• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İranın dəhşətli silahı: istifadə etsə, dünya iflic olacaq – Kontr-admiral
Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb
Qanda hemoqlobini artıran 5 içki
Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
Regionu qarışdıran xəbər: Orduya əmr verildi, bütün qoşun hücuma hazırdır
Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü
Tibdə ilk – 5-ci Tip Diabet növü rəsmən tanındı
Sərkisyan seçkilərdə kimin qalib gələcəyini açıqladı
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
Hamiləlikdə qarın qaşınması çat izlərinin əlamətidirmi?
BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi

Manşet / Bioqrafiya

4-08-2018, 09:20

Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi

Vladimir Şainski! Onun mahnılarını ən məşhur müğənnilər oxuyub – Müslüm Maqomayev, Alla Puqaçova, Anna German, Edita Pyexa, Lev Leşenko, Lyudmila Qurçenko, İosif Kabzon, Soviya Rotaru, Lyudmila Zıkina, Valentina Tolkunova, Andrey Mironov, Valeriy Leontyev, Vadim Mulerman... Uşaqlar onun mahnılarını daha yaxşı oxuyublar. Hələ çox illər bundan sonra da oxuyacaqlar.
Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi


















92 yaşında vəfat edən görkəmli bəstəkar Vladimir Şainskinin ölüm xəbəri təkcə Rusiyada deyil, həmçinin Azərbaycanda da kədərlə qarşılandı. Onun musiqisi ilə Rusiyanın və yaxın xarici ölkələrin bir neçə nəsli böyüyüb. Bir-birindən şirin nəğmələrin, uşaqlar üçün mahnıların, animasiyaların musiqisinin müəllifi kimi V.Şainski çox sevilib. V.Şainski timsah Gena və Çeburaşka haqqında "Mavi vaqon” və "Qoy dəcəllər qaçsın” da daxil olmaqla, 40-dan artıq cizgi filminə musiqi bəstələyib. O "Əsgər şəhəri gəzir”, "Ata evi” kimi mahnıların, "Şən və hazırcavablar klubu”nun (KVN) himninin müəllifi kimi tanınıb.
Pianino arzusu
Tanınmış bəstəkarın həyatının müəyyən bir dönəmi Bakı ilə bağlı olub. Əgər Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsərlər bəxş edə bilməzdi. V.Şainski Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (Konservatoriya) bitirib. Görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. İlk əsərlərini də Bakıda yazıb. O, öz arzularının arxasınca Bakıya gəlib. O zaman bakılılar heç bir maddi imkanı olmayan gələcək bəstəkara çox kömək ediblər.
Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi



















Anası onu Leninin şərəfinə Vladimir adlandırıb. Ancaq bəstəkarın qalan bütün həyatı norma və qaydalardan tamamilə kənarda davam edib.
V.Şainski uşaqlıqdan bəstəkar olmaq istəmişdi. O, 7 yaşında Qoqolun əsərlərini oxuyurdu. 15 yaşında məktəbdə ilk sevgisini etiraf etmişdi. 45 yaşında isə ailə qurmuşdu. Melodiyalar isə özünü tanıyandan ömrünün sonuna qədər onun qəlbində aşıb-daşırdı. "Çətin illər idi. O zaman anam və atam universitetdə oxuyurdular. Sonradan onlar ayrıldılar. Anam məktəbdə biologiya müəlliməsi işləyirdi. Onun maaşı mənə dayə tutmağa kifayət edirdi. Daha sonra uşaq bağçasına getdim. Yadımdadır ki, bizə böyük Stalin, qüdrətli dövlət haqqında siyasi mövzuda mətnləri əzbərlədirdilər. Onları söyləmək lazım gələndə isə məni sırada ön cərgədə saxlayırdılar. Bir dəfə Stalin haqqında şeiri unutduğum üçün bir həftə səhər yeməyindən məhrum edildim. 4 yaşım olanda anam məni operaya gətirdi. Biz Rimski Korsakovun "Sadko" operasına baxdıq. Anam sadə ailədən olsa da, gimnaziyanı bitirə bilmişdi və musiqi haqqında təsəvvürü var idi. Tamaşadan ən çox yadımda qalan qəhrəmanın ağlayaraq "Sadko məni daha sevmir" deyərək oxuması idi. Musiqi yaddaşıma həkk olundu. Bu, anamın gözündən yayınmadı. O, istəmirdi ki, mən işsiz-gücsüz qalıb küçədəki uşaqlarla boş vaxt keçirim. 6 yaşım olanda məni musiqi məktəbinin royal sinfinə verməyi qərara aldı. Məktəb pullu idi. Müəllim məni yoxladı, notları bildiyimi görüb məktəbə qəbul etdi. Mən Kiyev Konservatoriyasının nəzdində olan bu məktəbə 10 il skripka daşıdım. Skripka həyatıma ona görə daxil olmamışdı ki, royala olan sevgimdən əl çəkmişdim, sadəcə, uşaq skripkası baha deyildi. Anamla mən pianinonu heç arzu edə bilməzdik. Sonra mən klassik janrda musiqi bəstələməkdə özümü sınadım".

Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi




















Bakı xatirələri
Onun gəncliyi müharibə illərinə təsadüf edir. 18 yaşlı Şainski orduya çağırılır. Özbəkistanda rabitə hazırlıqları kursu keçir. 1945-ci ildə isə tərxis olunur. Ordu ilə onu bağlayan çoxlu xatirələri vardı. Orada hərbi mahnılar yazmışdı. Əsgərlər onun mahnılarını xorla oxuyurdular. Tərxis olunandan sonra V.Şainski Kiyevə qayıdıb anasını tapır. Müharibənin dağıtdığı evlər, bombardmanların izləri, meydanda asılan satqınların cəsədləri – Kiyevdə onu qarşılayan bu səhnələr idi. Əslində bu dəhşətləri özü də yaşamışdı. Ancaq ümidini itirmirdi: "Müharibə bitəndə mən gənc idim və həyatımı qurmalı idim. Müharibədən rabitəçi kimi tərxis olundum. Ancaq qəlbimdən musiqi silinməmişdi. Bəlkə mənə təsəlli olan yeganə şey də bu idi. Kiyevdə musiqi təhsilimi davam etdirdim. Ancaq başa düşürdüm ki, Moskva skripka məktəbi daha yaxşıdır. Çantamı yığıb anamı öpərək Moskva Konservatoriyasına daxil olmaq üçün yollandım. Əgər o zaman üçüncü kursa deyil, birinci kursa qəbul olunsaydım, bəlkə də onda məndən Paqanini kimi böyük skripkaçı alınardı. Ancaq mən bu gün sadə bəstəkaram” - deyə o, xatırlayırdı.
Moskva Konservatoriyasının skripka sinfinə daxil olsa da, yəhudilərin bəstəkarlıq fakültəsinə qəbulu ilə bağlı qadağanı eşitməsi onu məyus edir. Ancaq o, konservatoriyanı bitirir. Dolanışıq üçün məktəbdə musiqi dərsi deməkdən savayı, restoranda skripka çalmağa məcbur idi. Bir gün Moskvada çalışan azərbaycanlı bəstəkar Asiya xanım ona Bakı Konservatoriyasına daxil olmağı məsləhət gördü. O zaman gənc musiqiçi Leonid Utyosovun orkestrində çalırdı. Ancaq gəncin istedadı layiqincə qiymətləndirilmirdi. O, hər şeyi ataraq Bakıya gəldi. 1962-1965-ci illərdə Konservatoriyada - möhtəşəm musiqi ocağında təhsil aldı. Görkəmli bəstəkar və pedaqoq Qara Qarayev tələbəsinin bacarığına heyran qalmışdı. Gələcək bəstəkarın pulu yox idi. Ancaq Bakının hər küçəsində onun üzünə evlərin qapılarını açırdılar. "Bakıda yeməklə bağlı hər şey qaydasında idi. Bakı gözəl və mehriban şəhər idi. Bütün qonşular, hətta, tanış olmayan insanlar da bir-birinə kömək edirdilər. Mən idmanı, xüsusilə üzgüçülüyü və balıq tutmağı xoşlayırdım. Bakıda oxuduğum illərdə qayıqla Nargin adasına qədər gedirdim. Bu, mənə xüsusi zövq verirdi" - deyə bəstəkar sonralar xatırlayırdı.
Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi



















Bakıdakı təhsil illərində Vladimir Şainski özünün ilk əsərlərini yazır. Bundan başqa, o zaman dəbdə olan caza maraq göstərir və "Nizami" kinoteatrında çalırdı. 1965-ci ildə o, konservatoriyanı bitirəndən sonra çoxlu ideyalarla Moskvaya qayıdır. Bir il sonra isə onu SSRİ Bəstəkarlar İttifaqına qəbul edirlər. Beləcə, musiqi dünyasına böyüklər və kiçiklər üçün 400-dən çox məşhur mahnı bəxş edən bəstəkarın yaradıcılıq yolu başlayır.
O, uşaqlar üçün ən yaxşı mahnıların müəllifi olmasına baxmayaraq, uşaq bəstəkarı adlandırılanda o qədər də xoşlanmırdı: "Mən heç də uşaq bəstəkarı deyiləm!" - deyirdi. Ancaq onun necə bəstəkar olması uşaqlara sirr deyildi. Çünki yaxşı uşaq mahnılarını yazmaq o qədər də asan deyil. Əgər bu mövzuda yazan bəstəkarlar xatırlansa, onların dairəsi o qədər də geniş olmayacaq. V.Şainski isə onların içərisində ən seviləni idi.

"Qocalıq məni evdə tapmayacaq”
V.Şainski 2000-ci ilədək Moskvada yaşayır. Daha sonra İsrailə köçür. Bir neçə il bundan əvvəl yazdığı "Mənim ürəyim" adlı mahnısı hitə çevriləndə, mahnının "Qocalıq məni evdə tapmayacaq" sözləri dillər əzbəri idi. Çünki bu mahnını yazanda o, artıq 85 yaşında idi və okeanın o tayına – Amerikaya yaşamağa gedirdi. V.Şayinski ABŞ-ın San-Dieqo şəhərində yaşamağa qərar verir və oturum izni alır. O, 2013-cü ildən daimi olaraq ABŞ-da yaşayırdı. İsti okean və yaxşı tibb onu cəlb edirdi. Onun mahnıları da Amerikada yazılırdı. Həmçinin okeanın o tayında mahnılarını dinləyənlər də az deyildi.
"Pul mənim üçün heç vaxt əhəmiyyətli olmayıb, kasıb, ancaq şən yaşamışam" deyirdi bəstəkar: "Mən ümumiyyətlə, həyatım boyu kasıb, ancaq qayğısız ömür sürmüşəm. Özüm üçün yazırdım və demək olar ki, heç kimdən heç nə almırdım. Ancaq həyat mənim üçün şən keçirdi. Məndə biznesmen istedadı yoxdur. Mən bəstəkaram və hesab edirəm ki, estrada janrında yazıram, ancaq tanrı üçün işləyirəm. İnsan özündən məmnun olanda, sakitcə uzanıb həyatla vidalaşa bilər. Bahalı maşın, dəbdəbəli mənzil almaq cibimə görə deyil. Mənim bağım çox rahatdır, ancaq "yeni ruslar"ın tikdiyinə oxşamır. O cür bağları yalnız xəyal etmək olar. Ancaq mən heç xəyal da etmirəm. Nəyim varsa, bu, mənə kifayətdir. Mən böyük tələbləri olmayan insanam. Küçədə rahat gəzirəm, fikirləşmirəm ki, pulumu oğurlaya bilərlər. Çoxları indi bu barədə danışır. Hə, onlar zəngindirlər, ancaq onları evlərinin girişində güllələyirlər. Əgər hansısa axmaq məni güllələsə çox peşman olar, çünki götürməyə heç nə yoxdur" deyən bəstəkar, həyatından məmnun idi.

Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi


















V.Şainskinin həyatından məmnunluğunun digər səbəbi sevib evləndiyi gənc qadınla bağlı idi. Aralarında 41 yaş fərq olsa da bunu sevgi üçün əngəl hesab etmir. Bu barədə ondan soruşanda belə deyirdi: "Əgər mən özümü qoca hiss etsəm, onda bu haqda düşünərdim. Qoy aramızdakı yaş fərqi böyük olsun. Ancaq mən özümü mənəvi və fiziki cəhətdən arvadımdan yaşlı hesab etmirəm. Təkcə üzümdə qırışlar və dazlaşma var. Mənim yaşıdlarımın isə artıq böyük nəvələri var. Mən birinci yoldaşımdan ayrılanda daha evlənməyəcəyimi düşünürdüm. Hesab edirdim ki, tək özümə görə yaşayacağam, amma alınmadı. Yenidən evləndim və bizim sevgimiz əvvəlki kimi ehtiraslıdır".
"Vladimir Şainski sakitcə səhnədən gedə bilərdi. Çünki o, heç zaman yaddaşlardan silinməyəcək mahnılarını dünyaya bəxş etmişdi. Ancaq o, son günə qədər pianodan ayrılmadı”. Amerikada vəfat edən bəstəkarın ölümünü Rusiyada belə şərh etdilər. O, isə yüzlərlə sevilən mahnını insanlara həmişəlik bağışlayıb vidalaşdı...

Rusiya mətbuatından çevirdi: Təranə Məhərrəmova

Oxunub: 1 153
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

7-07-2018, 19:23

Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar

Manşet / Bioqrafiya

6-07-2018, 10:04

Müslüm Maqomayev

Manşet / Bioqrafiya

4-07-2018, 09:38

Fikrət Məşədi Cəmil oğlu Əmirov

Manşet / Bioqrafiya

31-05-2018, 07:50

Firəngiz Əliağa qızı Əlizadə

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İranın dəhşətli silahı: istifadə etsə, dünya iflic olacaq – Kontr-admiral
Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb
Qanda hemoqlobini artıran 5 içki
Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
Son xəbərlər
  • Bu gün, 11:25
    İranın dəhşətli silahı: istifadə etsə, dünya iflic olacaq – Kontr-admiral
  • Bu gün, 10:46
    Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb
  • Bu gün, 09:06
    Qanda hemoqlobini artıran 5 içki
  • Dünən, 22:27
    Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
  • Dünən, 21:53
    Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
  • Dünən, 20:49
    İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
  • Dünən, 19:05
    Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
  • Dünən, 18:50
    Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
  • Dünən, 17:14
    Regionu qarışdıran xəbər: Orduya əmr verildi, bütün qoşun hücuma hazırdır
  • Dünən, 16:38
    Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü
  • Dünən, 15:33
    Tibdə ilk – 5-ci Tip Diabet növü rəsmən tanındı
  • Dünən, 14:54
    Sərkisyan seçkilərdə kimin qalib gələcəyini açıqladı
  • Dünən, 13:48
    İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
  • Dünən, 12:43
    Hamiləlikdə qarın qaşınması çat izlərinin əlamətidirmi?
  • Dünən, 11:26
    BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
  • Dünən, 10:18
    Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
  • Dünən, 09:01
    Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
  • 22-04-2026, 22:45
    Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
  • 22-04-2026, 21:31
    Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
  • 22-04-2026, 20:34
    İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
  • 22-04-2026, 19:24
    ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
  • 22-04-2026, 18:43
    Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
  • 22-04-2026, 17:09
    17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
  • 22-04-2026, 16:45
    Ukrayna sərhədə qoşun yığır: Belarusa hücum başlayır?
  • 22-04-2026, 15:45
    Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?
  • 22-04-2026, 14:52
    İrandakı müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri…
  • 22-04-2026, 13:35
    Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, “kart” işləməyəcək
  • 22-04-2026, 12:37
    Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
  • 22-04-2026, 11:54
    Əlilliyin təyini ilə bağlı imtina alan şəxslərə xəbər var
  • 22-04-2026, 10:23
    ABŞ-ın blokadası nə vaxta qədər davam edəcək?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə