oğlan uşaqları isə xəstə.
Bu xəstəlik əvvəllər “çar xəstəliyi”, “viktorian xəstəliyi” kimi adlarla tanınırdı. Bu adlar təsadüfi yaranmayıb, çünki bu məhşur genin daşıyıcısı koroleva Viktoriya olub.
Viktoriya ailədə ilk hemofiliya geni daşıyıcısı olub. On¬dan sonra isə qohum nigahlar səbəbindən çar nəslində daha çox təsadüf edilməyə başladı. Viktoriyanın oğlu Leopold da hemofiliya xəstəsi idi. Sonra çar nəslindən olan qız övladları vasitəsilə bu xəstəlik Avropanın bütün kral ailələrinə yayılmış olur. Leopold xəstə doğulduqdan sonra bu hadisəni kilsə; ana korolevanın böyük günah sahibi olması ilə əlaqələndirdi. Amma Leopold xəstə olmasına baxmayaraq çox savadlı idi, Oksfordu qurtaranvə yeni biliklərə sahib olan prins korolevanın dövlət katibi olur. Prins Niderland korolevasının bacısı ilə evlənir və onların dünyaya gələn hər iki övladı xəstə doğulur. Leopold ilə beyin qanamasından dünyasını dəyişir.
Viktoriyanın nəsli vasitəsilə bu xəstəlik Rusiya imperiyasına da gəldi. II Nikolayın yeganə oğlu Aleksey də hemofiliya xəstəsi idi. Viktoriyanın nəvəsi Aleksandra Feodorovna vasitəsilə bu gen Alekseyə ötürülmüşdü.
Çareviç Alekseyi; Qriqori Rasputinə çox etibar edirdilər, çünki istənilən zaman onun qanaxmasını hansısa naməlum və müəmmalı üsullarla saxlaya bilirdi.
Bu gün dünyada 400 000 hemofiliya xəstəsi var ki, onların 15 000-i Rusiyada yaşayır.
1989- cu ildən 17 aprel Ümumdünya Hemofiliya günü olaraq qəbul edilir.
Valideyindən uşağa ötürülən qan xəstəliklərindən biri də talassemiyadır ki, bu xəstəlikdə ata və ana hər ikisi gen daşıyıcısı olur. Hemoqlobin dəmir və tərkibində zülal olan hüceyrələr kompleksindən ibarətdir. Zülal isə alfa və betta zəncirindən ibarətdir. Bu zəncirlərdən biri pozulduqda hemoq¬lobində dəyişikliklər gedir. Bu pozulmuş proses nəticəsində qandakı eritrositlər parçalanır, toxumalar oksigenlə təmin oluna bilmir, anemiya yaranır, dəmir toxumalarda və orqanlarda top¬lan¬mağa başlayır.
Azərbaycanda talassemiya xəstəliyi əhalinin 7—10 % -də rast gəlinir.
İrsi qan xəstəliklərindən biri də Oraq hüceyrəli anemi¬yadır. Bu xəstəlik qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi.
Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş vermiş mutasiya sonucunda yaranır.
Kistoz fibroz (mukovisidoz) irsi sistem xəstəliyi olub, mukovisidozun transmembran requlyasiyaedici geninin (CFTR) mutasiyası nəticəsində baş verən, xarici sekresiya vəz¬lərinin zədələnməsi, tənəffüs və həzm sistemi orqanlarının funksiyalarının ciddi pozulmaları ilə xarakterizə olunur.
Kistoz fibroz – autosom-resessiv yolla ötürülən ən çox yayılmış irsi xəstəlikdir. Xəstəliyin əsas səbəbi 7-ci xromosomda yerləşmiş gen mutasiyasıdır. Yer kürəsi əhalisinin hər 20 nəfərindən birində bu gen mutasiyası var və bu şəxslər xəstəliyin daşıyıcısı hesab olunur. Hər iki valideyindən mutasiyalı genin ötürülməsi nəticəsində xəstə uşaq dünyaya gəlir. Bu zaman ekoloji vəziyyət, valideynin yaşı, spirtli içki, siqaret və dərman qəbulu, stress və s. heç bir rol oynamır. Qızlarda və oğlanlarda rastgəlmə tezliyi eynidir. CFTR gen mutasiyası daşıyan valideyinlərin sağlam uşaq dünyaya gətirmə ehtimalı 25%, xəstə uşaq 25%, daşıyıcı olan uşaq 50%-dir.
Ümumiyyətlə isə İrsi xəstəlik — Anadan və atadan uşağa “irsi” olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur.
Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hiperton¬iya xəstəliyi, bronxit, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcud¬dur.
İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideyinlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir.
Qohum nigahların yayğın olduğu Azərbaycanda əsasən, Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında talassemiyalı xəstələrin sayı çoxluq təşkil edir. Mütəxəssislərə görə, qan qohumluğu olan şəxslərdən dünyaya gəlmiş uşaqların talassemiya xəstəsi olması ehtimalı böyükdür.
Azərbaycanda qohum nigahlara qadağa qoyulmasa da, millət vəkillərinin təklifi ilə Ailə Məcəlləsinə yeni dəyişiklik qəbul olunub. Belə ki, 2015-ci il iyun ayının 1-dən ailə quranlar nigahdan öncə məcburi şəkildə talassemiya və digər ağır xəstəliklər barədə tibbi arayış təqdim etməlidir.
Bu gün Azərbaycanda demək olar ki, təhsilsiz insan yoxdur. Amma buna baxmayaraq qohum evlilikləri ənənəsi hələ də davam edir. Üstəlik də elə bir əsrdə yaşayırıq ki, istənilən xəstəlik və ya hər hansı mövzu barəsində internet vasitəsilə məlumat almağımız mümkündür.
Ona görə də qohum evliliklərinin fəsadlarını nəzərə alaraq, özünü doğrultmayan bu qədim ənənədən uzaqlaşmaq və dövlətin qanununa uyğun olaraq evlilik öncəsi lazım gələn genetik və yoluxucu xəstəliklərə görə yoxlanışı özümüzə borc bilək!
Yuxarıdakı sözlər mənim 2019-cu ildə yazdığım “Ginekoloqun gündəliyindən” adlı kitabımdakı (ön sözü bitirdiyim) son cümlədir, daha doğrusu arzumdur.
Bu gün mən bir qadın, ana, praktik həkim olaraq çox sevinirəm, xoşbəxtəm ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Birinci və ikinci qol qohumlarla evlilik mümkün olmayacaq!

Oxunub: 549
Paylaş:
Digər xəbərlər

Gündəm / Maraqlı

7-03-2025, 08:09

Qohum evliliyinin fəsadları (4-cü hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Gündəm / Maraqlı

5-03-2025, 08:14

Qohum evliliyinin fəsadları (2-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Xəbərlər

3-07-2024, 11:14

Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: bu şəxsləri isə cəza gözləyir - DETALLAR

Xəbərlər

29-06-2024, 13:35

Qohum evliliyini qadağan edən layihə təsdiqləndi

Xəbərlər

22-06-2024, 10:22

Azərbaycanda qohum evliliklərini qadağan edən qanun bu tarixdə qüvvəyə minəcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Taxikardiya və aritmiya - Fərqi, səbəbi
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
Miflərə inanmayın: Bu xərçəngə qalib gəlmək mümkündür
İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
İsrail seçkilərə gedir - 38 il sonra ilk yaşanacaq
Son xəbərlər
  • Bu gün, 15:13
    Taxikardiya və aritmiya - Fərqi, səbəbi
  • Bu gün, 12:25
    40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
  • Bu gün, 09:08
    Miflərə inanmayın: Bu xərçəngə qalib gəlmək mümkündür
  • Dünən, 22:22
    İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
  • Dünən, 21:33
    Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
  • Dünən, 20:35
    İsrail seçkilərə gedir - 38 il sonra ilk yaşanacaq
  • Dünən, 19:27
    İranın addımlarına ərəb ölkəsindən sərt reaksiya
  • Dünən, 18:48
    Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
  • Dünən, 17:24
    Ermənistan niyə Azərbaycana qalib gələ bilməz?
  • Dünən, 16:03
    Danışıqlar iflasa uğrasa, ilk zərbə Vensə dəyəcək – Politico
  • Dünən, 15:55
    Enerjiniz niyə tükənir? - Mitoxondrial disfunksiyanın elmi izahı və həll yolları
  • Dünən, 14:09
    Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi
  • Dünən, 13:05
    Hörmüzün cənub marşrutu açıqdır – Rəsmi
  • Dünən, 12:50
    Xərçəng riski ən yüksək olan 5 tip insan...
  • Dünən, 11:36
    Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
  • Dünən, 10:18
    Ukraynanın istifadə etdiyi PUA-lar harada istehsal olunur?
  • Dünən, 09:02
    Soğan sevənlərə şad xəbər: Genləriniz...
  • 11-07-2026, 22:11
    Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması
  • 11-07-2026, 21:27
    Dəri və oynaqların “yaşlanma sürətini” necə azaltmaq olar?
  • 11-07-2026, 20:39
    Türkiyə NATO-nun müdafiə bankında iştirak edəcək? - Birgə bəyanatı imzalayıb, amma...
  • 11-07-2026, 19:31
    847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
  • 11-07-2026, 18:19
    Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
  • 11-07-2026, 17:42
    Çində "Bavi" qasırğası: 2 milyon insan təxliyə edildi
  • 11-07-2026, 16:42
    İki gün sonra dünya Şuşaya baxacaq – Prezident Əliyevin mühüm mesajları var…
  • 11-07-2026, 15:10
    Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
  • 11-07-2026, 14:20
    Ukrayna Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı
  • 11-07-2026, 13:39
    İsrail ordusu istənilən ssenariyə hazırdır - Katz
  • 11-07-2026, 12:55
    Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
  • 11-07-2026, 11:24
    Bu ölkədə xəstəlik yayıldı: Azərbaycan üçün risk var?
  • 11-07-2026, 10:11
    ABŞ və Livan İsrail qoşunlarının ölkə ərazisindən çıxarılması mexanizmini müzakirə ediblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə