• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ
Normadan artıq sinkin qəbulu qocaldır
PKK-nın qərarını saymadılar: Silahları yerə qoymayacağıq!
Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - Araşdırma
Afinadan Türkiyəyə şərt: “Kazus belli” qərarını ləğv et!
25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bir tərəfdən xeyirli, digər tərəfdən zərərli - Acılı yemək yeyənlərin diqqətinə!
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Sabah hava necə olacaq?
Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
Hindistanda leysan: 45 nəfər həlak oldu
Fransanın keçmiş deputatı: Mənim ölkəmdə “Türk dünyası” anlayışı təhlükə kimi qavranılır
Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ
Milli Məclisdə cəmiyyəti sarsıdan hadisədən danışıldı – Elgünlə Turan…
Ukrayna parçalanır, müharibə bitir: Putinin dediyi “bufer zona” bu əraziləri əhatə edəcək
Kron xəstəliyi nədir? İnteqrativ Tibb ilə Kron xəstəliyinin müalicəsi.
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Genetika

Manşet / Gündəm / Səhiyyə

23-11-2018, 00:03

Genetika
Genetikanın bir elm sahəsi kimi tibbə tətbiqi XX əsrin əvvələrində Mendel qanunlarının tərkar kəşfi ilə başlamışdır. Tibbi genetikanın inkişafı XXI əsrin əvvəlində Beynəlxalq tədqiqat olan “İnsan genomu” tədqiqatının başa çatması ilə də bağlıdır. Qazanılan yeni elmi nailiyyətlər İrsi xəstəliklərin insanın bütün xəstəliklərinin 2 faizini təşkil etməsi haqqındaki yanlış mülahizələri aradan qaldırdı.

İrsi xəstəliklər — insanda gen və xromosom mutasiyaları ilə nəticələnən xəstəliklərdir. Bir çox hallarda “irsi xəstəlik” termini “anadangəlmə” termini ilə eyniləşdirilir. Anadangəlmə inkişaf qüsürları anadangəlmə infeksiyaların və xarici mühit faktorların təsiri altında baş verir. Bu xəstəlik uşaq doğularkən artıq mövcud olur və onun səbəbi həm irsi, həm də xarici mühit faktorlarının təsiri ilə əlaqədardır. İrsi xəstəliklərin heç də hamısı anadangəlmə deyildir. Onların bəziləri insan həyatının birinci ilində bəziləri isə gənc və daha yaşlı dövrlərdə təzahür edir.

İrsi xəstəliklərin yaranmasının başlıca amili genomda baş verən mutasiyalardır Mutasiyaların baş verməsinə aşağıdaki amillər təsir göstərir:

1.Fiziki amillər (ionlaşdırıcı şüaların müxtəlif növləri, ultrabənövşəyi şüalar)

2.Kimyəvi amillər (insektisidlər, herbisidlər, narkotik, spirt, müəyyən dərman və s. maddə)

3.Bioloji amillər (məxmərək virusu, parotit, qrip, qızılca, hepatit və s).



İrsi xəstəliklərin əlamətləri aşağıdakılardır:

1.Əqli inkişafdan qalma və psixi pozğunluq;

2.Qadın və kişilərdə repraduktiv funksiyaların pozulması;

3.Ölü doğuşlar və anadangəlmə anomaliyalarla xəstə uşaqlar doğulduqda;

4.Fiziki inkişafın pozulması (tükün, dırnaqların, skelet sümüklərinin qeyri-proporsional inkişafı, piylənmə, kaxetsiya, oynaqlarda hərəkətliliyin artması və ya məhdudlaşması);

5.Görmənin və eşitmənin pozulması (korluq, karlıq və eşitmənin zəifləməsi);

6.Hemolitik anemiyalar;

7.Qida maddələrinin və dərman preparatlarının qəbuluna orqanizmin dözümsüzlüyü,həzm prosesinin pozulması (qusma, isahal);

8.Əzələ və dərinin hiperhəssaslığı;



Tibbi –genetik məsləhətin aparılmasına göstərişlər aşağıdakılardır:

Gənc ailələrdə hamiləlikdən öncə

Qadının yaşının 35-dən, kişinin yaşının 40-dan çox olduğu bütün hallarda.

Çox saylı uşaq salma və sonsuzluq hallarında

Ailədə xromosom patologiyası, o cümlədən Daun sindromuna malik uşaqlar olduqda

Valideyinlərdə xromosom dəyişikliyi aşkar olunduğu hallarda

Ailədə cinsi xromosomla ilişikli irsən keçən xəstəlik olduqda (hemofiliya, Q-6-FD, ixtioz, Dyüşen miopatiyası, D vitamininə rezistent raxit və.s.)

Ailədə maddələr mübadiləsinin irsi xəstəlikləri hemoqlobinopatiyalar, fermentopatiyalar aşkar olunduğu hallarda (talassemiya, fenilketanuriya, mukovisidioz, albinizm, Teya-Saks xəstəliyi və.s.)

Hamilələrdə infeksiyalar aşkar olunduğu hallarda (məxmərək virusu, parotit, qrip, qızılca, hepatit və s)

Hamilələrin terotogen faktorlarla təmasda olması və dərman preparatlarının qəbulu zamanı (ionlaşdırıcı şüaların müxtəlif növləri, ultrabənövşəyi şüalar, insektisidlər, herbisidlər, narkotik, spirt və.s.)

Ailədə DNT markerlər vasitəsilə təyin edilən digər irsi xəstəliklər olduqda
Profilaktika

Hamiləlik zamanı tibbi-genetik müayinələrin aparılması.

Yaxın qohum evliliklərin qarşısının alınması.

İrsi xəstəliklərdə kliniki diaqnozun düzgün təyini Kliniki geneoloji və İrsi xəstəliklərin laborator diaqnostikasının nəticələrinə əsaslanır.

Kliniki- genioloji müayinə tibbi genetik məsləhətin əsasını təşkil edir və 3 mərhələdə aparılır:

1 mərhələ – kliniki müayinə;

2 mərhələ – ailə şəcərəsinin tərtibi;

3 mərhələ – ailə şəcərəsinin genioloji analizi;

Fenilketanuriya

Xəstəliyin inkişaf etməsinin səbəbi fenilalaninin tirozinə çevrilməsi reaksiyasını katalizə edən Fenilalaninhidroksilaza fermentinin çatışmazlığıdır. Bu isə qanda fenilalanin miqdarının çoxalmasına və nəticədə metobolitlərin sidiklə xaricinə səbəb olur. Homoziqot xəstələrin xarakterik əlaməti saçın açıq, gözlərin mavi rəngdə olmasıdır. Xəstəliyin ilk günlərində dəridə quruluq dermatit əlamətlər nəzərə çarpır. Xəstəliyin ilk günlərindən başlayaraq minimum 10 yaşınadək orqanizmdə fenilalaninin miqdarına nəzarət olunması dieta tələb olunur. Müalicə aparılmadıqı hallarda xəstənin əzələ tonusu yüksəlir və sidiyi xarakter “siçan” iyi verir (sidikdə və tərdə fenil sirkə turşusu aşkar olunur.)

Talassemiya.

Talassemiya (yunanca talassa dəniz deməkdir) – genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. İnsanın qanında normal hemoqlobin zülalı 4 elementin birləşməsindən yaranır. Hemoqlobin molekulu adətən 2 α zəncirindən və 2 β zəncirindən düzəlir. Talassemiya tutan insanlarda hemoqlobin zəncirindən biri ya tamamilə olmur və yaxud da hemoqlobin zəncirində delesiyalar müşahidə olunur. Nəticədə qırmızı qanda hədəf hüceyrəli eritrositlər əmələ gəlir. Eritrosit membranının deformasiyaları, orqanizmin digər üzv və toxumalarının ciddi zədələnməli ilə müşayət olunan irsi hemolitik anemiyalar ölkəmizdə geniş yayılmışdır. Son məlumatlara görə təkcə b-talassemiya geninin daşıyıcılarının sayı 500 min nəfərə yaxındır və bəzi bölgələrdə 15%-ə çataraq dünya üzrə maksimum təşkil edir. Kliniki gedişinə görə 4 əsas forması ayrıd edilir: böyük, aralıq, kiçik və minimal. Böyük talssemiya homoziqot axırıncı qrup isə heteroziqot olur. Kliniki gedişinə görə ən ağır forması böyük tassemiya və ya anemiya Kulidir. Xəstəliyin əlamətləri üz və kəllə sümüklərinin dəyişikliyi ilə müşayət olunan osteoparoz, hepato və splenomeqaliya, orqanizmin dəmirlə həddən artıq yüklənməsidir. Yaxın qohumlarda qüsurlu genin olma riski yüksəkdir

Mukovisidioz.

Mukovisidioz- Qərbi Avropa ölkələrində geniş yayılmışdır və autosom resessiv tipli irsi xəstəlikdir. Xəstəliyin meydana çıxmasına səbəb olan genin 1300 dən çox alleli vardır və 70% hallarda xəstəliyin səbəbi F508 allelidir. Xəstəliyin xarakter əlamətlərini mədəaltı vəzin funksional çatışmazlığı, bağırsaqlarda qida maddələrinin sorulmasının pozulması, bədən çəkisinin az olması, düz bağırsağın sallanması, qara cıyər axarlarının tutulması təşkil edir. Kişilərdə toxum çıxarıcı axarların tutulması müşahidə edilir. Hamilələrdə prenatal diaqnoz üçün amniotik maye hüceyrələrində molekulyar genetik analizdən istifadə olunur. Yeni doğulmuş körpələrin tərində NaCl konsentrasiyası təyin edilir

Hemofiliya.

İlk dəfə 1920-ci ildə İngiltərə kral ailəsində aşkarlanan hemofiliya, irsi faktorlara bağlı inkişaf edən ciddi qanaxmalara yol açan xəstəlikdir. Hemofiliya xəstəliyi övladların dörddə birində, o da oğlan övladında baş verir.

Hemofiliyalı xəstələrin 50-55 faizini məktəbəqədər, məktəbyaşlı uşaqlar və gənclər təşkil edir. Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzində (EPHM) 1281 hemofiliyalı xəstə rəsmi qeydiyyatdadır. Xəstələr müxtəlif yaş qruplarında olurlar. Hemofiliya xəstəliyinin ağırlıq dərəcəsi faizlə ölçülür. Belə ki, 1-2 faiz ağır, 5 faizə qədər orta ağır, 10 faizə qədər yüngül, 20 faizdən yuxarı gizlin hemofiliya sayılır. Hər 4 min nəfərdə bir müşahidə olunur. Kişilərdə müşahidə sıxlığı qadınlara nisbətən daha çoxdur. Qadınlarda nadir hallarda aşkarlanır. Hemofiliyanın səbəbi, qanın laxtalanmasını təmin edən faktorların əskik olmasıdır. İki tip Hemofiliya vardır: Hemofiliya A və Hemofiliya B. Bu adlandırma qanda əskik olan zülala görə edirlər. Hemofiliya A-da faktor 8 zülalı əskikdir. Hemofiliya B-yə görə daha çox müşahidə edilir. Hemofiliya xəstələrinin 80 faizi bu qrupdadır. Faktor 8 zülalının qanda olması lazım hesab edilən miqdarın yarısından aşağı düşməsi nəticəsində hemofiliya yaranır. Nə qədər az olsa, xəstəlik də o qədər şiddətli hesab edilir. Hemofiliya B isə faktor 9 zülalının çatışmazlığından qaynaqlanır. Xəstəliyin klinik əlamətləri hemofiliya A-dan seçilmir.

Daun xəstəliyi

Daun sindromunun (47XX+21 və ya 47XY+21) rast gəlmə tezliyi 1:700 bərabərdir. Xəstəliyin kliniki əlamətləri başın kiçik ölçüsü olması, boyunun qısa və ənsə nahiyyəsində dəri qırışlarının yaranması, burun əsasının yastı, qulaqların kiçikliyi və dilin üzərində mərkəzi şırımın olmaması ilə xarakteriza olunur. Xəstələrin 80%-i 10 yaşına çatmayaraq tələf olur. Xəstələrin boyu 150sm-dən çox olmur. Xəstə kişilərin əksəriyyəti steril olur, qadınların təxminən 40%-də ovulyasiya olmur. Xəstələrin orta yaşama dövrü 50-60il təşkil edir

QADIN SONSUZLUĞUNUN TİBBİ- GENETİK ASPEKTLƏRİ.

Müasir dövrümüzdə evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Sonsuzluq bir il müddətində mütəmadi intim əlaqədə olduqda hamiləlik baş vermədiyi orqanizmin patoloji halıdır. Statistikaya görə dünya əhalisinin 8-29%dən çoxu bu və ya digər dərəcədə bu problemdən əziyyət çəkir. Avropada 10%, ABŞ-da 15%, Kanada da -17%, Rusiyada 8-17,5% ölkəmizdə isə sonsuzluğun səviyyəsi 13 faizə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, bunun 50 faizi qadın, 30 faizi kişi, 20 faizi isə hər iki tərəfin xəstəliyi ucbatından baş verib Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. 2005-2007-ci illərdə Azərbaycanda kişilərdə sonsuzluq halları 3 dəfə, qadınlarda isə 18 faiz artıb.

ÜST (1997)-ci ildə qəbul etdiyi standartlaşdırılmış proqramına əsasən ailə cütlüklərinin müayinə və müalicəsində qadın sonsuzluğunun müəyyən edilməsində 21, kişi sonsuzluğunda isə 19 amilə əsaslanaraq klinik diaqnostik testlər aparılır.

Sonsuzluğun formaları onu yaradan səbəblər kimi müxtəlifdir. Qadın sonsuzluğu strukturunda «ilkin» və «sonrakı» sonsuzluq olmaqla iki anlayışıdan ibarətdir. Əgər qadın heç vaxt hamilə qalmayıbsa, bu, ilkin sonsuzluqdur. Əgər qadında heç olmazsa, bir hamiləlik olubsa, onun nə ilə nəticələndiyindən asılı olmayaraq, bu sonrakı sonsuzluqdur. Əgər sonsuz nikahın səbəbi qadın orqanizmindəki pozğunluqdursa, bu qadın sonsuzluğu sayılır. Kişi sonsuzluğu halında isə sperma aşağı mayalanma qabiliyyətinə malik olur. Bunlardan əlavə, kişi və qadın sonsuzluğunun birləşməsi «kombinə olunmuş» sonsuzluq hesab edilir. Sonsuzluq tam sağlam ailələrdə də baş verir. Bu hal izah olunmayan və ya iliopatik sonsuzluq adlanır.

Qadın sonsuzluğuna səbəb olan amillər:

1.Endokrin sonsuzluq (30-40%): Buna səbəb toxum hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır. Ovulyasiyanın olmamasına səbəb isə menstruasiya siklinin pozulması və ya 6 aydan çox müddətə olmamasıdır.

2.Boru sonsuzluğu (20-60%). Bu növ sonsuzluq uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihabi xəstəliklər, uşaq saldırmadan yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər.

3.Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioza səbəb olur.

4.İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə spermatozoidi məhv edən antitellərin yaranması ilə əlaqədardır.

5.İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%): Təəssüflər olsun ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur.

6.Mütləq sonsuzluq. Sonsuzluğun bu növü uşaqlığın, yumurtalığın, uşaqlıq borularının yoxluğu, cinsiyyət orqanlarının inkişafının anomaliyası ilə bağlıdır.

İnsan genomunun öyrənilməsi tibbə və molekulyar biologiya ya intensiv tətbiqi müxtəlif irsi patologiyaların cinsiyyət üzüvlərinin və repraduktiv sistemin pozğunluqlarına səbəb olması faktları müyyən etmişdir. Repraduktiv sistemin irsi patologiyaları sonsuzluğa əsasən də ikincili cinsiyyət əlamətlərinin formalaşmasının pozulmasına səbəb olur. Ədəbiyyat mənbələrindən də müəyyən olmuşdur ki qadın repraduktiv sistemin funsiyasının dəyişkənlikləri genetik faktorlarla müəyyən edilir. Repraduktiv sistemin pozğunluqlarının öyrənilməsi zamanı müəyyən olmuşdurki pozğunluqlara səbəb olan autosom mutasiyalar irsiyyət tipinə görə həm resessiv həm də dominant ola bilər. Aparılmış beynəlxalq tədqiqatlarda genlərin polimorfizminin polikistoza, endometrioza,uşaqlığın miomasına, uşaqlıq boyunu və yumurtalığın xərçənginə səbəb olması faktları müəyyən olmuşdur. GSTT1 geninin polimorfizmi 29% xəstələrdə endometriozun əmələ gəlməsi riskinin yüksəlməsinə səbəb olmuşdur. Bundan başqa lüteinleşdirici hormonu və onun reseptorunu kodlaşdıran genin genetik polimorfizmi öyrənilmişdir.

Reproduktiv sistemdə baş verən mutasiyalar nöqtəvi mutasiyalardır xüsusəndə bir genin əvəzlənməsi ilə baş verirlər. Daha çox mutasiyalar hormonların reseptorlarını kodlaşdıran genlərində, aşağı mutasiyalar isə hormonları kodlaşdıran struktur genlərində baş verir.

Oxunub: 1 620
Paylaş:
Digər xəbərlər

Klinika

4-10-2018, 08:33

QADIN SONSUZLUĞUNUN TİBBİ- GENETİK ASPEKTLƏRİ.

Araşdırma

3-10-2018, 14:09

İrsi xəstəliklərin yaranmasının başlıca amili...

Klinika

2-10-2018, 14:36

İrsi xəstəliklər doğulacaq körpəyə təsir edirmi?

Manşet / Səhiyyə

27-07-2018, 10:21

Qadın sonsuzluğu və onun səbəbləri!

Manşet / Gündəm / Maraqlı / Xəbərlər

15-03-2018, 09:15

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ
Normadan artıq sinkin qəbulu qocaldır
PKK-nın qərarını saymadılar: Silahları yerə qoymayacağıq!
Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - Araşdırma
Afinadan Türkiyəyə şərt: “Kazus belli” qərarını ləğv et!
Son xəbərlər
  • Bu gün, 18:44
    Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ
  • Bu gün, 15:24
    Normadan artıq sinkin qəbulu qocaldır
  • Bu gün, 13:29
    PKK-nın qərarını saymadılar: Silahları yerə qoymayacağıq!
  • Bu gün, 12:31
    Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər
  • Bu gün, 11:05
    Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - Araşdırma
  • Bu gün, 10:04
    Afinadan Türkiyəyə şərt: “Kazus belli” qərarını ləğv et!
  • Dünən, 22:34
    25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
  • Dünən, 21:20
    Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
  • Dünən, 20:57
    Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
  • Dünən, 19:39
    Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
  • Dünən, 18:23
    Bir tərəfdən xeyirli, digər tərəfdən zərərli - Acılı yemək yeyənlərin diqqətinə!
  • Dünən, 17:12
    Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
  • Dünən, 16:46
    Sabah hava necə olacaq?
  • Dünən, 15:15
    Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
  • Dünən, 14:54
    Hindistanda leysan: 45 nəfər həlak oldu
  • Dünən, 13:16
    Fransanın keçmiş deputatı: Mənim ölkəmdə “Türk dünyası” anlayışı təhlükə kimi qavranılır
  • Dünən, 12:36
    Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ
  • Dünən, 11:27
    Milli Məclisdə cəmiyyəti sarsıdan hadisədən danışıldı – Elgünlə Turan…
  • Dünən, 10:11
    Ukrayna parçalanır, müharibə bitir: Putinin dediyi “bufer zona” bu əraziləri əhatə edəcək
  • Dünən, 09:14
    Kron xəstəliyi nədir? İnteqrativ Tibb ilə Kron xəstəliyinin müalicəsi.
  • 22-05-2025, 22:18
    Bu bürclər arzuladıqları hər şeyi əldə edəcəklər
  • 22-05-2025, 21:45
    Bu meyvəni yeyənlər rahat yuxu yatır
  • 22-05-2025, 20:27
    ABŞ-ın qorxulu Qafqaz planı – Yeni müharibə başlayır?
  • 22-05-2025, 19:04
    Beyinə rəqəmsal fasilə lazımdır – Nə edək?
  • 22-05-2025, 18:10
    Qazaxda yük maşını qatarla toqquşdu: xəsarət alanlar var
  • 22-05-2025, 17:42
    Azərbaycan və Türkiyə ilə bağlı arzuolunmaz iddia – Budapeştdə nə baş verdi?
  • 22-05-2025, 16:33
    Ermənistanı qarışdıracaq “Mehri planı” – Paşinyan üçün pis ssenari
  • 22-05-2025, 15:28
    Ən ağıllı insanlar bu qan qrupundan olurlar
  • 22-05-2025, 14:17
    Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz
  • 22-05-2025, 13:40
    Putin açıqladı: Ukraynada bufer zona yaradılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə