İspaniya paytaxtında yerləşən barlardan birində baş verən partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.
Hadisə yerində yanğınsöndürən briqadalar işləyir. Hadisənin səbəbləri hələlik açıqlanmır. Qaz partlayışının baş verdiyi istisna edilmir.
19:22
İspaniyanın paytaxtı Madriddə yerləşən kafelərdən birində baş verən partlayış nəticəsində 14 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Teleqraf xəbər verir ki, hadisə şəhərin Valyekas rayonunda qeydə alınıb.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib.