Çin Tayvanın şərqində xüsusi dəniz əməliyyatına başlandığını elan edib.
Publika.az xəbər vrir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu qərar Yaponiya ilə Filippin arasında keçirilən danışıqlara cavab olaraq qəbul edilib.
"Nəqliyyat Nazirliyi Tayvan adasının şərq sularında dəniz nəqliyyatının təmin edilməsi üçün xüsusi əməliyyat təşkil edib", - deyə məlumatda bildirilir.
Mayın sonunda Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tzyakun bəyan edib ki, Çinin birləşməsi qarşısıalınmaz bir tendensiyadır və bu, beynəlxalq ictimaiyyətin iradəsini əks etdirir.