• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Ürəyə zərər verən sağlam qidalar
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
Prostat vəzinin adenoması - xoşxassəli şişdir
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
“Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
Panik atakdan ölmək mümkündürmü?
Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
Razyananın hansı faydaları var?
Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO

Manşet / Gündəm / Xəbərlər

26-05-2018, 09:21

ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO



















Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Cümhuriyyətin 100 iliyi münasibəti ilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin kəşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Mərasimdə çıxış edən filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bildirdi ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika olub, ölkədə çoxpartiyalı parlament yaradılıb və əsas azadlıqlar təmin edilib. Həmin dövrdə qadınlara seçib-seçilmək hüququ da verilib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir.

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva deyib:

-Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar. Sonda filmin yaradılmasında iştirak etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə öz təşəkkürümü bildirirəm.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində təqdimatı keçirilən filmin ölkə tarixinin çox əlamətdar bir gününə həsr olunduğunu bildirdi.

O dedi ki, filmdə müsəlman Şərqində ilk parlamentli respublikanın sonunu gətirən faciəvi hadisələr işıqlandırılıb. Qəri Counz vurğuladı ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Şirkət Cümhuriyyətin 100 illiyinə həsr edilmiş belə bir filmin sponsoru olmaqdan şərəf hissi duyur.

“BP 25 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. O vaxtdan etibarən Azərbaycanın və BP-nin tarixi paralel hesab edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin qapılarını investorların üzünə açdığı vaxtdan etibarən biz respublikada həyata keçirilən iri neft və qaz layihələrində iştirak etməkdən qürur duyuruq.

Biz özümüzü həmişə bu ölkənin vətəndaşı kimi hiss etmişik və layiqli korporativ vətəndaş olmağa çalışmışıq. Buna görə də bizim üçün Azərbaycanın tarixi irsini işıqlandırmağa töhfə vermək təbii bir haldır. Beləliklə ümid edirik ki, bu işdə iştirakımız haqlı olaraq öz tarixləri ilə qürur duyan işçilərimizə, onların ailələrinə, həmvətənlərinə bir töhfə və təşəkkür rəmzidir”, - deyən Qəri Counz filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə təşəkkür etdi.

Sonra “Son iclas” filminin təqdimatı oldu. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb.

Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur.

Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

Bakı Media Mərkəzi mayın 26-dan filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO
ADR-100 illiyinə həsr edilən “Son iclas” filminin təqdimatı - FOTO

Oxunub: 1 283
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm

25-05-2018, 09:10

Fransa parlamentinin rəsmi jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi nömrəsi dərc olunub

Manşet / Gündəm / Xəbərlər

10-05-2018, 08:42

Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Manşet / Gündəm / Xəbərlər

21-04-2018, 10:06

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Manşet / Gündəm / Xəbərlər

19-04-2018, 09:35

İlham Əliyev iş otağını göstərdi - FOTO

Manşet / Gündəm / Səhiyyə / Xəbərlər

10-03-2018, 09:08

Mehriban Əliyeva Talassemiya Mərkəzində - Fotolar

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Ürəyə zərər verən sağlam qidalar
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
Prostat vəzinin adenoması - xoşxassəli şişdir
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Son xəbərlər
  • Bu gün, 22:09
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
  • Bu gün, 21:34
    Ürəyə zərər verən sağlam qidalar
  • Bu gün, 20:04
    Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
  • Bu gün, 19:21
    İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
  • Bu gün, 18:23
    Prostat vəzinin adenoması - xoşxassəli şişdir
  • Bu gün, 17:37
    Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
  • Bu gün, 16:51
    Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
  • Bu gün, 15:19
    Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
  • Bu gün, 14:06
    “Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
  • Bu gün, 13:43
    Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
  • Bu gün, 12:12
    Panik atakdan ölmək mümkündürmü?
  • Bu gün, 11:41
    Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
  • Bu gün, 10:27
    Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
  • Bu gün, 09:00
    Razyananın hansı faydaları var?
  • Dünən, 22:00
    Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
  • Dünən, 21:07
    Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
  • Dünən, 20:27
    Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
  • Dünən, 19:13
    Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
  • Dünən, 18:32
    Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
  • Dünən, 17:10
    Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
  • Dünən, 16:25
    Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
  • Dünən, 15:44
    Uzun müddət oturmaq ölüm riskini artırır
  • Dünən, 14:08
    Avqustda qeyri-iş günü olacaqmı?
  • Dünən, 13:22
    Rusiya dövlət büdcəsinin yarısını hərbiyə ayırır
  • Dünən, 12:50
    Qaraciyər xərçənginin əlamətləri yemək yeyəndə görünür
  • Dünən, 11:32
    BƏƏ-nin Hörmüzdə gizli əməliyyatı üzə çıxdı: Nefti belə daşıyıblar
  • Dünən, 10:10
    Makron Suriyada: Şara ilə görüşdü...
  • Dünən, 09:07
    Şaftalının faydaları nələrdir, neçə kaloridir?
  • 6-07-2026, 22:42
    Yayda hər gün ayaqyalın gəzin – Həkim
  • 6-07-2026, 21:14
    Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə