İsrail Dohada Fələstinin HƏMAS hərəkatının nümayəndələrinə qarşı zərbə planlaşdırması barədə ABŞ-ni əvvəlcədən xəbərdar etməyib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin "The Wall Street Journal" qəzeti yazıb.
"Tramp administrasiyasına heç bir məlumat verilməyib. Bu ona görə edilib ki, Ağ Ev-in hücumun qarşısını vaxtında ala bilməməsin",- müəllif yazıb.
Məqalədə o da qeyd olunub ki, ABŞ yalnız hücumdan bir neçə dəqiqə əvvəl gözlənilən zərbə ilə bağlı məlumatlandırılıb.
Xatırladaq ki, sentyabrın 9-da İsrail ordusu (ÇAXAL) Qəzza zolağında atəşkəslə bağlı danışıqlarında iştirak edən Həmas nümayəndə heyətinə hücum edib. Hücum əməliyyatı Dohada reallaşdırılıb. Hücumdan əvvəl İsrailin ABŞ-ni xəbərdar etdiyi bildirilir. Bəzi KİV-in məlumatına görə, prezident Donald Tramp əməliyyata görə yaşıl işıq yandırıb.