• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qanda hemoqlobini artıran 5 içki
Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
Regionu qarışdıran xəbər: Orduya əmr verildi, bütün qoşun hücuma hazırdır
Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü
Tibdə ilk – 5-ci Tip Diabet növü rəsmən tanındı
Sərkisyan seçkilərdə kimin qalib gələcəyini açıqladı
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
Hamiləlikdə qarın qaşınması çat izlərinin əlamətidirmi?
BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Fransa arxivlərində Azərbaycanla bağlı QEYRİ-ADİ FAKTLAR: Düma Natavanla necə görüşüb?

Manşet / Gündəm / Mədəniyyət

6-09-2018, 10:31

Fransa arxivlərində Azərbaycanla bağlı QEYRİ-ADİ FAKTLAR: Düma Natavanla necə görüşüb?



















- Ülkər xanım, demək olar ki, həyatınızın yarısı Fransada keçib. Fransaya köçmək qərarınızın kökündə hansı səbəblər dururdu?
- Uşaq vaxtından fransız dilinə böyük marağım olub. Məktəbimizdə də xarici dil kimi fransızca tədris edilib. 11-ci sinfi bitirəndən sonra ali təhsil almaq üçün Fransaya yollandım. 5 ildən çox Strazburq şəhərində oxudum,. Artıq ikidilli olduğumu hiss etməyə başladım. Magistratura təhsilini beynəlxalq kommunikasiya üzrə aldım. Elə o vaxt fakültəmizin dekanı məni bu sahəyə həvəsləndirdi. Oxuduğum müddətdə Avropa Şurasında staj keçdim. Sonra artıq Parisə köçdüm və şirkətlərin birində PR menecer olaraq çalışmağa başladım. Hiss etdim ki, məni beynəlxalq kommunikasiya və əlaqələr özünə daha çox cəlb edir. Beləcə bu sahə üzrə də davam etdim.
- Yəni fransız mədəniyyətinə adaptə olmaq çətin olmadı...
Fransa arxivlərində Azərbaycanla bağlı QEYRİ-ADİ FAKTLAR: Düma Natavanla necə görüşüb?
- Əsla... Çünki fransız dilini, mədəniyyətini, hətta filmlərini çox sevirdim. Böyük sevgi ilə getmişdim axı...
- Həyat yoldaşınız da fransızdır. Maraqlıdır, fransız və Azərbaycan kişiləri arasında nə kimi fərqlər var?
- Mənim üçün müqayisə etmək çətindir, çünki şəxsiyyət kimi Fransada formalaşmışam. Ümumiyyətlə, fransızlar daha dəqiq insandırlar. Onlarda hər şey öncədən planlaşdırılır. Fransız kişilər məişət işlərində daha çox iştirak edirlər. Mən övladımı ən çox həyat yoldaşıma etibar edirəm. Uşağın məsuliyyətini üzərinə tam götürür. Fransız kişilər daha sərbəstdirlər. Ev işlərini də gözəl bacarırlar, karyera da qururlar. Bundan yaxşı nə var ki...
- Fransada Azərbaycan mədəniyyətinin təbliği yolunda az iş görməmisiniz...
- Uzun müddət Avropa Azərbaycan Cəmiyyətində işləmişəm. Musiqi tədbirləri, caz konsertləri, sərgilər təşkil edirdik. Son zamanlar isə Azərbaycanın Fransa arxivlərində qorunan xatirələri ilə maraqlanmağa başlamışam. Fotoqrafiya sahəsinə marağı olanlar bilir ki, Fransanın məşhur fotoqrafı Pol Nadar 19 əsrdə Fransa arxivlərində Azərbaycanla bağlı QEYRİ-ADİ FAKTLAR: Düma Natavanla necə görüşüb?Türküstana səyahət zamanı Azərbaycan ərazisində olub, Bakıda çox dəyərli 20 fotoşəkil çəkib. Bunu öyrənəndən sonra ətrafımdakı fotoqraflardan məlumat toplamağa başladım, amma heç kim məni düzgün yönləndirə bilmirdi. Bir gün təsadüfən internetdə elana rast gəldim. Parisin məşhur qalereyalarının birində qədim Tiflisə aid fotoşəkillər sərgilənirdi. Tədbirin bitməsinə 10 dəqiqə qalmış özümü yetirdim. Çünki düşünürdüm ki, əgər bu səyyahlar Tiflisədə olublarsa, demək yolları ölkəmizdən də düşüb. Hər şey də buradan başladı. Sən demə, Fransa arxivlərində Azərbaycan haqda həddən çox material var. Elə bu sərginin təşkilatçısı Ana Çieşvili ilə araşdırma aparanda gördük ki, Hüqo Kraft adlı fransız fotoqraf da ölkəmizdə olub, dəyərli fotoşəkillər çəkib. Demək olar ki, 19-cu əsrin fransız səyyahlarının yazdıqları kitabların hamısında Bakıya, Azərbaycana həsr olunmuş bölmə var. Çünki həmin vaxtlar Orta Asiyaya çox səyyahlar gedib. Yolları həmişə Bakıdan keçib. Paytaxtımız həm liman, həm də neft şəhəri olub. Onların yazılı qeydlərindən məlum olur ki, Bakı həmçinin kifayət qədər gözəl və inkişaf etmiş şəhər idi.
- Bəs Kraftın Bakı xatirələri haqda maraqlı məlumatlar verə bilərsinizmi?
- Biz onun məktublarını, heç vaxt dərc edilməmiş fotoşəkillərini tapdıq. Bütün bu fotolar Bakıda çəkilmişdi. Bu haqda layihə hazırladım və Hüqo Krafftın Reims şəhərində yerləşən, “Musée Le Vergeur” adlanan ev muzeyində mənim rəhbərliyimlə Hüqo Kraftın Bakı xatirələri, fotoşəkillərindən ibarət sərgi təşkil etdik.
- Sırf fotoları, yazılı xatirələri araşdırırsınız?
- Xeyr, illüstrasiyalar, akvarellər də bu siyahıya daxildir. Elə bir müddət əvvəl Fransanın Müluz şəhərində yaşayan bir səyyahın Bakı haqda xatirələrini tapdım. O Fransa arxivlərində Azərbaycanla bağlı QEYRİ-ADİ FAKTLAR: Düma Natavanla necə görüşüb?yazırdı ki, şəhərin müxtəlif yerlərində dayanıb, rəsmlər çəkirdim. Düşündüm ki, yəqin çəkdiklərini özü ilə Fransaya geri gətirib. Müluza gedib, həmin səyyahın arxivi ilə maraqlandım. Akvarelləri tapa bilməsəm də, karandaşla çəkdiyi rəsmləri üzə çıxardım.
- Maraqlıdır, hansı məkanların, tarixi abidələrin rəsmlərini çəkib?
- Bakıda Balaxanı neft mədənləri, Atəşgahın rəsmlərini çəkib. Şamaxıda olub və bu şəhəri çox bəyənib. Nəzərinizə çatdırım ki, həmin alimin adı Alfted Köşlən-Şvartsdır. Müluzun ən varlı 4 ailəsindən birinin oğlu olub. Buna görə də çox səyahət edib.
- Fransa arxivlərindən topladığınız bütün materiallar olduqca qiymətlidir. Bəs özünüz üçün kəşf etdiyiniz ən maraqlı, heyrətli mənbə hansıdır?
- Əslində hər bir səyyahın həyatını, ölkəmizlə bağlı xatirələrələrini araşdırdıqca önümə çox maraqlı yeniliklər, unudulmuş faktlar çıxır. Elə götürək, fransız yazıçısı Aleksandr Dümanı... Yəqin ki, onun xatirələrini çox adam oxumayıb. Çünki bizim öz mənbələrimizdə bir sıra uydurma məlumatlar var. Halbuki o uydurmalarsız da Düma Azərbaycanla bağlı çox gözəl, isti xatirələr paylaşıb. Məsələn, əsərin sonunadək Dümanın Xurşidbanu Natəvanla şahmat oynaması ilə bağlı məqamı gözlədim, amma bu haqda heç bir cümləyə də rast gəlmədim. Düma Bakıda bir zadəganın evində tatar şahzadəsi ilə görüşdüyünü vurğulayır. Adını çəkməsə də, onun Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı olduğunu qeyd edir. Beləliklə anladım ki, söhbət Natəvandan gedir. Xanımın özünün də, övladlarının da gözəl milli geyimdə olduqlarını bildirir. Bu tam təsadüfi görüş olub.
- Bilmədiyimiz daha hansı maraqlı məqamalara toxunur?
- Düma faytonla səhayət edirdi. Sumqayıt adlı stansiyaya yaxın ərazidə çadır qurub, gecələyirlər. Karvansarayın xarabalıqlarına yaxınlaşıb, köçərilərlə tanış olurlar. Fransa arxivlərində Azərbaycanla bağlı QEYRİ-ADİ FAKTLAR: Düma Natavanla necə görüşüb?Düma həmçinin yazır ki, həyatında gördüyü ən qonaqpərvər ziyafət məhz o kasıb köçərilərin zəngin süfrəsi olub. Onu da deyim ki, Düma ilə birgə rəssam Jan Pyer Mone də gəlmişdi. O da olduqları ərazilərin, məkanların təsvirini kağıza köçürdürdü. Sumqayıt barədə yazılanlar məni çox təəccübləndirdi. Çünki bu qədər qədim tarixə malik olduğunu bilmirdim. Bundan sonra Düma və Mone Şamaxıya səfər edirlər. Mahmud ağa adlı şəxs Dümanın şərəfinə ziyafət təşkil edir. Yazıçı Şamaxı rəqqasələrini də böyük sevgi ilə təsvir edir. Mən bu məlumatı sosial şəbəkədə yaratdığım “Prometey” səhifəsidə paylaşanda, şəhərin tarixini dərindən bilənlər faktı təstiqlədilər. Hətta sizə bir maraqlı məqam da deyim. Digər fransız yazıçı Şamaxı rəqqasələrinə əsər də həsr edib. Hazırda bu materialı araşdırıram.
- Əslində dünyanın ən çox əsəri olan yazıçısının ölkəmizlə bağlı belə xoş xatirələrinin olması qürurlu haldır. Bəs Düma Şuşaya səfər edib?
- Xeyr. Xurşidbanu ilə görüşü Bakıda baş tutub. Bundan başqa Şamaxıda, Şəkidə də olduğunu bildirir.
- Əminəm ki, bu mövzu ilə bağlı maraqlı layihələriniz də var...
- Bəhs etdiyim Hüqo Kraftın əbədiləşdirdiyi məkanları, abidələri müasir fotoqraflardan birinin yenidən çəkməyini, həmçinin köhnə, yeni Bakının fotoşəkillərindən ibarət sərgi təşkil etməyi planlaşdırıram. Düşünürəm ki, çox maraqlı olardı. Çünki 120 il vaxt keçib. Şəhərimizin necə dəyişdiyini fransızlara göstərmək istərdim.
- Ülkər xanım, Azərbaycan adına çox dəyərli iş görürsünüz, minnətdaram. Ölkəmiz haqda növbəti dəyərli mənbələr əldə etdikcə, bizimlə paylaşın lütfən...
- Buyurun. Əlbəttə, yeniliklərimi gözləyin.
Leyla Sarabi\\Fotolar: Səfiyar Məcnun\\Publika.az-ın müsahibi Fransada yaşayıb, fəaliyyət göstərən Ülkər Müller idi.

Oxunub: 1 420
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

4-08-2018, 09:20

Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi

Manşet / Mədəniyyət

5-06-2018, 07:21

Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin fransız dilində nüsxəsi

Manşet / Maraqlı

12-05-2018, 12:51

ADEL SİNDROMU VƏ YA SEVGİ XƏSTƏLİYİ

Manşet / Gündəm / Xəbərlər

5-04-2018, 10:58

Rəsmi Bakıdan Fransaya etiraz – NOTA VERİLƏCƏK

Manşet / Gündəm / Araşdırma

19-03-2018, 17:34

Yenidoğulmuşlar anasının danışdığı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qanda hemoqlobini artıran 5 içki
Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
Son xəbərlər
  • Bu gün, 09:06
    Qanda hemoqlobini artıran 5 içki
  • Dünən, 22:27
    Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
  • Dünən, 21:53
    Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
  • Dünən, 20:49
    İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
  • Dünən, 19:05
    Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
  • Dünən, 18:50
    Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
  • Dünən, 17:14
    Regionu qarışdıran xəbər: Orduya əmr verildi, bütün qoşun hücuma hazırdır
  • Dünən, 16:38
    Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü
  • Dünən, 15:33
    Tibdə ilk – 5-ci Tip Diabet növü rəsmən tanındı
  • Dünən, 14:54
    Sərkisyan seçkilərdə kimin qalib gələcəyini açıqladı
  • Dünən, 13:48
    İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
  • Dünən, 12:43
    Hamiləlikdə qarın qaşınması çat izlərinin əlamətidirmi?
  • Dünən, 11:26
    BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
  • Dünən, 10:18
    Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
  • Dünən, 09:01
    Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
  • 22-04-2026, 22:45
    Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
  • 22-04-2026, 21:31
    Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
  • 22-04-2026, 20:34
    İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
  • 22-04-2026, 19:24
    ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
  • 22-04-2026, 18:43
    Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
  • 22-04-2026, 17:09
    17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
  • 22-04-2026, 16:45
    Ukrayna sərhədə qoşun yığır: Belarusa hücum başlayır?
  • 22-04-2026, 15:45
    Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?
  • 22-04-2026, 14:52
    İrandakı müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri…
  • 22-04-2026, 13:35
    Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, “kart” işləməyəcək
  • 22-04-2026, 12:37
    Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
  • 22-04-2026, 11:54
    Əlilliyin təyini ilə bağlı imtina alan şəxslərə xəbər var
  • 22-04-2026, 10:23
    ABŞ-ın blokadası nə vaxta qədər davam edəcək?
  • 22-04-2026, 09:09
    Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr
  • 21-04-2026, 22:40
    Bu yuxu pozası bel və ürəyə zərər verir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə