"Vaşinqton İran ərazisinə zərbələr endirməyə yenidən başlayacaq".
Publika.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pet Fellon bildirib ki, "Fox News" kanalının efirində çıxışı zamanı deyib.
Efir zamanı o, ABŞ-ın İran ərazisinə zərbələri bərpa edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
"Düşünürəm ki, bu, qaçılmaz olaraq baş verəcək", - deyə o bildirib.
İyunun 4-də ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın İranla münaqişədə hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.
Bundan əvvəl "Mehr" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadla yazıb ki, İran Silahlı Qüvvələri Sirik və Keşm adalarına edilən hücuma cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi bazalarına zərbələr endirib.
Öz növbəsində, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, Amerika hərbçiləri pilotsuz uçuş aparatlarının hücumları fonunda Qoruk və Keşm adasındakı İran radiolokasiya stansiyalarına zərbələr endirib.