Rusiya prezidenti Putinin həyatı onun ətrafı tərəfindən təhlükə altındadır.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç deyib.
"Putinə yaxın adamlar ona qarşı çıxmırlar, çünki onlar başa düşürlər ki, onların mülkü və səlahiyyətləri yalnız onun hakimiyyəti dövründə var və buna görə də heç bir çıxış yolları yoxdur", - deyə müşavir bildirib.
Onun fikrincə, Rusiya Federasiyasının prezidenti Vladimir Putin zəhərlənərək öldürüləcək.
"Hesab edirəm ki, onunla heç bir söhbət olmayacaq. Çox güman ki, zəhərlənəcək. Nə danışaq? Bir siçovul küncə sıxışdırılıb", - o əlavə edib.