• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
İrana qoşun göndərməyəcəyik - Tusk
Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
Müctəba Rusiyadadır? - Səfir açıqladı
Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”

Xəbərlər

14-09-2025, 20:14

Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”


İsrailin Qətərdə HƏMAS danışıqlar qrupunu hədəf alan hücumundan sonra Təl-Əviv dairələrində “növbəti hədəf Türkiyədir” kimi diqqətçəkən açıqlamalar verilib.

İsraildə nəşr olunan “Mida” jurnalının podkast proqramının qonağı Türkiyə mütəxəssisi Dr. Hay Eytan Cohen Yanarocak iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini “tarixi aşağı səviyyə” olaraq xarakterizə edib.

Yanarocak, Netanyahunun Türkiyəyə yanaşmasını strateji ehtiyatlılıq olaraq şərh edərək, “Türkiyə ilə birbaşa düşmənçilik elan etmək İsrailin xeyrinə deyil. Hərbi münaqişəyə girmək istəmir, lakin bunu etmək iqtidarındadır. ABŞ-ın müdaxilə edəcəyinə inanıram; iki ölkə arasında birbaşa münaqişənin qarşısını almaq olar” deyib.

İsrailli ekspert, “İsrail, xüsusilə də F-35-ləri sayəsində hava qüvvələri baxımından üstündür. Ancaq Türkiyə F-16-lara sahibdir, quru və dəniz əməliyyatlarında böyük təcrübəyə malikdir. Türk ordusu NATO-da ikinci ən böyük ordudur və genişmiqyaslı əməliyyat təcrübəsinə malikdir. Netanyahu bir gözü açıq yatmalıdır” deyib.

Ekspert NATO-nun ancaq Türkiyə ərazisinə müdaxilə edə biləcəyini vurğulayaraq, Suriyada münaqişə ehtimalına işarə edib.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib ki, İsrailin Qətərə, Yəmənə və Livana ard-arda hücumlar təşkil etməsi bir “güc zəhərlənməsi”dir:

“Çünki İsrail rəhbərliyi bilir ki, istənilən halda ABŞ isteblişmenti onların yanında olacaq. Netanyahunun fürsətdən istifadə edərək, Qətərdə Trampın təklif etdiyi atəşkəs razılaşmasını müzakirə etmək üçün toplanan HƏMAS-ın siyasi rəhbərliyinə qarşı hücum təşkil etməsi HƏMAS-a bir gözdağıdır. İsrail HƏMAS-ı qorxutmaqla “sənin arxandayam, səni izləyirəm” deməyə çalışır. Bununla yanaşı, İsrail bu və ya digər şəkildə Qəzza zolağında atəşkəsin olmamasını istəyir.

İsrailin məqsədi Qəzzanı tamamilə işğal etmək və oradakı fələstinliləri qovmaqdır. HƏMAS-ın atəşkəsi qəbul etməsinə mane olmaq və münaqişənin davam etməsinə imkan vermək, işğalı qoruyub saxlamağa çalışır.

Üstəlik, ABŞ administrasiyası Donald Trampın hücumdan 10 dəqiqə sonra xəbər verməsi, ona qarşı təzyiqləri dəf etmək və yüngülləşdirməyə çalışması kimi şərh edilməlidir. ABŞ-da fələstinlilərin Qəzzadan tamamilə çıxarılmasını istəyən bir qrup var. Xatırlayırsınızsa, Donald Tramp daha əvvəl Qəzzada turizm obyektləri tikmək və ondan başqa məqsədlər üçün istifadə etmək istədiyini bəyan etmişdi. Başqa sözlə, Donald Tramp atəşkəs tələb edirmiş kimi görünməklə və hər iki tərəfə atəşkəs təklif etməklə, mahiyyətcə beynəlxalq ictimaiyyətin təzyiqini azaltmağa çalışır. Bütün dünya bilir ki, İsrail ABŞ olmadan bu regionda mövcudluğunu davam etdirə bilməz və bu qədər ehtiyatsız hərəkət edə bilməz. Bu səbəbdən hücumdan 10 dəqiqə sonra D.Tramp, Qətərin rəhbərliyinə burada HƏMAS liderlərinə hücum olacağını deməklə sonradan ona qarşı ola biləcək beynəlxalq təzyiqləri azaltmaq istəyib.

İsrail İordaniya və Səudiyyə Ərəbistanı kimi bəzi İslam ölkələrini öz tərəfinə çəkərək Qətər və Qəzza bölgələrinə, həmçinin Yəmən və Livana təzyiqlərini artırmağı davam edir. Bəzi ölkələr susur və dolayısı ilə İsraili dəstəkləməyə davam edirlər. Təəssüflər olsun ki, Türkiyə və bir neçə başqa ölkəni çıxmaq şərti ilə İslam Əməkdaşlıq Təşkilatının üzvləri və Ərəb Liqasının üzvləri İsrailin törətdiyi bu zülm və soyqırımlara səssiz qalırlar. Bu da ABŞ-ın dəstəyilə birlikdə İsraildə “güc zəhərlənməsi”nə səbəb olur”.

İ.Cingözün sözlərinə görə, son zamanlar İsrailin Türkiyəyə qarşı dolayı təhdidləri artıb:

“Mersindəki “Akkuyu” nüvə obyekti üzərindən təhdid edilir. Ara-sıra yəhudilərin və rəsmilərin sosial mediada Ankaraya zərbə endirmək gücünə sahib olduqlarını iddia edən açıqlamalar verdiyini görürük. İsrailin faktiki olaraq 9 milyona yaxın əhalisi var. Türkiyə isə ona hücum ediləcəyi təqdirdə 48 saat ərzində 10 milyondan çox əsgər toplayacaq resurs və imkanlara malikdir.

Türkiyənin hərbi quruluşu, yerli istehsal və yerli müdafiə sistemlərinin artan nisbəti və quru qoşunlarının gücü şübhəsiz, bütün dünyaya məlumdur. Bununla belə, İsrailin hava qüvvələri üstün görünsə də, Türkiyə Hərbi Hava Qüvvələrinin və türk pilotların imkan və bacarıqlarını nəzərdən qaçırmaq olmaz. Hərbi hava qüvvələrinin üstün olması bir şeydir, bacarıq və qabiliyyətlərin üstün olması isə tamam başqa şeydir. Türk pilotları və Türk Silahlı Qüvvətləri bütövlükdə bu məsələdə dünyaya adını qızıl hərflərlə yazdırıb. Bu, tarixi keçmişdən bu günədək hamıya məlumdur. Türkiyə təhdidlərlə geri addım atmağa məcbur ediləcək ölkə deyil”.

Türk politoloq qeyd edib ki, PKK-nın Suriya qolu PYD-YPG və son olaraq SDQ kimi tanınan terror təşkilatı Əhməd əş-Şaara hökuməti ilə müqavilə imzalayıb və inteqrasiyaya razılaşıb:

“Lakin görünən odur ki, İsrail və ABŞ sonradan bu inteqrasiyanın qarşısını almaq üçün müxtəlif taktikalara əl atıb. Birləşmiş Ştatlar 2026-cı il müdafiə büdcəsindən Suriya başda olmaqla, Livan və İraqda tərəfdaşlarına 130 milyon dollar ayırdığını bəyan edərək, SDQ-ni cəsarətləndirib. İsrailin qeyd-şərtsiz himayədarı kimi çıxış edən ABŞ SDQ-ni orada demokratiyanın qılıncı kimi saxlamaq istəyir. Donald Tramp ara-sıra Suriyadan çəkiləcəyini bəyan etsə də, Amerika isteblişmenti və siyasi sistemi buna imkan verməyəcək.

ABŞ-nın Yaxın Şərqdən çıxması ilə İsrailin təhlükəsizliyinə təhdid yaranacağına inanan Amerika və yəhudi diasporu var. Bu səbəbdən də görünən odur ki, ABŞ və İsrail son vaxtlar proksi müharibələr kimi tanınan savaş sistemi ilə Türkiyəyə qarşı ehtiyat qüvvə kimi SDQ-ni orada saxlayır. Ancaq Türkiyə Cümhuriyyətinin səbri bir yerə qədərdir. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “qılınc qınından çıxarsa, qələmə və sözə yer qalmaz” və əgər Türkiyəni daha da məcbur etsələr, SDQ Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən oradan çıxarılacaq.

Türkiyə Suriyanın hazırkı hökuməti ilə Suriyanı yenidən qurmağa çalışır. Türkiyə cənub sərhədlərində hüzur və sülh istəyir. Suriyanın ərazi bütövlüyünü istəyən bir ölkədir. Türkiyə imperialist düşüncələrlə deyil, Suriyanın demoqrafik, etnik və məzhəb quruluşu ilə ona qohum bir ölkə kimi, yaxşı qonşuluq münasibətləri ilə Suriyaya yanaşmaqdadır. Çünki bu regionda türklər tərəfindən idarə olunan bir Suriya var. Orta Şərq regionu-Suriya-Misir oxu min ildən artıq müddətdə türklər tərəfindən idarə olunub və ora qədim türk yurdudur. Bu səbəbdən 100 il öncə, türk valilər tərəfindən idarə olunan və Suriyanın ərazi bütövlüyü çərçivəsində yenidən qurulmuş, bütün tərəflərin bərabər təmsil olunduğu bir ölkə istənilir. Lakin İsrail, ABŞ və bəzi ölkələr bölünmüş Suriyanı üstün tutur”.

Ekspert deyib ki, Suriyada İsraillə qarşıdurma haqda tez-tez danışılsa da, belə bir ehtimal olsa da, bu, İsrail üçün intihar olar:

“Əgər İsraildən Türkiyəyə qarşı hücum həyata keçirilərsə, beynəlxalq hüquq baxımdan Türkiyə bunun cavabını verəcək gücdədir. Əgər türk torpaqlarına hücum gerçəkləşərsə NATO-nun 5-ci maddəsi tətbiq olunmalıdır. Lakin bu halda NATO ölkələrinin Türkiyənin yanında olub-olmayacağını zaman göstərəcək. Çünki 2015-ci ildə Türkiyənin hava sahəsini pozan bir təyyarənin vurulmasından sonra Türkiyə ilə Rusiya qarşı-qarşıya gəldiyi vaxtda NATO ölkələri “biz Türkiyə üçün Rusiya ilə savaşmayacağıq” deyərək onu demək olar ki, tək qoydular. Bunu Türkiyə unutmayıb. İsraillə mümkün savaşda NATO-ya güvənərək deyil, öz gücüylə də onun öhdəsindən gələ biləcək güc, qüdrət və hərbi sənayeyə malikdir.

Əgər İsrail “Akkuyu” Atom Elektrik Stansiyasına hücumu edərsə, bunun həm Türkiyə, həm də Rusiyaya qarşı hücum sayılacağını yaddan çıxarmaq olmaz. Çünki “Akkuyu” Atom Elektrik Stansiyasının yerləşdiyi torpaqların Türkiyəyə, stansiyanın isə Rusiyaya məxsus olması səbəbindən İsrail hər iki ölkə ilə müharibə aparmalı olacaq. Belə olan halda, NATO dövlətlərinin necə hərəkət edəcəyi, ABŞ-ın mövqeyinin nə olacağı məlum deyil. Bu, arzuolunmaz vəziyyət olmaqla yanaşı, nəticələrini də zaman göstərəcək. Və əgər İsrail “Akkuyu” Atom Elektrik Stansiyasına hücumu edərsə, Rusiyanın Türkiyənin yanında İsrailə qarşı vuruşacağı da qeyri-müəyyən olaraq qalır”.

Oxunub: 84
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-09-2025, 14:50

Türkiyədən hücum xəbərdarlığı: Bu ölkəyə zərbələr endiriləcək – SİYAHI YAYILDI

Xəbərlər

10-04-2025, 17:48

ABŞ mediasından xəbərdarlıq: Türkiyə və İsrail qarşıdurmanın astanasındadır

Xəbərlər

9-04-2025, 22:31

İsrailin Trampdan Ərdoğan xahişi: Türkiyə üçün hədəf dəyişdirilir

Xəbərlər

29-01-2025, 13:28

Türkiyə və İsraillə bağlı ŞOK - Maraq toqquşması, savaş ehtimalı...

Xəbərlər

8-06-2024, 11:12

PKK-nın seçki oyunu: Son sözü türk ordusu deyəcək!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
Son xəbərlər
  • Bu gün, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • Bu gün, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Bu gün, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • Dünən, 22:27
    Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
  • Dünən, 21:09
    Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
  • Dünən, 18:37
    Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
  • Dünən, 17:33
    İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
  • Dünən, 16:49
    Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
  • Dünən, 15:46
    Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
  • Dünən, 14:04
    5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
  • Dünən, 13:46
    Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
  • Dünən, 12:31
    Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
  • Dünən, 11:51
    İrana qoşun göndərməyəcəyik - Tusk
  • Dünən, 10:57
    Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
  • Dünən, 09:15
    Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
  • 17-03-2026, 22:24
    Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
  • 17-03-2026, 21:21
    Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
  • 17-03-2026, 20:48
    Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
  • 17-03-2026, 19:20
    Müctəba Rusiyadadır? - Səfir açıqladı
  • 17-03-2026, 18:18
    Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
  • 17-03-2026, 17:53
    Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
  • 17-03-2026, 16:28
    Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
  • 17-03-2026, 15:27
    Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
  • 17-03-2026, 14:16
    Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
  • 17-03-2026, 13:05
    İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? – DOSYE
  • 17-03-2026, 12:52
    Miqren tutmasında - 5 təcili yardım
  • 17-03-2026, 11:21
    Şoyqu etiraf etdi: Rusiyanın heç bir regionu təhlükəsiz deyil
  • 17-03-2026, 10:24
    Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...
  • 17-03-2026, 09:04
    Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər
  • 16-03-2026, 22:38
    Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə